Əhdi Osmanov və Həsən Əliyevə cinayət işi başlandı KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi başlanıldığı məlum olub.
KONKRET.az bildirir ki, bu barədə “Unikal”a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevin vəkili Tehran Hacıyev məlumat verib.
Onların sözlərinə görə, Əhdiman Osmanova, eləcə də tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə cinayət işi başlanılıb.
Əgər onların bu əməli sübuta yetirilərsə, Əhdiman Osmanovu və Həsən Əliyevi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Sentyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















