Icma.az
close
up
RU
Ekosid fəaliyyətinə son!

Ekosid fəaliyyətinə son!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Cənubi Qafqaz coğrafiyasında onilliklər ərzində əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistanın pozuculuq fəaliyyətlərindən biri də bu ölkənin davamlı olaraq ətraf mühitə vurduğu ziyandır ki, bu da həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində ciddi narahatlıq doğurur. “Environmental Protection First” (EPF) Koalisiyası tərəfindən Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritənin bu günlərdə ictimaiyyətə təqdim edilməsi də bu narahatçılığın ifadəsidir. İnfobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.

Peşəkar komanda tərəfindən hazırlanan unikal resurs

Ermənistan bir qayda olaraq dağ-mədən müəssisələrinin fəaliyyəti barədə geniş məlumatları ictimaiyyətə təqdim etmir. Bununla da şəffaflıq pozulur. Ermənistan hökumətini belə davranmağa sövq edən amillər çoxdur.  Bu ölkədə dağ-mədən sənayesində əldə olunan gəlirlərin korrupsiya yeminə çevrildiyinə dair tez-tez müzakirələr açılır və hesabat istənilir. Eyni zamanda, Ermənistanın müvafiq qurumları sözügedən istehsalatların ətraf mühitə vurduğu ziyanı da hər vəclə gizlətməyə çalışırlar.

Təqdim olunan interaktiv rəqəmsal xəritə Ermənistanın ekoloji cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox önəmlidir. Bu unikal resurs peşəkar komandanın bir ildən çox vaxt ərzində çəkdiyi gərgin əməyin məhsuludur. Yeri gəlmişkən, “Environmental Protection First” Koalisiyası 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırlayıb. İndiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritə də həmin xəritənin bazasında ərsəyə gətirilib. Lakin rəqəmsal xəritə hazırlanarkən yeni faktlar toplanıb və materiallar xeyli zənginləşdirilib. Təqdimat zamanı rəqəmsal xəritəni tərtib edən Koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, interaktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar təqdim olunur. “Ermənistanda dövlət qurumları bu barədə susmağa üstünlük verir, amma biz xəritələri həm də erməni dilində hazırlayırıq ki, yerli ictimaiyyət ondan gizlədilən ekoloji cinayətlərdən agah olsun. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumat almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib”, - deyə M.Bayramov vurğulayıb.

Bütün bölgənin zəhərlənməsinin qarşısı alınmalıdır

Azərbaycan ictimaiyyətinin Ermənistanın ətraf mühitə ziyan vurmasından narahatlıq keçirməsi başadüşüləndir. Ermənistanın ekoloji normaları kobud şəkildə pozaraq istismar etdiyi dağ-mədən yataqlarının böyük əksəriyyəti sərhədlərimizə yaxın ərazilərdə yerləşir. Yataqların işlənmsi zamanı istehsalatdan çıxan çirkli sular transsərhəd çaylarına axıdılır. Beləliklə də, Ermənistanın müxtəlif sənaye fəaliyyətləri zamanı ətraf mühitə vurduğu ziyandan Azərbaycan da təsirlənir. İndiyədək respublikamız bu məsələ ilə bağlı dəfələrlə həyəcan təbili çalsa da, Ermənistan tərəfi beynəlxalq konvensiyaların tələblərini pozmaqda davam edir.

“Environmental Protection First”  Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır. A.Məmmədovun sözlərinə görə, Azərbaycan QHT-lərinin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı açdığı cəbhə dünyanın ən müxtəlif ölkələrindəki ekoloji təşkilatlar tərəfindən alqışlanıb.

Təqdimatda “Environmental Protection First”  Koalisiyasının həmtəsisçisi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva bəyan edib ki, Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır. Fikirlərinə davam edən P.Vəliyeva deyib:  “Ermənistanın baş naziri Nikol Paşinyan bu mövzuda Azərbaycan ictimaiyyətinin, dünyanın onlarla ölkəsindən olan vətəndaş cəmiyyəti təmsilçilərinin ona ünvanlanan müraciətlərini 2 ilə yaxındır ki, cavabsız qoyub. Hələ də Ermənistanın dağ-mədən müəssisələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərini gizlədir, ictimailəşdirməkdən imtina edir”.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri