Icma.az
close
up
RU
Əhaliyə ciddi xəbərdarlıq Bu gün gün ərzində…

Əhaliyə ciddi xəbərdarlıq Bu gün gün ərzində…

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 24-də Yer kürəsində G2 səviyyəli, yəni orta güclü maqnit fırtınası gözlənilir.
Məlumata görə, hazırda planetimiz Günəşdə yaranmış tac dəliyindən çıxan yüksək sürətli günəş küləyi axınının təsiri altındadır. Bu axının sürəti təxminən 700 km/s-ə çatıb və son günlərdə zəif maqnit fırtınalarına səbəb olub. Mütəxəssislər prosesin bu gün müəyyən vaxtlarda güclənərək G2 səviyyəsinə yüksələ biləcəyini istisna etmirlər.
Alimlərin bildirdiyinə görə, G2 maqnit fırtınaları Günəşdə baş verən partlayışlar və tac kütlələrinin atılması nəticəsində yaranır. Yüklü hissəciklər Yerin maqnitosferinə daxil olduqda geomaqnit aktivlik artır və bu da texniki sistemlərə, eləcə də insan sağlamlığına müəyyən təsir göstərə bilir.
Belə dövrlərdə radio rabitəsində qısamüddətli pozuntular, peyklərin işində xırda nasazlıqlar və qütb parıltılarının daha intensiv müşahidə olunması mümkündür. Bununla yanaşı, maqnit fırtınaları xüsusilə meteohəssas insanlar üçün narahatlıq yarada bilər.
Mövzu ilə bağlı həkim-kardioloq Rauf Məmmədov açıqlamasında bildirib ki, maqnit fırtınaları zamanı bəzi insanlarda sağlamlıq problemləri daha qabarıq şəkildə özünü göstərə bilər.
Onun sözlərinə görə, xüsusilə ürək-damar və sinir sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər risk qrupuna daxildir:
“G2 səviyyəli maqnit fırtınaları adətən həyati təhlükə yaratmır, lakin həssas insanlarda baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik, təzyiqin qalxıb-enməsi, ürək döyüntüsünün artması kimi əlamətlər yarada bilər. Xroniki xəstəliyi olanlar bu günlərdə özlərinə daha çox diqqət etməlidirlər. Bəzi insanlarda diqqət dağınıqlığı, yorğunluq və emosional gərginlik artır. Bu da iş qabiliyyətinin müvəqqəti azalmasına səbəb ola bilər. Ona görə də belə günlərdə həm fiziki, həm də psixoloji yüklənməni minimuma endirmək tövsiyə olunur.”
Həkimin sözlərinə görə, xüsusilə yaşlılar, hamilə qadınlar, hipertoniyadan və ürək çatışmazlığından əziyyət çəkən şəxslər daha diqqətli olmalıdır: “Bu kateqoriyaya aid olan insanlar dərman qəbulunu vaxtında etməli, təzyiqini mütəmadi ölçməli və özbaşına müalicə üsullarına əl atmamalıdırlar. Hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət edilməlidir. Bu günlərdə kifayət qədər yatmaq, bol su içmək, ağır və yağlı qidalardan uzaq durmaq, spirtli içkilərdən imtina etmək və mümkün qədər təmiz havada gəzmək faydalıdır. Həmçinin uzun müddət telefon və kompüter qarşısında qalmaqdan çəkinmək lazımdır. Sinir gərginliyi bu dövrdə simptomları daha da gücləndirə bilər. Sakit rejim, müsbət emosiyalar və rahat mühit sağlamlıq üçün çox vacibdir.”/no.comment

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri