Icma.az
close
up
RU
Əhdinə sadiq qalan, arzuları çin olan qəhrəman

Əhdinə sadiq qalan, arzuları çin olan qəhrəman

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində zəfər salnaməsi yazan oğullardan biri də Şərur rayonunun Çomaxtur kəndində dünyaya göz açan Zülal Mədətlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zülal hələ məktəb illərindən öz həmyaşıdları arasında vətənpərvərliyi, igidliyi və qorxmazlığı ilə seçilib.

Vətən müharibəsi başlayanda artıq bir il olardı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölməsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət göstərirdi. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı naminə əks-hücum əməliyyatının həyata keçirilməsi yüzlərlə igidimiz kimi, Zülalın da ürəyindən xəbər verirdi. Təsadüfi deyildir ki, Naxçıvandan Qarabağa ilk yollanan xüsusi təyinatlı dəstənin içərisində o da var idi.

Oktyabrın əvvəlindən döyüşlərə qatılan Zülal Şuşa və Xocavənd istiqamətlərində bir sıra strateji ərazilərin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq göstərib. Həmin ayın 19-u isə son döyüşünə çıxıb. Xocavənd rayonunun Tuğ kəndindəki yüksəkliyi düşməndən azad etdikdən sonra düşmən minaatanından açılan atəş nəticəsində qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Zülal Mədətli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə“ ordeni, "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Zülal müharibəyə gedərkən ardınca onu tanıyanlar üçün böyük xətir-hörmət, valideynlərinə sonsuz qürur, Vətənə isə 2 övlad əmanəti buraxıb.

Anası Şərəbanı Mədətova deyir ki, Zülal balaca vaxtından təbiətə bağlı olub, ağacları çox sevirdi: “Həyətə o qədər ağac əkib ki. Gördüyünüz bütün ağaclar, güllər onun nişanəsidir. Biz də qoruyub saxlayırıq. Kənddə yaxşı xətir-hörmət qazanmışdı. Hər kəsə əl tutur, köməklik göstərirdi. Zülal həm də çox vətənpərvər idi. Balaca vaxtından bayrağımızla nəfəs alırdı. O, yeniyetmə olanda biz bir müddət xaricdə yaşadıq. Orada da bayrağı yanından ayırmazdı. Bir dəfə Naxçıvandan Bakıya gedirdik. Arazın qırağından keçəndə işğal olunmuş əraziləri Zülala göstərdim. Dedim ki, bax, düşmənlərimiz bizim o torpaqlarımızı işğal ediblər. Orada mal-heyvanlarını otarırlar. Dedi ki, ana, qoy mən böyüyüm gedib onların dərsini verəcəyəm, mal-heyvanlarını da kəsəcəyəm. Necə demişdisə elə də etdi. Getdi müharibəyə, qəhrəmancasına döyüşdü. Onlarla ermənini qanına qəltan etdiyini deyir yoldaşları. Onların heyvanlarını kəsərək ətini əsgərlərə yedirdib. Bu hadisələri videoya çəkib mənə göndərmişdi. Bax, qisas hissini içində belə böyütmüşdü Zülalım”.

Şərəbanı xanım oğlu haqqında danışarkən göz yaşlarını saxlaya bilmir: “Zülal iki körpə balasını, həyat yoldaşını bizə əmanət edib canını Vətəninə qurban verdi. Valideynlərinə bağlı idi. Həmişə deyirdi ki, ay ana, ay ata, Allah mənim ölümümü sizdən öncə etsin. Sizə bir şey olsa, mən sizsiz yaşaya bilmərəm. Deyirdim ki, ay Zülal, Allah eləməsin, elə demə. Heç olmasa, mən anana yazığın gəlsin. Zülalın dediyi kimi də oldu. O, canını çox sevdiyi Vətəninə, torpağına, bayrağına qurban verdi. Çox sevdiyi bayrağına əbədi olaraq sarıldı oğlum”.

Atası Rəhim Mədətov isə bildirir ki, şəhid Aqil İsmayılovun nəşi gətiriləndə Zülal kənddə idi.

“Hələ müharibəyə getməmişdi. Aqilin atasına demişdi ki, Əli əmi, mən gedib oğlunun qisasını alacağam. Onun qanını yerdə qoymaram. Dediyi kimi də etdi Zülal. Onun döyüşdə necə qəhrəmanlıq göstərdiyini, Aqilin qisasını necə aldığını yoldaşları danışıb. Bir ata kimi bu gün fəxrlə deyirəm ki, Zülal mərd, qorxmaz olub, Vətən müharibəsində igidlik göstərib, qəhrəmancasına vuruşub. Şəhidlərimizin qisasını alıb. Oğlum təkcə 2020-ci ildəki şəhidlərimizin yox, 1990-ci ildən bu günə qədər olan bütün şəhid balalarımızın qisasını alıb”, - deyə Rəhim kişi qürurla fikirlərini tamamlayır.

Bəli, bu gün Zülal kimi qəhrəman oğulların sayəsində atalar, analar başı dik, alnı açıqdırlar. Bayrağımızın Şuşada, Xankəndidə dalğalanması, ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunması şəhidlərimizin bu ölkəyə, bu xalqa ən böyük əmanətləridir. İllər, əsrlər keçsə də xalqımız heç vaxt onları unutmayacaq, igid oğulların qəhrəmanlıqlarını daim xatırlayacaq, əmanətlərini göz bəbəyi kimi qoruyacaq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri