Icma.az
close
up
RU
Hacıyevlə mühüm görüş: 33 illik qadağa aradan qalxdı, dəhliz isə...

Hacıyevlə mühüm görüş: 33 illik qadağa aradan qalxdı, dəhliz isə...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douhti ilə görüşü maraqla qarşılanıb.

Görüşdə ikitərəfli ticarət, biznes və investisiya əlaqələrini daha da genişləndirmək, həmçinin süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsində yaranan imkanlardan yararlanmaq yolları müzakirə edilib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycan–Britaniya münasibətləri yeni mərhələyə qədəm qoyur:

“Hikmət Hacıyevin səfəri çərçivəsində diqqət mərkəzində olan üç əsas istiqamət – süni intellekt, rəqəmsal müdaxilələrə qarşı əməkdaşlıq və kommunikasiya sahəsində tərəfdaşlıq – müasir dövrün çağırışlarına cavab vermək baxımından xüsusi əhəmiyyət daşıyır. Süni intellekt sahəsində əməkdaşlıq Azərbaycanın rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, texnoloji inkişafı sürətləndirmək və innovativ həlləri ölkəyə cəlb etmək məqsədi daşıyır. Çünki bu istiqamətdə Britaniya institutları xeyli irəliləyiş əldə ediblər.

Rəqəmsal təhlükəsizlik və informasiya mühitinin qorunması isə qlobal miqyasda artan kibertəhlükələr fonunda daha da aktuallaşır. Bu baxımdan, rəqəmsal müdaxilələrə qarşı birgə mexanizmlərin qurulması informasiya suverenliyinin qorunması üçün vacib addım hesab olunur.

Kommunikasiya sahəsində əməkdaşlıq həm texnoloji infrastrukturun inkişafı, həm də strateji informasiya siyasətinin qurulması baxımından önəmlidir. Bu sahədə təcrübə və bilik mübadiləsi Azərbaycanın beynəlxalq informasiya platformalarında daha effektiv iştirakını təmin etməlidir”.


Əziz Əlibəyli

Ekspert qeyd edib ki, bölgədə Rusiyanın Ukraynaya təcavüzündən sonra hibrid müharibə vasitələri və kiber qarşıdurmalar daha da gərginləşib:

“Buna görə də, regionda yaranan həssas vəziyyətə qabaqlayıcı reaksiya formalaşdırmaq zəruridir. Görüşlər zamanı həmçinin yeni investisiya imkanları, qlobal geosiyasi dəyişikliklər fonunda yaranan logistik və iqtisadi fürsətlər də müzakirə olunub. Azərbaycanın tranzit və enerji mərkəzi kimi rolu bu kontekstdə daha da aktuallaşır. Britaniya ilə bu sahədə əməkdaşlıq regional və qlobal səviyyədə qarşılıqlı faydalı tərəfdaşlıq üçün mühüm zəmin yaradır.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə müzakirə edilən razılaşmalarda yer alan Zəngəzur dəhlizi layihəsinə Pekin–London xətti kimi baxsaq, Bakı bu xəttin əsas paylayıcı rotası kimi ön plana çıxır.

Digər bir mühüm məqam isə ötən ay Britaniyanın 1992-ci ildə döyüşən tərəflərə tətbiq etdiyi silah satışı embarqosunu qaldırması faktıdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri