Icma.az
close
up
RU
Əhaliyə ŞAD XƏBƏR Ucuzluq başlayır… KONKRET

Əhaliyə ŞAD XƏBƏR Ucuzluq başlayır… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Payızın gəlişi ilə bazarlarda mövsümi meyvələr özünü göstərsə də, qiymətlər alıcıların cibinə ağır gəlir. Bəzi meyvələrin kilosu 5 manata satılır ki, bu da bir çox ailələr üçün bahadır.

Bəs, bu qiymətlər nə zaman düşəcək? Ümumiyyətlə, payız mövsümündə hansı məhsullarda ucuzlaşma, hansı məhsullarda isə bahalaşma gözlənilir?

KONKRET.az xəbər verir ki, “Payızda meyvə-tərəvəz bolluğu artsa da, qiymətlərin dərhal ucuzlaşması həmişə baş vermir. Bunun əsas səbəbləri mövsümün əvvəlində məhsulun hələ tam yetişməməsi, bazara az həcmdə çıxması və idxaldan asılılıqdır”, – deyə “Yeni Sabah”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib:

“İndi satışda olan mandarinlərin əksəriyyəti idxaldır (əsasən Türkiyə, Gürcüstan və digər ölkələrdən gəlir). İdxal məhsulu olduğuna görə həm daşınma xərci, həm də valyuta məzənnəsi qiymətə təsir edir. Yerli mandarinin əsas mövsümü oktyabrın sonu – noyabrın əvvəli başlayır. Həmin dövrdə bazara daha çox məhsul çıxacaq və qiymətlərin 5 manatdan enib 2,5–3,5 manat aralığında sabitləşməsi mümkündür”.

Ekspert payız mövsümündə gözlənilən  qiymət dinamikası belə açıqlayıb:

 Ucuzlaşma ehtimalı olan məhsullar: Mandarin, naringi, portağal, heyva, alma, xurma, nar – çünki bolluq başlayır.

Kartof, soğan, kələm, yerkökü – kənd təsərrüfatı məhsullarının əsas yığım mövsümü olduğu üçün təklif artır.

Bahalaşa bilən məhsullar:

Pomidor, xiyar, bibər, badımcan – açıq sahə məhsullarının mövsümü bitir, istixana istehsalı başlayır, bu da maya dəyərini artırır.

Üzüm, şaftalı, gilas, ərik kimi yay meyvələri artıq bazardan çəkildiyi üçün qiymət qalxacaq.

Taxıl və un məhsulları – dünya bazarında dəyişikliklər və idxaldan asılılıq səbəbilə müəyyən risk qalır.

Sabit qalması mümkün məhsullar:

Banandan tutmuş digər tropik meyvələrə qədər idxaldan asılı olan məhsullar mövsümi dəyişikliklərdən az təsirlənir, əsasən logistikaya bağlı olaraq bahalaşır və ya sabit qalır.

Yəni, yaxın 1–1,5 ay ərzində sitrus və yerli payız meyvələrinin bolluğu qiymətləri aşağı salacaq. Amma istixana tərəvəzləri və yay meyvələri bahalaşmaqda davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri