Icma.az
close
up
RU
Kitabxanaya “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitab hədiyyə edildi

Kitabxanaya “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitab hədiyyə edildi

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə “Yaradıcı oxucularımız layihəsi” çərçivəsində ekologiyaya, ətraf mühit problemlərinə və yaşıl enerjiyə həsr olunmuş yeni kitab hədiyyə olundu.

Planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması, dünyanın eloloji təhlükəsizliyi, planetin özəlliyinin qorunması, insan sağlamlığı və ərzaq məhsulları ilə bol təminata kimi taleyüklü hədəflərə yönəlib. “Yaşıl enerji”yə keçid bütün dünyada zərurətə çevrilmişdir. İqlim dəyişikliyi ilə mübarizədə vacibdir, bu gün bütün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişikliyi və onun nəticəsində yaranan fəsadların aradan qaldırılmasıdır.

Bu məsələlər tanınmış alimlər – Nizami Məmmədov və Sevda Məmmədəliyevanın 13 bölmədən ibarət 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı elmi-populyar kitabda maraqlı formada oxuculara təqdim edilir.

Kitabda vurğulanıb ki, Azərbaycan haqlı olaraq yaşıl enerji sahəsində lider dövlətlər sırasında olduğunu iddia edir. Qeyd olunur ki, XX əsrin ikinci yarısında bəşəriyyətin gələcəyinin qeyri-müəyyənliyi barədə məlumatlıq dünya inkişaf perspektivlərinin çoxsaylı araşdırmalarına səbəb oldu.

Müəlliflər qeyd edirlər ki, Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq bir­liyin məsul üzvü kimi rolunu nümayiş et­dirən “yaşıl” enerji layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Sammitinə sədrlik edən ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərlən­dirmişdir.

Kitabın müəllifləri Prezident İlham Əliyevin bərpaolunan enerji potensialının gerçək­ləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliy­yəti də əsaslı rolunu qeyd edərək vurğulayırlar ki, Azərbaycan öz resurslarından istifadə etməklə və daha yaşıl gələcəyə təşviq etməklə bərpa olunan mənbələrdə lider ola bilər.

Kitabın redaktoru akademik Urxan Ələkbərovdur.

Kitab müəlliflər tərəfindən ölkəmizin bir çox kitabxanalarına hədiyyə edilib.

Oxucular “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitabla təhsil ocaqlarının və Yasamal rayonunun kütləvi kitabxanalarında tanış ola bilərlər. Kitab ətrafında diskussiyalar “dəyirmi masa” ətrafında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see206

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see128

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see128

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri