Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycanın media saytlarına hücum necə baş verib? Ekspert AÇIQLADI

Azərbaycanın media saytlarına hücum necə baş verib? Ekspert AÇIQLADI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycanda bir sıra xəbər saytları kiberhücumlara məruz qalıb. Haker hücumunun arxasında özünü “hüseynçilər” adlandıran qrupun dayandığı bildirilir. Kiberhücumlarla əlaqədar “report.az”, “oxu.az”, “media.az”, “baku.ws”, ‘’caliber.az” saytlarının və “Baku TV”nin fəaliyyətində problem yaranıb.

Belə hallar ortaya suallar çıxarır ki, bu cür məşhur saytların kiberhücumdan qorunması zəifdir, yoxsa bunu edənlər çox peşəkardır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, eyni anda bir neçə informasiya agentliyinin və xəbər saytının hakerlər tərəfindən hücuma məruz qalması ciddi təhlükəsizlik boşluqlarını ortaya qoyur:

"Ümumən ölkəyə kiber hücumlar var və böyük miqyaslı maliyyə dələduzluqları hamıya məlumdur. Yəni xaricdən Azərbaycana kiberhücumlar daim mövcuddur. Bugünkü baş verən hadisənin spesifik bir tərəfi var. Hardasa 10-a yaxın sayta eyni anda hücum göstərir ki, Azərbaycan kiber məkanında informasiya agentliklərinin özlərinin zəif qorunması var. Təbii ki, bu, professional hücumdur, hərtərəfli iş aparılıb. Əgər ki, bu saytlar fərqli vaxtlarda hek olunsaydılar, buna normal baxmaq olardı. Azərbaycanda hər gün onlarca sayt kiberhücumlara məruz qalır. Amma eyni anda bütün informasiya agentliyinin və ya xəbər saytlarının buna məruz qalması göstərir ki, onlar kiber sahəyə səthi baxıblar və bu sahədəki insan resurslarını, kadr ehtiyatlarını düzgün tərtib etməyiblər. Bir az narahatedici məqamlardır". 

Mütəxəssisin fikrincə, bütün hücuma məruz qalan saytlar eyni serverdə yerləşibsə, hakerlər bu serveri sındıraraq məlumatlara çıxış əldə ediblər.

"Hadisənin təfərrüatları barədə məlumat hələ yoxdur. Əgər bütün bu informasiya resursları tək bir serverdə yerləşibsə, təbii ki, hakerlər bir server quraraq bütün bu məlumatları əlçatan edə bilərlər. Əgər başqa-başqa serverlərdə, yəni başqa mühitlərdədirsə, bu, daha ağır bir faciədir. Artıq bu o deməkdir ki, bu tip nəhəng nəhəng media agentlikləri çox rahatlıqla sındırıla bilər. Eyni anda sinxron olaraq onlara hücumlar olub, saytları ələ keçiriblər. Bu, böyük boşluq deməkdir", - deyə Elvin Abbasov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri