Icma.az
close
up
RU
“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı“dəyirmi masa”da müzakirə olundu

“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı“dəyirmi masa”da müzakirə olundu

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Səbail rayon Mərkəzi Kitabxanasında Nizami Məmmədov və Sevda Məmmədəliyevanın müəllifi olduqları “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” təşkil etdi.

Qarabağ müharibələrində qəhrəmancasına həlak olan şəhidlərimizin, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, “dəyirmi masa” iştirakçılarını salamladı. O, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, kitab iki böyük alim – akademik Yusuf Məmmədəliyevə və türkiyəli professor Turhan Nejat Vəziroğluna ithaf edilib və bu ilin dekabr ayının 31-də nəhəng alim Yusuf Məmmədəliyevin anadan olmasının 120 illik yubileyidir. Üç dildə (Azərbaycan, ingilis, rus) nəfis şəkildə nəşr olan kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsaitdir. Kitab 12 bölmədən ibarətdir. L.Məmmədova bildirdi ki, kitab müəlliflər tərəfindən ölkəmizin bir çox təhsil müəssisələrinin kitabxanalarına, Mədəniyyət Nazirliyinin tabeliyində olan bir çox kitabxanalara hədiyyə edilmişdir.

L.Məmmədova məlumat verdi ki, kitabla bağlı məktəblilər və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları arasında şeir, esse və inşa müsabiqəsi keçirilmişdir. Müsabiqədə 73 nəfər iştirak etmişdir. Şeir müsabiqəsinin qalibi 18 nəfər, esse və inşa müsabiqəsinin qalibi isə 8 nəfər olmuşdur.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə kitab ithaf olunan tanınmış alimləri əbədi məşələ bənzətdi. O qeyd etdi ki, Yusuf Məmmədəliyev böyük şəxsiyyət idi və alman faşizmininə qarşı mübarizədə onun elmə, benzin buraxılışına, SSRİ-nin hərbi sənayesinə böyük köməyi dəymişdir. Daha sonra R.Mirzəzadə kitab haqqında fikirlərini bölüşdü. İnsan ağaclardan, yaşıllıqlardan, təbiətin bütün gözəlliklərindən güc alır. Meşələr, yaşıllıqlar olmasa insanın şüuru, zehni inkişaf edə bilməz. Böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh”, “Anna Karenina”, “Hacı Murad” kimi əsərlərini Yasnaya Polyanada – yaşıllıqlar qoynunda dünya şöhrətli əsərlər yaradıb. O həm də vurğuladı ki, Yusuf Məmmədəliyev dünyanı sülhə çağırırdı, dünya xalqlarının sülh içərisində yaşamasını arzulayırdı.

Tanınmış uşaq yazıçısı, uşaqların sevimlisi, professor Solmaz Amanova tədbirdə iştirakına görə təşkilatçılara təşəkkürünü bildirdi. O qeyd etdi ki,ekoloji baxımdan çətin vaxtda təbiətimizi qorumasaq, bunu bizim üçün heç kim etməyəcək. Təbiəti tullantılardan təmizləmək üçün uşaqları da tərbiyə etmək lazımdır. S.Amanova 2012-ci ildə akademik Yusuf Məmmədəliyevə həsr etdiyi və “Dağılmış yuva” şeirlərini oxudu.

Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva tədbirin təşkilatçılarına, tədbir iştirakçılarına, kitabın müzakirəsində, ekologiyaya həsr olunmuş müsabiqədə iştirak edən şagird və kursantlara təşəkkürünü bildirdi. O, çıxışında neft üzrə alim Çapay Sultan haqqında məlumat verdi və qeyd etdi ki, 1941-ci ildə atam Yusuf Məmmədəliyevlə birgə yüksəkoktanlı benzin üzərində işləyirdi. Akademik Y.Məmmədəliyevin təcrübələri, fəaliyyəti, 2 dəfə Milli Elmlər Akademiyyasının prezidenti olması haqqında məlumat verdi. S.Məmmədəliyeva onu da vurğuladı ki,Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, professor Bülbülatamın çətin anlarında hər zaman öz nəğmələri ilə ona dəstək olmuşdur.O, çıxışını Bəxtiyar Vahabzadənin akademik Yusuf Məmmədəliyevin 50 illiyinə həsr etdiyi şeiri ilə yekunlaşdırdı.

YUNESKO-nun eksperti, Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının professoru Nizami Məmmədov çıxış edərək bildirdi ki, kitabın təqdimatı müxtəlif məkanlarda keçirilsə də, bügünkü tədbir xüsusilə möhtəşəmdir. Professor N.Məmmədov elmi işlərindən, iştirak etdiyi konfranslardan, kitabın ərsəyə gəlməsi haqqında danışdı. Professor dayanıqlı inkişaf konsepsiyasına dair məqaləsindən məlumat verdi. O qeyd etdi ki, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının davamı olaraq, bu il daha yeni bir kitabımız işıq üzü görəcək.

Kitabın müəllifləriNizami Məmmədov və Sevda Məmmədəliyevaya, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyevə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olundu.

“Dəyirmi masa”da müsabiqələrin qalibləriolan kursantlar –Vüsal Hüseynov, Əli Hümbətov, Nicat Zərbəliyev, Həsən Qürbətzadə, Yusif Həşimov, Xəzər Əliməmmədli, məktəblilər – Natella Rəhimli, Aylin Rüstəmli, Nuray Şahəliyeva, Zəhra Fərəcova, Əli Ağamoğlan (gənc ixtiraçı), Nuray Mirzəzadə, Aylin Hüseynzadə, Tərlan Mirzəyeva, Səidə Məmmədli, Əsnad Əlimərdanova, Fidan Qənizadə, Nihad Ələsgərov, Şəfəq Əlizadə, Vəzifə Məmmədalıyeva diplomlarla təltif edildi və onlara “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı hədiyyə edildi.

Xorda ifa edən şagirdlərə təşəkkürnamələr verildi və uşaq yazıçısı Gülzar İbrahimovanın yeni kitabları hədiyyə edildi.

C.Naxçıvanski adına Hərbi Liseyin tərbiyə üzrə tabor komandirinin müavini Mehrab Əmirova kitab, liseyin qiraət və natiqlik dərnəyinin rəhbəri Gülsəda Amana təşəkkürnamə təqdim edildi.

Tədbirin bədii hissəsindəRespublika və Beynəlxalq müsabiqələr laureatı, muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılovamuğamlar,Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, müğənni-vokalçı İslam Qasımov “Azərbaycan” və “Ey Vətən”,Bakı Musiqi Akademiyasının magistri Leyli Əşrəfi “Deyir ayrılma məndən”, “Kəpənək”, Səbinə Qocayeva “Журавли”, “Мой мир” mahnılarını ifa edərək, müsabiqə qalibi olan kursantlar və məktəblilər təbiətə aid şeirlərlə tədbirə rəng qatdılar.Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, 7, 18, 76, 11, 175 №-li tam orta məktəblərin şagirdləri Nəzrin və Tuncay Babazadələr, Tamella Məmmədova, Nəzrin Rzazadə, Yusif Yaqubov, Kənan Hüseynzadə, Aminə Talıbova, Cahan Qurban, Aysun Zeynallı və Aişə Butt Sultanə “Dünyanı xilas edək” və “Məhəbbət çırağı” mahnılarını ifa etdilər. Xanəndə M.Cəbrayılovanı İ.Əbilov adına Mədəniyyət Mərkəzinin tarzəni Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəyli müşayiət etdilər. Bədii hissənin rejissoru, bəstəkar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmiralda Hüseynova idi.

Tədbirdə “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabına və kitabla bağlı keçirilən müsabiqəyə həsr olunmuş videoçarxlar nümayiş olundu.

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=krYDd6WsxC4
https://youtu.be/dL4oYaqnB4s

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see165

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see153

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see152

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see150

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see148

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see143

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see142

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see135

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see130

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see129

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see125

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see124

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see120

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib YENİLƏNİB

11 May 2025 14:17see118

Karateçilərimizdən 4 medal

11 May 2025 12:49see116

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see116

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see115

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

12 May 2025 03:04see115

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see114

ABŞ dəhşətli fəlakətlərlə üz üzə Güclü sunami, böyük zəlzələ...

11 May 2025 09:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri