Icma.az
close
up
RU
Əkrəm Əylisliyə verilən mükafat təsadüfi deyil ŞƏRH

Əkrəm Əylisliyə verilən mükafat təsadüfi deyil ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu, Azərbaycana qarşı informasiya savaşının yeni mərhələsidir"

"Söhbət köhnə-yeni ədəbiyyatımızın "canlı meyit"i Əkrəm Əylislidən (və yaxud, sosial şəbəkə istifadəçilərinin leksikonu ilə desək, Əkrəm Agulisyandan) gedir. Adam Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2026-cı il üzrə Ədəbiyyat Mükafatına layiq görülüb".

Sherg.az xəbər vüerir ki, bunu politoloq Əlisahib Hüseynov deyib. O, qeyd edir ki, rəsmi açıqlamaya görə, "EBRD Literature Prize" adlanan bu mükafat Ə.Əylisliyə onun sovet dövründə yazdığı "Adamlar və ağaclar" trilogiyasına görə verilib. Ancaq erməni mediası isə bildirir ki, bu mükafatı ona "Daş(nak) yuxular"ına görə veriblər:

"Bu mükafatın məhz ilin-günün bu vaxtında, bu vədəsində sözügedən satqın yazarımıza verilməsi heç də təsadüfi deyil. Əkrəm Əylisli vətəndaş kimliyi və ədəbi bioqrafiya baxımından Azərbaycan yazıçısı olsa da, lakin onun müstəqillik dövrümüzdəki antimilli mövqeyi və xüsusilə də məlum "Daş(nak) yuxular"ı əsəri işğal dövründəki ideoloji mübarizəmizə və informasiya savaşımıza ağır zərbə vurub. "Daş(nak)nak yuxular"ı həqiqətən də heç vaxt və heç cürə bağışlanmayacaq bir qələm nümunəsi, ədəbi təxribat hadisəsidir. Bu zəhərli cızmaqaranı yazıb ortaya çıxardıqdan sonra köhnə Əkrəm Əylisli (sovet dövründəki Əkrəm Əylisli) öldü və yeni - ermənipərəst Əkrəm Əylisli peyda oldu". 

Ekspert hesab edir ki, ancaq indi Avropa Yenidənqurma və İnkişaf Bankının təqdim etdiyi mükafat köhnə Əkrəmin köhnə zamanlarda (keçmiş SSRİ dönəmində) yazdığı əsərə görə verilib:

"Bu, ilkin mərhələdir. Maraqlıdır, bəs növbəti mərhələdə bu dırnaqarası "azərbaycanlı" yazıçıya, görəsən, hansı ödülü verməyi düşünürlər? Yeni Əkrəmin yazdığı "Daş(nak) yuxular"ına görə hansı mükafat nəzərdə tutulur? Bu gedişlə Əkrəmə Buker mükafatı da, Pulitser də və hətta Nobel ödülü də verilə bilər. Və heç şübhəsiz ki, erməni lobbisi bu hədəfə nail olmaq üçün əlindən gələni edəcək. Çünki görünən budur ki, ortada çox hiyləgər bir plan var". 

Politoloq vurğulayır ki, biz Qarabağ və Şərqi Zəngəzuru azad etsək də, lakin Azərbaycana qarşı informasiya savaşı dayanmayıb. Əksinə, bizə qarşı informasiya savaşının yeni mərhələsinə start verilib:

"Ermənistanın işğalçılığını ört-basdır etməyə və erməniləri humanist, azərbaycanlıları isə "vəhşi" xalq kimi göstərməyə xidmət edən "Əkrəm qələmi" hər fürsətdə Azərbaycana qarşı istifadə ediləcək. Bu kampaniya həm də Qərbi Azərbaycana qayıdışımıza qarşı yönəlib. Xain Əkrəmin "Daş yuxular" roman-rekviyemində ötən əsrin 80-90-cı illərinin qovşağında Bakıda baş verən hadisələr təsvir olunarkən, Ermənistandan deportasiya olunub Bakıya gələn qaçqın azərbaycanlıların "yerazlar" ifadəsi ilə mənfi, aqressiv və radikal obrazda təqdim edilmələri heç də təsadüfi deyil. Revanşist-millətçi erməni dairələri bu faktdan azərbaycanlılarla ermənilərin guya bir-birilə uyuşmazlıqlarını qabartmaq və beləliklə də, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını əngəlləmək üçün istifadə edəcəklər. Başqa sözlə desək, Əkrəmin "Daş(nak) yuxular"ı millətimizin gələcək taleyinə qarşı hesablanmış "gec partlayan mina"dır. Əkrəm özü günün birində gəbərib cəhənnəmə vasil olsa da, lakin onun qələminin qondardığı daşnak təxribatı isə hələ uzun illər bizim əleyhimizə işləyəcək!.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyul 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri