Icma.az
close
up
RU
525ci qəzet Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr

525ci qəzet Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Zaur USTAC

Bu gün bütün dünyada, o cümlədən, Azərbaycanda ekoloji tarazlıq pozulmaqda, su, torpaq və atmosferin çirklilik dərəcəsi çox təhlükəli qlobal problem həddinə çatmaqdadır. Bu hal mütəxəssislər tərəfindən XX və XXI əsrlərdə sənayenin sürətli inkişafı, insanların təbiətə amansızcasına müdaxiləsi, təbii ehtiyatlardan istifadənin istismar həddini alması, təbii sərvətlərin insan tərəfindən sərhəd gözlənilmədən məsrəf edilməsi və bir sıra digər səbəblərlə izah olunur.

Ancaq respublikamızda mövcud problemlərlə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarında təqribən 30 il ekosid, urbisid və kultursid siyasəti aparması kimi səbəblər də var. Bu isə mövcud problemlərə daha üstün diqqət ayırmasını tələb edir.

Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da ekoloji siyasətin başlıca hədəfi dövlətin öz vətəndaşının təhlükəsiz mühitdə yaşamasını təmin etmək, əldə olanları, başqa sözlə, ekosistemləri qorumaq, ətraf mühitə imkan daxilində ziyansız təsir göstərməklə təbii sərvətlərdən səmərəli istifadədir. Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərovun Qarabağda və Şərqi Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində) yeni kitabında məhz bu mövzuya işıq tutulur.

Kitab işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində ekosid, urbisid və kultursid siyasəti və "Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında" adlanan iki hissədən ibarətdir. I hissədə Ermənistanın Azərbaycana qarşı apardığı məkrli işğalçılıq siyasətindən, II hissədə isə Ermənistanın viranə qoyduğu Azərbaycan ərazilərini əvvəlki görkəminə qaytarmaq üçün dövlətimizin həyata keçirdiyi böyük quruculuq işlərindən bəhs olunur.

Tədqiqat müstəvisinə çıxarılan mövzu ölkənin ekoloji cəhətdən təhlükəsiz və davamlı inkişafının təmin edilməsi yönümündə əhatəli işlər görüldüyü indiki zamanda ciddi aktuallıq kəsb edir.

Kitabdan məqsəd XX əsrin sonuncu onilliyindən keçən müddətdə Ermənistanın Azərbaycanın təbiətinə və ümumən ekologiyasına vurduğu zərəri və bərpa işlərinin təşkili barədə araşdırmaları bir arada təqdim etmək olub. Bərpa işlərinin keyfiyyətli, ancaq qənaət prinsipi qorunaraq həyata keçirilməsinə, inkişaf modelinin yeni və standartlara uyğun olmasına, erməni ekosid siyasətinin nəticəsi olaraq yararsız hala düşmüş torpaqların istifadə üçün yararlı hala gətirilməsinə, bu işlərə dünyanın tanınan şirkətlərini cəlb etməklə müvəffəq olmağa, xarabalığı xatırladan ərazilərdə "Yaşıl enerji" zonası yaradılmasına Azərbaycan dövlətinin ayrıdığı xüsusi diqqət ətraflı işıqlandırılıb.

Qeyd olunan məsələlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan əvvəlki iqtisadi göstəriciləri ilə müqayisəli təhlil edilib, digər rayonların səviyyəsinə gətirilməsi yolları açıqlanıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ermənilərin usanmaq bilməyən ekosid, irbisid və kultursid siyasəti yalnız Azərbaycanın və regionun deyil, bütövlükdə dünyanın ekoloji və sosial-iqtisadi həyat tərzinə köklü təsir göstərə biləcək problem tərzində ifadə edilib. Fikrimizcə, problemə dünyanın problemi prizmasından yanaşılması daha düzgün olardı. Təəssüf ki, Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyəti ilə barısmaq istəmir, atəşkəsin şərtlərini mütəmadi olaraq pozmaqda işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinin gedişinə maneçilik törətməkdə israrlı olaraq qalmaqdadır.

Uzun illər səngimək bilməyən bu mürəkkəb tarixi-siyasi vəziyyət, eləcə də Azərbaycanın təbii sərvətlərinə Ermənistanın dağıdıcı münasibəti və ekosistemlərin qorunması kimi məsələlər nəzərə alınaraq, erməni ekosidinin aktuallığı əsərin I hissəsində bir neçə istiqamətdə nəzərdən keçirilib: ekosid anlayışına tarixi bir nəzər, ekosid siyasəti qanunvericilik müstəvisində; qərəzli münaqişə və gərginlik səbəbindən içməli və suvarma suyun çirkləndirilməsi və bunun əhalinin sağlamlığına və iqtisadiyyata mənfi təsiri; ekosistemin tarazlığının pozulması, başqa sözlə, torpağın dağıdılması, yerli fauna və flora növlərinin kökünün kəsilməsinin nəticəsi olaraq bölgədə bioloji müxtəlifliyin ciddi təhlükə altında olması; ekoloji faktorlar nəzərə alınmaqla infrastrukturun qurulması, sənaye fəaliyyətinin artması və təbii sərvətlərin davamlı şəkildə idarə olunması; ekosid siyasətindən əziyyət çəkilməsi səbəbindən bölgədə iqlim dəyişikliyinin baş verməsi və bunun əhalinin sağlamlığına, eləcə də kənd təsərrüfatının məhsuldarlığına mənfi təsiri.

"Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında" adlanan II hissədə "Ekoloji tarazlığın qorunması - Azərbaycanın ekoloji siyasətinin tərkib hissəsi" və "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində Azərbaycan ekologiyanın bərpası sahəsində respublikamızın davamlı inkişaf konsepsiyası" mövzuları tədqiqat müstəvisinə çıxarılıb, Ermənistan və Azərbaycan hökumətlərinin ekoloji siyasət modelləri qarşılıqlı müqayisə zəminində açıqlanıb, adı çəkilən dövlətlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini necə qarşıladığı məsələlərinə aydınlıq gətirilib. Faktlarla göstərilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nüvəsində yalnız ekosid yox, urbisid və kultursid siyasətləri də durur. Ermənistanın bu əməlləri Beynəlxalq Cinayət Məcəlləsinin soyqırım, etnik təmizləmə və zorakılıq kimi maddələrində özünü açıq-aşkar göstərir. Və bu mövqe nəinki respublikamız, yaxud region, ümumilikdə bəşəriyyət üçün ciddi təhlükədir. 

Kitabda ekoloji siyasətin Azərbaycan modelinin əsas istiqamətlərinə geniş açıqlama verilir, respublikamızın mövcud problemləri "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" vasitəsilə həll etmək iqtidarında olduğu tədqiqat müstəvisinə çıxarılır. Prezident İlham Əliyevin ekoloji siyasəti ilə bağlı mövzu gündəmə gətirilməklə Azərbaycan hökumətinin həyata keçirdiyi ekoloji siyasətin hədəfləri açıqlanır. Başlıca məqsədin indiki və gələcək nəsillərin ehtiyaclarının  ödənilməsi, davamlı inkişafın təmin edilməsi, başqa sözlə, mövcud ekoloji sistem-lərin və iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, fəaliyyət zamanı qarşıya çıxa biləcək problemlərin sağlam düşüncə və ətraf mühitə mümkün qədər az mənfi təsir göstərməklə aradan qaldırılmalı olduğu diqqətə çatdırılır.

Tədqiqat işi ekoloji problemlərin öyrənilməsi və elmi-nəzəri təhlili ilə məşğul olan hər kəs üçün əhəmiyyətli mənbədir. Araşdırmadan və onun nəticələrindən tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin, müvafiq mövzularda mühazirə mətnlərinin hazırlanması işində yararlanmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri