Icma.az
close
up
RU
Zelenskinin səfəri ilə bağlı ən vacib 3 mesaj Ekspert AÇIQLADI

Zelenskinin səfəri ilə bağlı ən vacib 3 mesaj Ekspert AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərə gəldi. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş baş tutdu, bir sıra məsələlər müzakirə olundu.

Zelenskinin səfərini Redaktor.az-a şərh edən politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycan-Ukrayna münasibətləri uzun illərdir artıq inkişaf edir və onların möhkəm hüquqi bazası var:

"O ki qaldı tərəfdaşlığın keyfiyyətinə, bu, strateji tərəfdaşlıqdır. Çünki 2008-ci ildə Prezident İlham Əliyev Ukraynada olarkən, Prezident Viktor Yuşşenko ilə həmin sənədlər imzalanıb və siyasi dialoqun yeni əsası qoyulub. Sonra isə 2011-ci ildə artıq Bakıda yeni görüşlər olub, zirvə görüşü keçirilib, ikitərəfli qaydada yenə də yeni əməkdaşlıq haqqında sənədlər imzalanıb və onlar demək olar ki, bizim münasibətləri aydın şəkildə reqlamentləşdirir. Təbii ki, ikitərəfli münasibətlərimizdə çox sahələr var ki, onlar həm bizim üçün, həm də Ukrayna tərəfi üçün əhəmiyyət kəsb edir. Bu, ilk növbədə iqtisadi əlaqələrdir. Çünki vaxtilə Ukrayna Respublikası hələ Sovetlər Birliyinin tərkibində olarkən onun çox böyük, həddindən artıq inkişaf etmiş iqtisadi maşınqayırma, metallurgiya, energetika və s. kompleksi var idi. Bütün o strateji əhəmiyyət kəsb edən sahələrdə Ukraynanın böyük potensialı var idi və o potensial İkinci Dünya müharibəsi bitdikdən dərhal sonra formalaşmağa başlamışdı. Ukrayna Respublikası, hələ Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olarkən də orada çoxsaylı müəssisələrin avadanlıqları və hazırladığı çeşidlər xaricə ixrac olunurdu. Sovet İttifaqı artıq dağıldıqdan sonra bəlli oldu ki, bəzi müəssisələr öz varlığını saxladı, bəziləri demək olar ki, dağıldı və ya öz təyinatını dəyişdi. Əsas məsələ isə odur ki, indinin özündə də Ukraynada, beş ildir artıq müharibə gedir, buna baxmayaraq bəzi sahələrdə Ukraynanın çox böyük potensialı var".

Onun sözlərinə görə, müharibə hərbi sənaye kompleksi imkanlarını bir qədər məhdudlaşdırmağına baxmayaraq, Ukraynada bu sahə güclü inkişaf edir:

"İndi sirr deyil ki, Ukraynanın “anti-dron” deyilən texnologiyaları var. Yəni indiki müasir müharibələrdə dronlardan geniş istifadə olunur, pilotsuz uçuş aparatlarından istifadə olunur və onlar hücum vasitəsi kimi böyük təhlükələr yaradır. Bu baxımdan demək olar ki, Ukrayna artıq dünya miqyasında önə çıxan ölkələrdən biridir. O, özü də Rusiya tərəfindən dron hücumlarına məruz qaldığı halda, əvvəlcə çox böyük sıxıntılar yaşayırdı, çətinliklər çəkirdi, indi isə artıq həmin hücumların qarşısını almaq üçün Ukraynada anti-dron mexanizmləri mövcuddur. Azərbaycan üçün də bunlar vacibdir. Digər tərəfdən, Ukraynada minalardan təmizlənmə texnologiyaları da geniş tətbiq olunur. Ukraynanın bəzi müəssisələri tərəfindən birgə təşkilatlar və birgə müəssisələr formalaşıb və orada Almaniyadan, Britaniyadan və digər ölkələrdən gətirilən yeni texnoloji avadanlıqlar var ki, onlar qısa zamanda böyük əraziləri minalardan təmizləyir. Məsələn, yerin altını skan edən uçan aparatların vasitəsilə minaların yerləşdiyi yerlər müəyyən edilir. Bu texnologiyalar da Azərbaycana çox lazımdır".

Müsahibimiz diqqətə çatdırdı ki, Ermənistanda bu səfərlə bağlı daha çox Azərbaycanla Ukrayna arasındakı hərbi sənaye sahəsindəki əməkdaşlığa diqqət yetirilir.

"Bu, təbii bir haldır, çünki hər bir ölkə özünü müdafiə etməkdə suveren siyasətinə söykənir və biz də bunu edirik, Ukrayna da bunu edir. Amma Ermənistanın narahatlığına gəlincə, bu, əsassızdır, çünki bölgəmizdə təhlükəsizliyi və sabitliyi pozan tərəf Ermənistanın özü olub. Ona görə də onların bu sahədəki narahatlığı əsassızdır. Azərbaycan isə təhlükəsizlik məsələlərinin gücləndirilməsini vacib sayır və biz bu sahədə pioner ölkələrdən biriyik. Prezident İlham Əliyevin də bir neçə çıxışında vurğulanıb ki, biz həmişə güclü olmalıyıq. Çünki bir dəfə biz kənardan təcavüzə məruz qaldıq, 30 ilə yaxın proseslər ləng getdi, sülh prosesini Ermənistan pozurdu və nəhayət biz o problemin yükünü daşıdıq, sözümüzü dedik və ərazilərimizi azad etdik. Ona görə də Ermənistanın bu sahədə narahatlıq yaşaması əsassızdır. Yaxşısı odur ki, Ermənistan artıq Qafqaz bölgəsində sülh siyasətinə köklənsin və Azərbaycanla, Gürcüstanla birlikdə Cənubi Qafqaz potensialının artmasına töhfə versin. O ki qaldı Zelenskinin səfərinə, bu, uğurlu səfərdir. Altı sənəd imzalanıb, orada müxtəlif sahələr əhatə olunub və bu da onu göstərir ki, qarşılıqlı mühit, dostluq və etimad mühiti qarşılıqlı şəkildə gücləndirilir. Bu, həm Bakının, həm də Kiyevin maraqlarına xidmət edən məsələdir", - deyə T.Abbasov əlavə etdi.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Aprel 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri