Icma.az
close
up
RU
Ekspert Azərbaycanın ən yaxşı 3 özəl universitetini AÇIQLADI

Ekspert Azərbaycanın ən yaxşı 3 özəl universitetini AÇIQLADI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanın özəl ali təhsil müəssisələri arasında mənim üçün xüsusi seçilən üç universitet var. Doğrudur, digər universitetlərə də böyük hörmətlə yanaşırıq və onların inkişaf xəttini yüksək qiymətləndiririk. Ancaq mənim üçün hər zaman ilk sırada Xəzər Universiteti, Azərbaycan Universiteti və Qərbi Kaspi Universiteti dayanıb. Bu üç özəl ali təhsil müəssisəsi infrastrukturu, təhsil proqramlarının zənginliyi, tələbə kontingentinin keyfiyyəti və tədrisin səviyyəsinə görə digərlərindən seçilir".

Bu fikirləri Redaktor.az-a özəl universitetlərdən danışan təhsil eksperti Elmin Nuri bildirdi.

O əlavə etdi ki, xüsusilə Xəzər Universitetində tələbə intizamı, beynəlxalq təhsil proqramlarına inteqrasiya, xaricdə təhsil imkanlarından yararlanmaq istiqamətində yaradılan şərait və universitetin bu sahədə göstərdiyi səylər xüsusi vurğulanmalıdır:

"Bütün bunlar tələbələrin hazırlıq səviyyəsində və keyfiyyətində də özünü açıq şəkildə göstərir. Azərbaycan Universiteti də son illərdə inkişaf istiqamətində irəliləyişini davam etdirir. Bu, həm ixtisasların sayının artmasında, həm plan yerlərinin sabit saxlanılmasında, həm də tədris keyfiyyətinin qorunub saxlanılmasında özünü göstərir.

Təbii ki, müəyyən çatışmazlıqlar və problemlər var. Ancaq onların aradan qaldırılması istiqamətində görülən işlər də diqqətdən kənarda qalmamalıdır. Qərbi Kaspi Universitetini də eyni qaydada dəyərləndirmək olar.

Doğrudur, siyahının sonrakı pillələrində yer alan digər özəl universitetlər də kadr potensialına və müxtəlif üstün cəhətlərinə görə qiymətləndirilə bilər. Ancaq mənim dəyərləndirməmə görə, bu üç universitet Azərbaycanın özəl ali təhsil müəssisələri arasında xüsusi seçilir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri