ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Martın 14-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib.
İclasda respublikada və dünyada ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev ictimai-siyasi, sosial-iqtisadi vəziyyət və digər məsələlərlə bağlı məruzə edib.
Sədr eyni zamanda ABŞ/İsrail-İran müharibəsi, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə toxunub.
Daha sonra ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı çıxış edib, təşkilati məsələlərlə bağlı məlumat verib.
İclasda həmçinin təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Baxış sayı:181
Bu xəbər 14 Mart 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















