Icma.az
close
up
RU
Ekspert: ABŞ ın Zəngəzur dəhlizinin reallaşdırılması prosesində iştirakı strateji əhəmiyyət daşıyır

Ekspert: ABŞ ın Zəngəzur dəhlizinin reallaşdırılması prosesində iştirakı strateji əhəmiyyət daşıyır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

ABŞ-ın Zəngəzur dəhlizinin reallaşdırılması prosesində iştirakı layihəyə beynəlxalq status verməklə yanaşı, həm də strateji əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC -a müsahibəsində rusiyalı ekspert, siyasi elmlər doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova deyib.

O əlavə edib: “Donald Tramp sadəcə siyasətçi deyil, nəticəyönümlü, praktik təfəkkürə malik iri beynəlxalq iş adamıdır. Onun yanaşması ənənəvi siyasi ritorikadan fərqlənir: o, səmərəlilik, fayda və perspektivlər baxımından fikirləşir. Məhz bu prizmadan onun Zəngəzur dəhlizinə olan marağını nəzərdən keçirməliyik”.

Ekspertin izah etdiyi kimi, mahiyyət etibarilə unikal presedent yaradılır: bütün iştirakçıların praktiki fayda əldə etdiyi, regionun isə yeni perspektivlər qazandığı siyasi və iqtisadi model. ABŞ-ın layihədə belə iştirakı Cənubi Qafqaz üçün mühüm imkanlar açır. Birincisi, bu, təhlükəsizliyin və siyasi sabitliyin əlavə təminatıdır, çünki ABŞ təkcə sazişin qarantı deyil, həm də onun birbaşa iştirakçısına çevrilir. İkincisi, bu marşrut investisiyaların cəlb edilməsi, yeni logistika marşrutlarının yaranması və ticarət fəaliyyətinin stimullaşdırılması üçün güclü təkandır. Üçüncüsü, bu, geosiyasi tarazlığın ciddi dəyişməsidir: regiona bazar praqmatizmi və uzunmüddətli planlaşdırma prinsipləri əsasında effektiv mexanizmlər qura bilən aktor gəlir”.

Ekspertin sözlərinə görə, ABŞ-ın iştirakı Zəngəzur layihəsi üçün əlavə perspektivlər yaradır. Amma həlledici amil bəyannamələrin imzalanması faktı deyil, bu sənədlərin əməldə necə həyata keçiriləcəyi olacaq. Məhz onların həyata keçirilməsində - konkret infrastruktur layihələrində, davamlı iqtisadi effektdə, insanların artan həyat standartında bu beynəlxalq tərəfdaşlığın real dəyəri olacaqdır. Bu gün Cənubi Qafqazın qeyri-sabitlik zonasından dayanıqlı inkişaf məkanına keçmək üçün real şansı var və indi çox şey bütün tərəflərin siyasi iradəsindən və məsuliyyətindən asılıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri