Icma.az
close
up
RU
Əhmədzadənin işində “Səlim Müslümov ssenarisi” KONKRET

Əhmədzadənin işində “Səlim Müslümov ssenarisi” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın enerji sektorunda son onilliklərin ən qalmaqallı istintaqlarından biri davam edir. SOCAR-da mühüm vəzifələr tutmuş, illərlə ölkənin neft ticarətində aparıcı fiqur olmuş Adnan Əhmədzadənin həbsi həm iqtisadi, həm də siyasi gündəmi silkələyib. İddialara görə, bu iş nəticəsində Azərbaycan dövləti 2 milyarddan 5 milyard dollara qədər ziyan çəkə bilər. Bu, hələlik təsdiqlənmiş rəqəm deyil, medianın, ekspertlərin və ictimaiyyətin müzakirə etdiyi iddialardır. 

KONKRET.az xəbər verir ki, əldə olan məlumata görə, 2025-ci ilin ilk 8 ayında Azərbaycanın neft ixracı təxminən 8 milyard 400 milyon dollar olub. Bu isə gündəlik orta hesabla 34-35 milyon dollar – 60 milyon manat gəlir deməkdir. Belə olan halda, 2-5 milyardlıq zərər iddiası ölkənin bir neçə aylıq neft ixracına bərabərdir.

İstintaqın gedişatından asılı olaraq, bu iş təkcə bir nəfərlə məhdudlaşmaya bilər. Enerji sektorunda belə miqyaslı korrupsiya və saxtakarlıq ittihamları adətən geniş əlaqələr və tərəfdaşlar zənciri ilə bağlı olur. Bu səbəbdən ictimaiyyətin gözləntisi odur ki, yeni həbslər ola bilər.

Hazırda ən çox müzakirə olunan suallardan biri budur ki, əgər Adnan Əhmədzadə dövlətə vurulan ziyanı ödəsə, bu, onun azadlığa çıxmasına səbəb ola bilərmi? Şübhəli şəxs zərəri ödəmək istədiyini bildirərsə, qanun buna hansı hallarda imkan verir? Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycan məhkəmə tarixində yaxın keçmişdə belə bir hal olub: “Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istintaqa cəlb olunandan sonra 27 milyon manat ziyan müəyyən edilmişdi. Səlim Müslümov uzun sürən məhkəmə prosesi dövründə ziyanın bir hissəsini ödədi. Bundan sonra məhkəmə onun barəsində ittihamedici hökm çıxarsa da, şərti cəzaya məhkum etdi. Bunu belə əsaslandırdılar ki, Səlim Müslümov qocadır, xəstəlikləri var. O nöqteyi-nəzərdən Adnan Əhmədzadənin işində də eyni praktikaya müraciət oluna bilər. Yəni Adnan Əhmədzadə zərəri ödəyərsə, mümkündür ki, şərti cəzaya da məhkum oluna bilər”.

Əkrəm Həsənov deyib ki, Adnan Əhmədzadənin saxlanıldığı iş dövlətə qarşı çox böyük bir iqtisadi cinayəti əhatə edir: “Yəni bu cinayət hansısa bir mənzildən oğurluq və ya bir mənzilin bir neçə nəfərə satılması cinayəti deyil. Burada isə xüsusilə ağır bir cinayətdən söhbət gedir”.

Bəs iddia olunan 2-5 milyard dollarlıq ziyanın geri qaytarılması hansı hüquqi və beynəlxalq mexanizmlərlə mümkündür?

Əkrəm Həsənov deyib ki, zərərin müəyyən edilməsi üçün ekspertiza təyin olunmalı və real zərər ortaya çıxarılmalıdır: “Ekspertiza Azərbaycan neftinə qatılan xlorid maddəsindən dolayı ölkəmizə və tərəfdaşlarına dəyən ziyanı müəyyən etməli və rəy istintaqa təqdim olunmalıdır. Adnan Əhmədzadə işi sadəcə bir nəfərin taleyi ilə məhdudlaşmır. Burada söhbət Azərbaycanın enerji imicindən, iqtisadi təhlükəsizliyindən və beynəlxalq tərəfdaşlarla etimad münasibətlərindən gedir”.

Ə.Həsənov hesab edir ki, Adnan Əhmədzadəyə elan olunan ittihamlar olduqca ağırdır və ortada olan məlumatlar, həbsin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən gerçəkləşdirilməsi nəticədə ittihamedici hökmün çıxarılması ilə bitəcək: “Adnan Əhmədzadə zərəri ödəsə, o, həbsdə yaxşı şəraitdə yaşaya bilər. İstənilən vaxt yanına gəlib-gedənlər olacaq. Əks halda, ümumi barakı kasıb dustaqlarla bölüşəcək”.

Bu arada həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb.

Məlumata görə, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də özünə dəbdəbəli və bahalı mənzil alıb. Gununsesi.info-nun yaydığı məlumata görə, söhbət 67 milyon dirhəmə alınan mənzildən gedir. 67 milyon dirhəm – 31 milyon manat və ya 18 milyon dollar deməkdir. 2 qülləli bina hotel və yaşayış kompleksindən ibarətdir. Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu hotel yerləşir.

Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində 5 otaqlı mənzilin sahibi olub.

“Baccarat Hotel & Residences Dubai” çəkici edən həm də mənzərəsidir. Penthauslarda və yüksək mərtəbələrdə panoramik mənzərələr: “Burj Khalifa”, “Dubai Fountain”, “Business Bay”, DIFC, “Dubai Mall”, “Dubai Opera” və sair. “Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır. “Yeni Müsavat”a daxil olan məlumatda isə deyilir ki, Adnan Əhmədzadəyə məxsus olan və Azərbaycanda yerləşən mal-mülklərin də üzərinə həbs qoyulub. Həmin varidatı ittihamlar təsdiq olunacağı təqdirdə xüsusi müsadirəyə götürülərək ziyanın ödənməsinə yönəldiləcək.

Adnan Əhmədzadənin vaxtı bitdi – Həbs qərarı qüvvədə qaldı Sitat.info

Qeyd edək ki, Adnan Əhmədzadənin həbsindən 4 gün sonra, sentyabrın  23-də BP rəsmisi Tamam Bayatlı açıqlayıb ki, hazırda Ceyhan terminalında yerləşən bütün çənlərdə neft standartlara uyğundur, problem həll olunub.

Tamam Bayatlı terminallardakı çənlərdə aşkar olunan xlorid maddəsinin təmizləndiyini açıqlayıb. Neftin hasilatı və nəql prosesində kimyəvi reagentlərdən istifadə olunur. Normalda bu qatışıqlar təmizlənməlidir. Deməli, əgər xloridlər qalıbsa, ya işə məsuliyyətsiz yanaşılıb, ya da bilərəkdən göz yumulub. Dünyada keyfiyyətsiz nefti keyfiyyətli partiyalara qatıb-qarışdırmaqla ixrac etmək praktikasına tez-tez rast gəlinir. Bu, yüz milyonlarla dollar qazanc deməkdir. Çox güman ki, Ceyhan çənlərində də məhz bu məqsədlə şübhəli qarışdırma əməliyyatı aparılıb.  Azərbaycanın əsas üstünlüyü beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicidir. Neftin keyfiyyəti ilə bağlı ən kiçik qalmaqal belə ölkəyə qarşı geosiyasi təzyiq alətinə çevrilir. Adnan Əhmədzadə işi göstərir ki, SOCAR-ın milyardlarla dollar dəyərində olan neft ticarəti illərlə dar çevrənin əlində olub. Bu dar çevrə üçünsə dövlətin maraqlarından çox şəxsi qazanc ön plana çıxıb!  Nəticədə Azərbaycan dünya bazarına keyfiyyətsiz neft satmaq ittihamı ilə üz-üzə qalıb.  Bu məsələdə Azərbaycanın neft bazarında etibarlı tərəfdaş imicinin qəsdən sarsıdılması niyyəti sezilir. Bunu kim edib və ən əsası kimin maraqları çərçivəsində edib?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri