Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Ekoloji təmiz və qazanclı gələcək üçün “Yaşıl iqtisadiyyat”

Ekoloji təmiz və qazanclı gələcək üçün “Yaşıl iqtisadiyyat”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Onun əsas komponentlərindən olan “Yaşıl biznes müəssisələri” qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edən müəssisələrdir. 

İqtisadiyyatın “yaşıl” olması üçün onun dörd amilə cavab verməsi zəruridir: Dayanıqlı inkişaf prinsipləri iqtisadi qərarlara daxil edilir; ekoloji təmiz məhsul istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl” olmayan xidmət və məhsulları əvəzləyir; ənənəvi rəqabətə nisbətdə “yaşıl”dır; kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edir. Yaşıl biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq yaxud aradan qaldırmaqdır. İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilir. 

Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların - “yaşıl texnologiya”ların tətbiqi geniş vüsət almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə işləyən texnologiyalardır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, “yaşıl iqtisadiyyat” özündə başlıca olaraq, 2 istiqaməti ehtiva edir:

“Yaşıl iqtisadiyyat” dedikdə günəş və külək enerjisindən istifadəni nəzərdə tuturuq. Bunun xaricində hələlik alternativ yoxdur. Məsələn, dağ çaylarından enerji vasitəsi kimi istifadə etmək üçün çayın qarşısını kəsib elektrik stansiyası qurduqda, bu sahədə ekosistemin məhvi ilə nəticələnir. 

Yəni balıqların dölünün, artımının qarşısını alımış oluruq. Azərbaycan mülayim-subtropik qurşaqda yerləşdiyinə görə günəşli günlərimiz daha çoxdur. Bundan faydalanmaq lazımdır. Yəni günəş batareyaları qurulmalı, insanlar evlərinin damlarında bunları quraşdırmalıdır. Bütün bunlar təşviq olunmalıdır. Hazırda günəş batareyaları ölkə üzrə quraşdırılmaqdadır.

Bu çox qürurverici və məmnunedici haldır. Külək enerjisinə gəldikdə, bundan istifadə üçün bəlli bir hesablamalar var. Külək stansiyaları daha çox külək əsən yerlərdə qurulur. Amma biz külək stansiyaları qurarkən, quşların köçünə mane oluruq. Bu isə ekosistemə məhvinə gətirib çıxarır. Ona görə də, külək stansiyalarının quraşdırılması zamanı ekoloqlar çağırılır. “Yaşıl enerji” həm də iqlim dəyişikliyinin, temperaturun artmasının müəyyən mənada qarşısını almağa təsir edir. Atmosferə karbon qazı emissiyasının atılmasının qarşısı alınır”. 

Ekoloq qeyd edib ki, hazırda dünyanın bir çox aparıcı ölkələri ekoloji problemlərə etinasız yanaşır:

“COP29 Azərbaycan ada dövlətlərinin səsini dünyaya yaydı. Havanın hərarətinin 1.5-2 dərəcə artması ada dövlətlərinin yox olmasına gətirib çıxara bilər. Hətta Yaponiyanı, Avstraliyanı belə bu təhlükə gözləyir. Tanrı atmosferi, troposferi, stroposferi, ozon təbəqəsini elə yaradıb ki, özü-özünü nizamlayır. 

Amma Çinin, Hindistanın, Rusiyanın və digər ölkələrin təsiri ilə atmosfer özü-özünü bərpa etməkdə çətinlik çəkir. Dünya yeri gələndə bizim məhv etmək hesabına özünü yenə bərpa edəcək. Sonda isə biz olmayacağıq. Bu baxımdan, əsas zərər verən dövlətlər daha həssas yanaşma ortaya qoymalıdır. ABŞ Paris sazişindən çıxıb. Bu gün ABŞ çevrəyə, ekologiyaya demək olar ki, biganə yanaşır və daxili embarqo qoyub. Dünyanın ən zəngin dövlətinin belə bir addım atması çox ağır nəticələrə səbəb ola bilər. 

ABŞ təbiətin mühafizəsinə, ekologiyaya pul ayırmasa, BMT də, NATO da, “Yaşıllar hərəkatı” da çökə bilər. Azərbaycanın isə bu məsələlərlə bağlı addımları alqışa layiqdir. Bu gün biz Xəzər dənizi problemi yaşayırıq, ölkəmizdə səhralaşma görürük. Belə ekoloji problemlərin qarşısının alınması üçün düzgün layihələr həyata keçirmək mütləqdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.   


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri