Icma.az
close
up
RU
“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı “dəyirmi masa”da müzakirə olundu

“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı “dəyirmi masa”da müzakirə olundu

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Səbail rayon Mərkəzi Kitabxanasında Nizami Məmmədov və Sevda Məmmədəliyevanın müəllifi olduqları “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” təşkil etdi. Qarabağ müharibələrində qəhrəmancasına həlak olan şəhidlərimizin, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, “dəyirmi masa” iştirakçılarını salamladı. O, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, kitab iki böyük alim – akademik Yusuf Məmmədəliyevə və türkiyəli professor Turhan Nejat Vəziroğluna ithaf edilib və bu ilin dekabr ayının 31-də nəhəng alim Yusuf Məmmədəliyevin anadan olmasının 120 illik yubileyidir. Üç dildə (Azərbaycan, ingilis, rus) nəfis şəkildə nəşr olan kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsaitdir. Kitab 12 bölmədən ibarətdir. L.Məmmədova bildirdi ki, kitab müəlliflər tərəfindən ölkəmizin bir çox təhsil müəssisələrinin kitabxanalarına, Mədəniyyət Nazirliyinin tabeliyində olan bir çox kitabxanalara hədiyyə edilmişdir. L.Məmmədova məlumat verdi ki, kitabla bağlı məktəblilər və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları arasında şeir, esse və inşa müsabiqəsi keçirilmişdir. Müsabiqədə 73 nəfər iştirak etmişdir. Şeir müsabiqəsinin qalibi 18 nəfər, esse və inşa müsabiqəsinin qalibi isə 8 nəfər olmuşdur. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə kitab ithaf olunan tanınmış alimləri əbədi məşələ bənzətdi. O qeyd etdi ki, Yusuf Məmmədəliyev böyük şəxsiyyət idi və alman faşizmininə qarşı mübarizədə onun elmə, benzin buraxılışına, SSRİ-nin hərbi sənayesinə böyük köməyi dəymişdir. Daha sonra R.Mirzəzadə kitab haqqında fikirlərini bölüşdü. İnsan ağaclardan, yaşıllıqlardan, təbiətin bütün gözəlliklərindən güc alır. Meşələr, yaşıllıqlar olmasa insanın şüuru, zehni inkişaf edə bilməz. Böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh”, “Anna Karenina”, “Hacı Murad” kimi əsərlərini Yasnaya Polyanada – yaşıllıqlar qoynunda dünya şöhrətli əsərlər yaradıb. O həm də vurğuladı ki, Yusuf Məmmədəliyev dünyanı sülhə çağırırdı, dünya xalqlarının sülh içərisində yaşamasını arzulayırdı. Tanınmış uşaq yazıçısı, uşaqların sevimlisi, professor Solmaz Amanova tədbirdə iştirakına görə təşkilatçılara təşəkkürünü bildirdi. O qeyd etdi ki, ekoloji baxımdan çətin vaxtda təbiətimizi qorumasaq, bunu bizim üçün heç kim etməyəcək. Təbiəti tullantılardan təmizləmək üçün uşaqları da tərbiyə etmək lazımdır. S.Amanova 2012-ci ildə akademik Yusuf Məmmədəliyevə həsr etdiyi və “Dağılmış yuva” şeirlərini oxudu. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva tədbirin təşkilatçılarına, tədbir iştirakçılarına, kitabın müzakirəsində, ekologiyaya həsr olunmuş müsabiqədə iştirak edən şagird və kursantlara təşəkkürünü bildirdi. O, çıxışında neft üzrə alim Çapay Sultan haqqında məlumat verdi və qeyd etdi ki, 1941-ci ildə atam Yusuf Məmmədəliyevlə birgə yüksəkoktanlı benzin üzərində işləyirdi. Akademik Y.Məmmədəliyevin təcrübələri, fəaliyyəti, 2 dəfə Milli Elmlər Akademiyyasının prezidenti olması haqqında məlumat verdi. S.Məmmədəliyeva onu da vurğuladı ki, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, professor Bülbül atamın çətin anlarında hər zaman öz nəğmələri ilə ona dəstək olmuşdur. O, çıxışını Bəxtiyar Vahabzadənin akademik Yusuf Məmmədəliyevin 50 illiyinə həsr etdiyi şeiri ilə yekunlaşdırdı. YUNESKO-nun eksperti, Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının professoru Nizami Məmmədov çıxış edərək bildirdi ki, kitabın təqdimatı müxtəlif məkanlarda keçirilsə də, bügünkü tədbir xüsusilə möhtəşəmdir. Professor N.Məmmədov elmi işlərindən, iştirak etdiyi konfranslardan, kitabın ərsəyə gəlməsi haqqında danışdı. Professor dayanıqlı inkişaf konsepsiyasına dair məqaləsindən məlumat verdi. O qeyd etdi ki, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının davamı olaraq, bu il daha yeni bir kitabımız işıq üzü görəcək. Kitabın müəllifləri Nizami Məmmədov və Sevda Məmmədəliyevaya, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyevə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olundu. “Dəyirmi masa”da müsabiqələrin qalibləri olan kursantlar – Vüsal Hüseynov, Əli Hümbətov, Nicat Zərbəliyev, Həsən Qürbətzadə, Yusif Həşimov, Xəzər Əliməmmədli, məktəblilər – Natella Rəhimli, Aylin Rüstəmli, Nuray Şahəliyeva, Zəhra Fərəcova, Əli Ağamoğlan (gənc ixtiraçı), Nuray Mirzəzadə, Aylin Hüseynzadə, Tərlan Mirzəyeva, Səidə Məmmədli, Əsnad Əlimərdanova, Fidan Qənizadə, Nihad Ələsgərov, Şəfəq Əlizadə, Vəzifə Məmmədalıyeva diplomlarla təltif edildi və onlara “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı hədiyyə edildi. Xorda ifa edən şagirdlərə təşəkkürnamələr verildi və uşaq yazıçısı Gülzar İbrahimovanın yeni kitabları hədiyyə edildi. C.Naxçıvanski adına Hərbi Liseyin tərbiyə üzrə tabor komandirinin müavini Mehrab Əmirova kitab, liseyin qiraət və natiqlik dərnəyinin rəhbəri Gülsəda Amana təşəkkürnamə təqdim edildi. Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatı, muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova muğamlar, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, müğənni-vokalçı İslam Qasımov “Azərbaycan” və “Ey Vətən”, Bakı Musiqi Akademiyasının magistri Leyli Əşrəfi “Deyir ayrılma məndən”, “Kəpənək”, Səbinə Qocayeva “Журавли”, “Мой мир” mahnılarını ifa edərək, müsabiqə qalibi olan kursantlar və məktəblilər təbiətə aid şeirlərlə tədbirə rəng qatdılar. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, 7, 18, 76, 11, 175 №-li tam orta məktəblərin şagirdləri Nəzrin və Tuncay Babazadələr, Tamella Məmmədova, Nəzrin Rzazadə, Yusif Yaqubov, Kənan Hüseynzadə, Aminə Talıbova, Cahan Qurban, Aysun Zeynallı və Aişə Butt Sultanə “Dünyanı xilas edək” və “Məhəbbət çırağı” mahnılarını ifa etdilər. Xanəndə M.Cəbrayılovanı İ.Əbilov adına Mədəniyyət Mərkəzinin tarzəni Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəyli müşayiət etdilər. Bədii hissənin rejissoru, bəstəkar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmiralda Hüseynova idi. Tədbirdə “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabına və kitabla bağlı keçirilən müsabiqəyə həsr olunmuş videoçarxlar nümayiş olundu. Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=krYDd6WsxC4

https://youtu.be/dL4oYaqnB4s

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri