Əhməd əlŞaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Hazırda Suriya vətəndaşlarının ən azı yarısı xaricdə yaşayır, ölkənin infrastrukturu dağıdılıb və yeni hökumət ciddi problemlərlə üzləşib”.
Bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Dəməşqdə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Suriya vətəndaşlarının yarısı hazırda ölkədən kənarda yaşayır və daxildəki iqtisadi infrastruktur dağıdılıb, ona görə də indi həll etməli olduğumuz ciddi problemlər var”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Bəşər Əsədin dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir.
O əlavə edib ki, Suriya hakimiyyəti Türkiyə ilə bir sıra sahələrdə strateji əlaqələr qurmağa hazırdır: "Biz Suriya ilə Türkiyə arasında iqtisadi, siyasi və sosial sahədə qarşılıqlı əlaqələri müzakirə etdik. Türkiyə Suriyanın dostudur, inqilabın ilk günlərindən bizə kömək etdi: biz bunu unutmayacağıq və gələcəkdə Ankara ilə strateji əlaqələr qurmağı planlaşdırırıq”.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 22 Dekabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















