Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib FAKTİKİ HAVA AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 1-i saat 10:30-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.
Baxış sayı:149
Bu xəbər 01 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















