Icma.az
close
up
RU
ƏHMƏDZADƏNİN HƏBSİNİN ŞOK PƏRDƏARXASI... Enerji sektorundakı “Rusiya şəbəkəsinin” ifşası ilə hansı mesajlar veriləcək?

ƏHMƏDZADƏNİN HƏBSİNİN ŞOK PƏRDƏARXASI... Enerji sektorundakı “Rusiya şəbəkəsinin” ifşası ilə hansı mesajlar veriləcək?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.

"AzPolitika"  xəbər verir ki, məhkəmədə elan olunan  ittihamlara görə, Əhmədzadənin fəaliyyəti Azərbaycanın maliyyə maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkənin iqtisadi sabitliyini də hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişini təmin etmək üçün atılmış zəruri addım kimi qiymətləndirilir.

Neft qalmaqalı və beynəlxalq rezonans

Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

"Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib.

Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur", - deyə musavat. com bildirilib.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə – xlorid aşkarlanmışdı. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan bu maddəyə görə bir müddət Ceyhan limanından ixrac dayandırılmışdı. "BP-Azərbaycan" həmin iddiaları təkzib etsə də, Rumıniya mətbuatı yerli hüquq-mühafizə orqanlarına istinad edərək, neftə xloridin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığı barədə məlumat yaymışdı. Rusiya tərəfi bu iddialarla bağlı heç bir açıqlama verməmişdi.

Dünya mətbuatında yayılan şərhlərə görə, məqsəd həm Azərbaycana maddi zərər vurmaq, həm də tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirmək olub. Həmin vaxt BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də müvəqqəti dayandırılmış, yalnız ötən həftə bərpa olunmuşdu.

İndi isə Adnan Əhmədzadənin məhz bu prosesdə iştirak etməsi və “Azeri Light” neftini digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması, həmin vaxtdan bəri şübhə doğuran məqamları daha da gücləndirib.


Adnan Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələri olub?

Qeyd edək ki, İstintaq materiallarına dair yayılan iddialarda ən sensasion məqam təbii ki, Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalıdırHətta onun Azərbaycanın bəzi vəzifəli məmurları ilə Rusiya xüsusi xidmət orqanları arasında vasitəçi rolunu oynadığı, gizli məlumatların ötürülməsində iştirak etdiyinə dair də iddialar yayılıb.

Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Ancaq iddialara əsasən, məhz bu fəaliyyət ifşa olunduqdan sonra təkcə Əhmədzadə deyil, onunla əlaqəli bəzi digər məmurlar da saxlanılıb. Onların adlarının da yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Əgər bu faktlar rəsmi təsdiqini tapsa, Əhmədzadəyə qarşı təkcə iqtisadi cinayətkar kimi deyil, həm də vətənə xəyanət ittihamı ilə hökm çıxarılması gündəmə gələ bilər.

Enerji sektorunda təmizlənmə: xarici təsirlərin ifşası və bəzi güc mərkəzlərinin çöküşü

Hadisə təkcə bir şəxsin həbsi ilə məhdudlaşmır. Hökumət dəhlizlərində  bu prosesi ölkənin enerji sektorunda aparılan şəffaflıq və təmizlənmə kampaniyasının bir hissəsi kimi təqdim edirlər. Çünki son illər Azərbaycanın beynəlxalq enerji bazarındakı etibarı həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan nefti təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də geosiyasi təsir aləti kimi mühüm rol oynayır. Bu səbəbdən də enerji sektorunda baş verən hər hansı korrupsiya, sui-istifadə və ya təxribat faktı ölkənin beynəlxalq mövqelərinə birbaşa təsir göstərir.

Əhmədzadənin həbsi həm də Azərbaycan-Rusiya münasibətlərinin fonunda diqqətlə izlənilir. Çünki ittihamların mərkəzində Moskvanın xüsusi xidmət orqanlarının izi dayanır.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes dairələri ilə əlaqələr qurub. Onun dəbdəbəli həyat tərzi, şou-biznes və idman aləmi ilə sıx münasibətləri dəfələrlə medianın gündəminə çıxıb. Messi və Ronaldinyonun Azərbaycana dəvəti kimi addımlar onun nüfuz dairəsini genişləndirmişdi.

Lakin bu dəfə ictimaiyyət onun adını tam fərqli kontekstdə eşidir. Artıq söhbət bahalı tədbirlərdən və şəxsi imicdən yox, dövlətin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xəyanət ehtimalından gedir.

Adnan Əhmədzadənin həbsi Azərbaycanın enerji sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin, eyni zamanda xarici təsirlərin yeni mərhələdə ifşası kimi qiymətləndirilir. Bu hadisə həm daxili korrupsiya ilə mübarizə, həm də xarici təhlükələrin neytrallaşdırılması baxımından mühüm siqnal hesab olunur.

Növbəti günlərdə açıqlanacaq yeni faktlar bu qalmaqalın hüdudlarını daha da genişləndirə bilər. Əgər Rusiya kəşfiyyatı ilə əlaqələr rəsmi şəkildə sübuta yetirilərsə, bu, təkcə bir iş adamının deyil, Azərbaycanın enerji sektorunda illərlə möhkəmlənmiş bəzi güc mərkəzlərinin də çöküşünü sürətləndirə bilər.

Rəsmi Bakı hansı mesajları verəcək?

Heç şübhısiz, Adnan Əhmədzadənin həbsi təkcə fərdi korrupsiya faktı kimi deyil, həm də regional geosiyasi oyunların bir fraqmenti kimi qiymətləndirilə bilər. Hadisənin mümkün nəticələri bir neçə istiqamətdə özünü göstərə bilər.


Əvvala, rəsmi Bakı enerji bazarındakı etibarlı partnyor imicini bərpa edəcək. Azərbaycan uzun illərdir Avropanın mühüm enerji tərəfdaşıdır. “Azeri Light” neftinin keyfiyyətinə dair şübhələr və təxribat iddiaları beynəlxalq bazarlarda ölkəyə inamı zəiflədə bilərdi. Lakin hökumətin sərt addımlar atması və bu məsələdə rolu olan məsul şəxsləri ifşa etməsi, əksinə, tərəfdaşlara Azərbaycanın şəffaflıq və etibarlılıq siyasətinə sadiqliyini göstərmək imkanı yaradır.

İkincisi, ittihamlarda Moskvanın xüsusi xidmət orqanlarının adının hallanması, Azərbaycan-Rusiya münasibətlərini yeni gərginlik mərhələsinə daşıya bilər. Əgər ittihamlar sübut olunarsa, bu, Kremlin regiondakı nüfuzuna ciddi zərbə olacaq. eyni zamanda Azərbaycanın istənilən məsələdə  kənar müdaxiləri neytrallaşdırmaq qüdrətində olduğunu göstəıəcək. 

Üşüncüsü, Əhmədzadə və onunla birgə hərəkət edən dəstənin ifşası fonunda Azərbaycan Avropa ölkələrinə və beynəlxalq enerji şirkətlərinə  "təhlükəsizlik və etibarlılıq” mesajı verməyə çalışacaq. Bu, Qərblə əməkdaşlığı dərinləşdirə, xüsusilə də enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu gücləndirə bilər.

Dördüncüsü, əgər istintaq nəticəsində digər yüksək vəzifəli şəxslərin də məsuliyyəti üzə çıxarsa, bu, daxili siyasi mühitdə kadr dəyişiklikləri və yeni anti-korrupsiya dalğası ilə nəticələnə bilər. Rəsmi Bakı bununla bir daha heç kimin toxunulmaz olmadığı, dövlətə xəyanət edənlərin kimlərə və haralara bağlı olmasından asılı olmayaraq həbsdən yaxa qurtara bilməyəcəyi mesajını verə bilər.  

Hər halda müxtəlif mənbələrin yaydığı məlumatlar yaxın günlərdə Rusiyanın toruna düşmüş daha böyük "balıqların" ifşasını və həbsini gözləməyə əsas verir. Gözləyək! 

İ. İsmayılbəyli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Sentyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see158

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri