Icma.az
close
up
RU
“Eko təşəbbüslər” günü həyata keçirilib

“Eko təşəbbüslər” günü həyata keçirilib

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2024” ölkə gənclərinin sosial məsuliyyəti, ictimai həyatda iştirakçılığı və könüllülük mədəniyyətinin inkişafı, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyin artırılmasına yönələn 12 istiqamətlə fəaliyyətini davam etdirir. SİA xəbər verir ki, “Könüllülük Həftəsi” ərzində keçirilən tədbir və layihələrin həsr olunduğu istiqamətlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyin gücləndirilməsi, ekoloji problemlərin həlli və cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına həsr olunan “Eko təşəbbüslər” günüdür. Bu gün çərçivəsində Azərbaycan könüllüləri tərəfindən eko çağırışları əhatə edən “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, könüllülərin sahibsiz heyvanlara yardım və qayğı göstərmək məqsədli “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihəsi həyata keçirilib. Həmçinin, könüllülərin iştirakı ilə küçə heyvanları üçün heyvan sığınacaqlarının hazırlanması eko-masterklası baş tutub. Qeyd edək ki, bu gün çərçivəsində Azərbaycan xalq-tətbiqi sənətinin dəyərli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklas həyata keçiriləcək. Bu eko-masterklas zamanı hər bir könüllü bir ilmə ataraq, sonunda “Azərbaycan Könüllülük Həftəsi”ni simvolizə edən bir xalça toxunulacaq. Bu təşəbbüs könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, həm də milli-mədəni irsimizə verilən böyük töhfədir.
Cənab Prezident İlham Əliyevin söylədiyi “Çox genişmiqyaslı ekoloji bərpa tədbirləri də görülür və görüləcək. Bilirəm ki, Azərbaycanda bu sahədə də gənclər, o cümlədən könüllülər çox fəaldır. İndi vaxtaşırı ağacəkmə aksiyaları, çimərlikləri o tullantılardan təmizləmə aksiyaları televiziyada da göstərilir. Mən bunları alqışlayıram və əminəm ki, azad edilmiş torpaqlarda da gənclər ekoloji tarazlığı bərpa etmək üçün fəal olacaqlar” nitqindən əsas götürülərək keçirilən tədbir və layihələr, ekoloji məsuliyyətin artırılması, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası naminə görülən işlər könüllülər üçün həm çağırış, həm də fəxr qaynağıdır.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən fəaliyyətlərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri