Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

Ekspert: Azərbaycan yeni iqtisadi təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rol oynayır MÜSAHİBƏ

Ekspert: Azərbaycan yeni iqtisadi təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rol oynayır MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 may, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko ilə müsahibəni təqdim edir

- Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Hansı əməkdaşlıq sahələri daha perspektivli sayılır?

- Uzun müddət ərzində Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərdə müəyyən durğunluq müşahidə olunurdu və bu dövrdə ticarət dövriyyəsi təxminən 3 milyard dollar səviyyəsində qalırdı. Lakin 2022-ci ildən etibarən vəziyyət dəyişməyə başladı və 2024-cü ildə bu rəqəm demək olar ki, 5 milyard dollara çatdı. Bu, ticarət və investisiya sahəsində münasibətlərimizin müsbət dinamikasını göstərir. Hazırkı vəziyyəti ümumilikdə müsbət qiymətləndirmək olar və perspektivlər də kifayət qədər yaxşı görünür. Bununla belə, qeyd etmək lazımdır ki, əsas perspektivlər Rusiyaya Qərb tərəfindən tətbiq olunan sanksiya təzyiqlərinin nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Hər iki ölkə üçün vacib məsələ ondan ibarətdir ki, sanksiya məhdudiyyətlərinə məruz qalmayan sahələr müəyyən edilsin.

Rusiya və Azərbaycanın iqtisadi strukturları oxşardır – ÜDM-in əhəmiyyətli hissəsi xammal sektoru, o cümlədən xammalın ixracı və emalı ilə bağlıdır. Bu səbəbdən yeni əməkdaşlıq sahələri tapmaq hər zaman asan olmur. Bununla belə, kənd təsərrüfatı ən açıq və perspektivli sahələrdən biridir. Eyni zamanda, maşınqayırma və neft-kimya sənayesi sahələrində də əməkdaşlıq üçün imkanlar mövcuddur. Ən vacib məqam ondan ibarətdir ki, hər iki ölkənin biznes dairələri bir-birinin bazarını daha yaxından tanısın və əsaslandırılmış investisiya qərarları qəbul etsinlər. Mən ən prioritet istiqamətlər kimi sənaye sahəsində əməkdaşlıq və bu sahədə birgə layihələrin reallaşdırılmasını, eləcə də xidmətlər sektorunun inkişafını görürəm. Turizm isə ikitərəfli əməkdaşlığın ən perspektivli sahələrindən biri olaraq qalır.

- Yaxın illərdə iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması nə dərəcədə realdır?

- Hazırda aqrar məhsulların ticarəti və ya Rusiya sənaye məhsullarının, o cümlədən nəqliyyat texnikasının Azərbaycan bazarına tədarükü ilə bağlı imkanlar maksimum dərəcədə istifadə olunub. Ticarət əlaqələrinin növbəti mərhələsi birgə layihələrin həyata keçirilməsi olmalıdır. Məhz bu cür layihələr hazır məhsullarla deyil, aralıq məhsullarla ticarətin artmasına imkan verəcək və bu da ticarət dövriyyəsinin böyüməsinə töhfə verə bilər. Ümumi perspektivlərə gəlincə, bir neçə sahəni qeyd etmək olar. Bunlara aqrar məhsullar və qida sənayesi, həmçinin maşınqayırma, tikinti və neft-qaz emalı – xüsusilə neft-kimya və qaz-kimya sahələri daxildir. Bu sahələr Rusiya və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üçün yaxşı imkanlar vəd edir.

- Dəyişən geosiyasi şərait fonunda Rusiyanın Azərbaycanla münasibətlərində iqtisadi prioritetlər necə dəyişib?

- Rusiya Azərbaycanın müstəqil və suveren xarici siyasətini yüksək qiymətləndirir. Biz yalnız Türkiyə ilə yaxınlaşmanı deyil, ümumilikdə Azərbaycanın xarici siyasətində yeni yanaşmanı da qeyd edirik — bu da Rusiya tərəfindən müsbət qarşılanır, çünki Türkiyə xüsusi hərbi əməliyyatlar dövründə özünü etibarlı iqtisadi-ticarət tərəfdaş kimi göstərdi. Qarabağ münaqişəsinin başa çatmasından sonra Azərbaycan yeni xarici siyasət modeli formalaşdırır və görünür ki, bu model çoxvektorlu, daxili maraqlarla yanaşı xarici tərəfdaşların maraqlarını da nəzərə alan balanslı yanaşmaya əsaslanacaq. Bu tərəfdaşlar Azərbaycan bazarına, təbii sərvətlərinə və sənaye məhsullarına çıxışda maraqlıdır. Rusiya tərəfi üçün Azərbaycan Cənubi Qafqazın ən böyük dövləti kimi strateji əhəmiyyətli nəqliyyat-loqistika qovşağıdır, Cənubi Avropa və Aralıq dənizi ölkələrinin xammalla təmin edilməsində açar rol oynayır. Biz əminik ki, münaqişədən sonrakı dövrdə formalaşan geosiyasi mühit iqtisadiyyatdan tutmuş regional təhlükəsizlik məsələlərinədək müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

- Azərbaycanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi qismində iştirakının Rusiya ilə iqtisadi əməkdaşlıq baxımından əhəmiyyəti nədir? Bu, yeni imkanlar açırmı?

- Ümumilikdə Rusiyada biz görürük ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının bazarlarına, ilk növbədə Rusiya bazarına öz məhsullarının çıxışını təmin etməkdə maraqlıdır. Paralel olaraq, Azərbaycanın Aİİ üzvü olan digər ölkələrlə, məsələn, Qazaxıstan və Qırğızıstanla da ticarət dövriyyəsinin artdığını müşahidə edirik. Buna görə də, Azərbaycanın Aİİ-də müşahidəçi statusunda olduğu halda ittifaqa üzv dövlətlərlə ikitərəfli iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirməsi, coğrafi və iqtisadi yaxınlıq, eləcə də oxşar texnoloji və institusional inkişaf səviyyələri fonunda tamamilə təbii və məntiqli mərhələdir. Biz hesab edirik ki, Avrasiya İqtisadi İttifaqının potensialı artmaqda davam edəcək. Müəyyən mərhələdə Azərbaycan Aİİ ilə əməkdaşlığı dərinləşdirmək və ya bu birliyin xaricində iqtisadi əlaqələr qurmaq arasında seçim qarşısında qala bilər. Bu, həm də ittifaqın inteqrasiya səviyyəsindən asılı olacaq. Hazırda biz vahid elektrik enerjisi, neft və qaz bazarının yaradılması mərhələsinə daxil olmuşuq, makroiqtisadi siyasətin harmonizasiyası, vergi sistemlərinin yaxınlaşdırılması və əmək bazarının birləşdirilməsi istiqamətində irəliləyirik. Bu istiqamətlər həm Rusiya, həm də ittifaqdakı tərəfdaşlarımız üçün prioritet təşkil edir.

Bundan əlavə, Azərbaycan üçün Aİİ ilə azad ticarət zonası yaradan İranın təcrübəsi maraqlı ola bilər. Bu kontekstdə Aİİ ilə yaxınlaşma Azərbaycan üçün, xüsusən kənd təsərrüfatı və istehlak mallarının istehsalı kimi sahələrdə perspektivli istiqamət ola bilər.

- Azərbaycanın qeyri-xammal sektorlarını inkişaf etdirmək istəyini nəzərə alaraq, Rusiya ilə texnoloji və innovativ əməkdaşlıq perspektivlərini nə dərəcədə real hesab edirsiniz?

- Doğrudur, bu gün həm Rusiya, həm də Azərbaycan müasir texnologiyaların, o cümlədən süni intellektin və informasiya-kommunikasiya həllərinin fəal tətbiqi mərhələsindədir. Qarşılıqlı ticarət marağını və xüsusilə də birgə layihələrin reallaşdırılmasında marağı qorumaq üçün texnoloji və innovasiya sahəsində əməkdaşlıq ən perspektivli istiqamətlərdən biridir.

Rusiyada texnologiyaların inkişafında əsas rolu “Qazprom”, “Rosneft”, “Rostex”, “Rosatom” kimi iri dövlət korporasiyaları və dövlət özü oynayır. Azərbaycanda da oxşar vəziyyət müşahidə olunur – dövlət innovativ inkişafın fəal iştirakçısıdır. Eyni zamanda görürük ki, Azərbaycanda qərb ölkələrindən olan xarici kapitalın təsiri böyükdür. Buna görə də, Rusiyanın açıq texnoloji üstünlüklərə malik olduğu və azərbaycanlı tərəfdaşlar üçün maraqlı ola biləcək sahələri müəyyənləşdirmək vacibdir. Rusiyada prioritet hədəf öz texnoloji bazasının inkişafı, xüsusi hərbi əməliyyat çərçivəsində tapşırıqların həlli və milli iqtisadiyyatı yeni mərhələyə çıxara biləcək müasir platformaların yaradılmasıdır. Azərbaycan Rusiyanın texnologiyalarına çıxış əldə etməkdə və ya öz məhsullarını Rusiya bazarına çıxarmaqda maraqlı olduğu qədər, əməkdaşlıq perspektivlərini real hesab etmək olar. Əlbəttə, söhbət məhz qeyri-xammal sektorlarından gedir. Çünki xammal sahəsində Rusiya və Azərbaycan obyektiv olaraq rəqibdir, bu istiqamətdə ciddi kooperasiya imkanları hələ ki məhduddur.

- Sizin fikrinizcə, gələcəkdə qlobal bazarlarda “Rusiya–Azərbaycan” birgə brendlərinin – qida məhsulları, texnologiyalar və təhsil sahəsində – meydana çıxması mümkündürmü? Bunu reallaşdırmaq üçün nə lazımdır?

- Doğrudan da, Azərbaycanın qida məhsulları, texnologiyalar və təhsil sahələrində öz üstünlükləri var. Bu üstünlükləri düzgün şəkildə formalaşdırmaq, təqdim etmək və səmərəli istifadə etmək lazımdır. Bu məsələ bəlkə də hələlik gündəmin birbaşa prioriteti olmasa da, iqtisadi əməkdaşlıq genişləndikcə, gec-tez həm ərzaq, həm texnologiya, həm də mədəniyyət və incəsənət sahələrində birgə layihələr meydana çıxacaq. Rusiyada biz bilirik ki, Azərbaycanda ənənəvi olaraq orta, peşə və ali təhsil səviyyəsi, eləcə də elmi araşdırmalar yüksək səviyyədə olub. Buna görə də bu sahələrdə əməkdaşlıq perspektivləri şübhə doğurmur. Gələcəkdə qarşılıqlı əlaqələrin düzgün koordinasiyası və genişləndirilməsi sayəsində birgə brendlər qlobal bazarda reallığa çevrilə bilər.

- Sizcə, Rusiya ilə Azərbaycanın əməkdaşlığı Avrasiya regionunda yeni iqtisadi təhlükəsizlik arxitekturasının qurulmasında hansı rolu oynaya bilər?

- Bu məsələ diqqətli araşdırma tələb edir. Nisbətən yaxın dövrlərə qədər təhlükəsizlik arxitekturasının qurulması – istər iqtisadi, istər hərbi, istərsə də ekoloji baxımdan – ATƏT çərçivəsində həyata keçirilirdi. Lakin bu gün biz bilirik ki, həmin təşkilat faktiki olaraq iflic vəziyyətindədir və Avropadakı proseslərə minimal təsir göstərir, bəzən isə destruktiv rol oynayır. Bu səbəbdən Avrasiya üçün iqtisadi təhlükəsizlik məsələləri Rusiya və digər qitə dövlətləri üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Rusiya belə bir mövqe formalaşdırıb ki, iqtisadi təhlükəsizlik məsələləri qlobal səviyyədə BMT-dən çox BRICS və ya Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi platformalarda müzakirə olunmalıdır. Azərbaycan bu təşkilatların üzvü olmasa da, onların fəaliyyəti ilə maraqlanır. Bu platformaların gündəliyində “yumşaq təhlükəsizlik” və iqtisadi təhlükəsizlik məsələləri mühüm yer tutur.

Azərbaycanın konkret roluna gəlincə isə, onun iqtisadi potensialı, təbii resursları və geostrateji mövqeyi – Qara dənizlə Xəzər dənizi arasında, Cənubi Qafqazın cənubundakı yolların kəsişməsində yerləşməsi, həmçinin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”ndə açar ölkə olması – artıq bu gün Azərbaycanın iqtisadi təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynamasına imkan verir. Bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi isə bu rolu daha da gücləndirəcək.

- Gəlin 2030-cu ili təsəvvür edək: sizin fikrinizcə, o vaxta qədər Rusiya ilə Azərbaycan arasında “ideal” iqtisadi əməkdaşlıq modeli necə görünə bilər?

- Mən inanıram ki, 2030-cu ilə qədər Rusiya ilə Azərbaycan arasında effektiv azad ticarət zonası yaradılacaq. Mallar, xidmətlər, kapital sərbəst şəkildə, ideal halda isə tam azad formada ölkələrimiz arasında hərəkət edəcək. Qarşılıqlı maraq doğuran sahələrdə – xammal və onun emalı, nəqliyyat, maşınqayırma, kimya sənayesi, tikinti materiallarının istehsalı kimi – birgə texnoloji layihələrimiz olacaq. Əsas istiqamət ikitərəfli əməkdaşlıq üçün maneələrin azaldılması və hər iki tərəf üçün əhəmiyyətli texnoloji və iqtisadi effekt verə biləcək birgə layihələrin həyata keçirilməsi üçün şəraitin yaradılması olacaq. Rusiyada biz ilk növbədə ölkənin cənub regionlarına diqqət yetiririk. Məhz bu regionlar daha çox əhali yaşayan və iqtisadi cəhətdən inkişaf etmiş bölgələrdir, bu səbəbdən də Azərbaycan üçün xüsusi maraq kəsb edirlər. Mənim fikrimcə, ilkin mərhələdə Azərbaycanın bütün Rusiya ərazisini əhatə etməsi vacib deyil. Dəqiq fokus Dağıstan, Krasnodar diyarı, Stavropol, Rostov vilayəti, Orenburq, Volqoqrad və Astraxan kimi regionlarla əməkdaşlığın inkişafına yönəldilməlidir. Məhz bu regionlarda gələcək vəd edən birgə layihələr həyata keçirilə bilər ki, bu da ikitərəfli əlaqələrin inkişafında müsbət dinamika yaradacaq. Gələcəkdə bu uğurlu modellər digər Rusiya regionlarına da tətbiq olunaraq iqtisadi tərəfdaşlıq daha da dərinləşdirilə və genişləndirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see226

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see209

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see181

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see151

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see138

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see133

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see127

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see119

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see116

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see115

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see114

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

17 İyun 2025 01:49see114

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see114

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

17 İyun 2025 01:58see113

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see113

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see113

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see112

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

17 İyun 2025 15:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri