Əhaliyə XƏBƏRDARLIQ Noyabrın 14 nə qədər davam edəcək
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, Günəş atmosferində müşahidə olunan tac dəliyi plazmanın temperaturunun və sıxlığının kəskin aşağı olduğu sahədir. Bu bölgələrdə plazma saxlanıla bilmədiyindən onun böyük hissəsi saniyədə 1000 kilometrədək sürətlə kosmosa yayılır.
Yer kürəsi belə sürətli günəş küləyi axınının təsirinə düşdükdə planetin maqnit sahəsində güclü dəyişikliklər baş verir və maqnit qasırğaları yaranır.
Alimlərin proqnozuna əsasən, Yer kürəsi noyabrın 7-nə keçən gecə sürətli günəş küləyinin təsirinə məruz qalacaq. Plazma axınının ilk təsiri ilə noyabrın 7-də gecə saatlarında nəzərəçarpan maqnit qasırğalarının başlaması gözlənilir.
Proqnozlara görə, planetimiz ən azı beş gün bu axının təsirində qalacaq. Yer kürəsinin maqnit sahəsinin tam sabitləşməsi isə noyabrın 13-14-də baş verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 05 Noyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















