Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm”
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu yazıçı Əkrəm Əylisli deyib.
O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: Pepperoni pizza
“O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".
Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə sualı isə belə cavablandırıb:
“Səhhətim imkan vermir ki, hansısa tədbirlərə gedəm. Heç xoşum gəlmir, mənimlə bağlı xırda şeyləri şişirib yazalar. Adımın hallandırılmasından iyrənirəm, sevmirəm. Adım belə şeylərdə hallanmamalıdır. Mən o dünyanın adamı deyiləm. Bu, mənim xarakterimə uyğun deyil. Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















