Ehsan Fəridi Kəşfiyyat İdarəsinin Təcridxanasından yenidən Təbriz zindanına köçürülüb
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Ehsan Fəridi üç gün Kəşfiyyat İdarəsinin Təcridxanasında saxlandıqdan sonra bu gün yenidən Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Gunaz.tv
Bu barədə Məhkumun anası Pərvin Həyati xanım şəxsi İnstaqram səhifəsində məlumat verib:
"Oğlum Ehsan üç gün Kəşfiyyat İdarəsində saxlanıldıqdan sonra bu gün Təbriz zindanına qaytarıldı. Onun vəziyyətindən narahatıq və hər kəsdən onun səsi olmasını xahiş edirik", - o bildirib.
Mövcud məlumata görə, hazırda Ehsan Fəridinin işinə Ali Məhkəmənin Doqquzuncu Kollegiyasında, vəkillərinin işin yenidən araşdırılması tələbindən sonra təkrar baxılır.
Vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiə təşkilatları siyasi məhbusların, xüsusilə də ölüm cəzasına məhkum edilmiş şəxslərin durumu ilə bağlı dəqiq və davamlı məlumatların verilməsinin onların hüquqlarının müdafiəsi və ədalətsiz hökmlərin icrasının qarşısının alınmasının ən mühüm yollarından biri olduğunu vurğulayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















