Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ötən onilliklərin solmayan kinolentləri

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR

Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anar Əliyev: "Əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub"; Milli Məclis büdcə zərfinin müzakirələrini davam etdirir;  bir sıra qanun layihələri ilk oxunuşdan keçdi

Noyabrın 20-də "Azərbaycan Respublikasının" 2026-cı il büdcəsihaqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi davametdirilib. "Yeni Müsavat"ın məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda Nazirlər Kabinetinin üzvləridə iştirak edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, məktəbəqədər təhsil müəssisələrinin sayınınartırılmasına, uşaq bağçalarında  və təhsil müəssisələrində tibbi vəpsixoloji xidmətin təşkilinə, beynəlxalq təcrübəni öyrənməklə üç vədaha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyatakeçirilməsinə ehtiyac var. 

Razi Nurullayev bildirib ki, 2026-cı ilin dövlət büdcəsi ölkəmizin iqtisadi inkişaf trayektoriyasını müəyyən edən başlıca sənəddir. Deputat regionların inkişafına da diqqət çəkib: "Büdcə bölgüsü yenədə mərkəzyönümlüdür. Regionlarda demoqrafik boşalma, işsizlikdavam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadanqeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılıduruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlaristədiyimiz kimi inkişaf etməyəcək".

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Qarabağda həyata keçirilən quruculuq işlərinə diqqət çəkib: "Cənab Prezident 5 ilərzində 569 dəfə işğaldan azad olunan rayonlara səfər edib, 170 layihənin təməlini qoyub, 167 obyektin açılışında iştirak edib. 62 mindən çox insan bu gün həmin regionlarda yaşayır. 19 məktəb, 7 məktəbəqədər müəssə, 1 xəstəxana istifadəyə verilib. Yollar vəkörpülər barədə kifayət qədər məlumatınız var. Prezidentin sərəncamıəsasında regionların strukturlarının təkmilləşdirilməsi ilə əlaqədarNazirlər Kabinetinə tapşırıq verdiyini qeyd edən S.Novruzov bildiribki, regionlarımızın inkişafı hərtərəflidir: "Xocavənd rayonunu çıxmaqşərti ilə qalan hamısı özü öz büdcəsini təmin edir və əlavə yığdığıvəsaitin 50 faizi həmin regionda qalır ki, bu da şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, abadlıq-quruculuq işlərinə sərf olunur. Bu gün regionlardan danışarkən rəqəmlərə də fikir vermək lazımdır. Regionlarda sağlam rəqabət gedir".

Çıxışlardan sonra qanun layihəsi səsə qoyulub və ilk oxunuşda təsdiqlənib.

İclasda  "Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsihaqqında" Azərbaycan Respublikası Qanununun layihəsi, "İşsizlikdənSığorta Fondunun 2026-cı il büdcəsi haqqında" AzərbaycanRespublikası Qanununun layihəsi birinci oxunuşda müzakirə olunub. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilənəmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə vədoğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadəkuşaqlara qulluğa görə və dəfn üçün müavinətlərinmaliyyələşdirilməsinə 203,6 milyon manat vəsait nəzərdə tutulub. Odeyib ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,6%, yaxud 5,2 milyon manat çoxdur. Komitə sədrinin sözlərinə görə, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırmatədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsiləmaliyyələşdiriləcək xərclər 25 milyon manat nəzərdə tutulub: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən təqdim edilmiş qanun layihəsi ölkə qanunvericiliyinintələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumiməqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlikvə müstəqillik prinsiplərinə müvafiqdir və gələn il şəhid ailələrinin, qazilərin pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosialrifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaq".

M.Quliyev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi2026-cı ildə sığorta olunanların itirilmiş əmək haqlarınınkompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı vəpeşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dövlət SosialMüdafiə Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi barədəçıxış edib. Nazirin sözlərinə görə, 2026-cı ildə pensiyalarınindeksasiya üçün ayrılan vəsaitin həcmi məlum olub. A.Əliyev bildiribki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçünayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub: "Bunun 81,2%-ivə ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isəyeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərininmaliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Proqnozgöstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manataçatması proqnozlaşdırılır".

Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür:

"Dövlət sosialmüdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığortafondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsizamanı deyib.

Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərininpayına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsiüçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyalarınməbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 705 milyonmanat civarında artımın müşahidə olunması, eləcə də dövlətbüdcəsindən asılılığının nisbətən azalması olduqca müsbəttendensiyadır. Qeyd edib ki, pensiyalarda nəzərdə tutulan artım, ortaaylıq pensiyanın 590 manata, orta yaşa görə pensiyanın isə 629 manataproqnozlaşdırılması ölkənin indiki imkanları ilə bağlıdır. F.Mustafa deyib ki, büdcənin ağırlığının pensiya təminatına yönəldiyini nəzərəalsaq, yaşa görə pensiya imkanlarının daha da genişləndirilməsinəehtiyac var: "Hazırda Azərbaycanda 5,1 milyon məşğul əhaliqeydiyyatdan keçsə də, bunun yalnız təxminən 30-35%-i rəsmi məşğulluq imkanına malikdir və qeydiyyatdan keçib. Qeyri-rəsmi vəmüvəqqəti məşğulluq hələ də geniş yayılıb. Çox vaxt yükişəgötürənlərin üzərinə düşür, lakin onların da problemləri kifayətqədər böyük olduğundan, kompensasiya və güzəştlərin məhdud olması səbəbilə minimum əməkhaqqıların artırılması çətinləşir. Demoqrafik dəyişikliklər də sosial müdafiə fondunun büdcəsinə birbaşa təsir edir. Qarşıdakı illərdə ödnəişlərin daha da aşağı düşəcəyi proqnozlaşdırılır".

Deputat Vüqar Bayramovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı layihə bir daha təsdiq edir ki, gələn ildə dəsosial təminat tədbirləri davamlı olaraq gücləndiriləcək:

"Fondun 8 milyard 483 milyon manatlıq xərclərin  8 milyard 196 milyon manatıməhz əhaliyə ödənişlər üzrə xərclərdir. Əmək pensiyalarınınödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu, odeməkdir ki, fondun xərclərinin 94 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci illə müqayisədə gələn il pensiyalaraayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq. Bu isə pensiyaçıların sosialtəminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağıdeməkdir".

V.Bayramov xatırladıb ki, qanunvericiliyə əsasən, gələn ildə dəpensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək:

"Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əməkpensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əməkhaqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünənisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq. Bir sıra marjinalsiyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşudövlətlərlə müqayisə etməyə çalışaraq yanlış fikirlər formalaşmağaçalışırlar. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətəayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindəndaha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosialxərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur. Əgər Azərbaycan büdcəsinin yalnız sosial xərcləri birölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansımüqayisədən söhbət gedə bilər?"

Parlament işini bu gün davam etdirəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see171

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see170

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see168

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see167

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see167

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri