Əhmədli qəsəbəsində baş verən sürüşmə təhlil edilib
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər noyabrın 12-də Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında baş vermiş torpaq sürüşməsi hadisəsinə aydınlıq gətirib.
Bu barədə Moderator.az-a institutdan məlumat verilib.
Alimin fikrincə, dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meylli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.
Mütəxəssisin apardığı vizual müşahidələr zamanı yamacda yeni çatlar aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















