Icma.az
close
up
RU
Ən faydalı səhər içkisi hansıdır? Ekspert AÇIQLADI

Ən faydalı səhər içkisi hansıdır? Ekspert AÇIQLADI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səhərlər yuxudan oyandıqdan sonra insanlar fərqli-fərqli içkilərə üstünlük verirlər. Məsələn, limonlu su, yaşıl çay, kofe və s.

Bunlar həqiqətən faydalıdırmı?

Qida eksperti Fərid Səfərov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, səhər yuxudan oyandıqdan sonra qəbul edilən içkilər orqanizmə müxtəlif cəhətlərdən təsir göstərir.

Onun sözlərinə görə, bu içkilərin faydası onların tərkibi, qəbul qaydası və şəxsin bədən ehtiyaclarına görə dəyişə bilər:

"İlıq limonlu su mədə turşusunu aktivləşdirərək həzmi stimullaşdırır, C vitamini ilə immuniteti gücləndirir. Limonlu su bəzi insanlarda qəbizliyin qarşısını alır. Yaşıl çay metabolizmi sürətləndirə bilər. Yüngül kofein tərkibi ilə enerji verir, amma qəhvədən daha sakit təsir göstərir. Ac qarına içildikdə bəzi insanlarda ürəkbulanma yarada bilər".

Qida eksperti qara çaydan danışarkən bildirdi ki, həddindən artıq içildikdə ürək döyüntüsünü sürətləndirə, təzyiqi qaldıra bilər.

"Qəhvə yüksək kofein ilə beyin funksiyalarını və diqqəti artırır. Ac qarına içildikdə mədə turşusunu artıraraq narahatlıq yarada bilər. Asılılıq və yuxu pozuntuları riski var. Sadə su gecə ərzində itirilən mayeni bərpa edir, maddələr mübadiləsini stimullaşdırır, həzm sistemini oyadır. Ən təhlükəsiz və faydalı variantdır, xüsusilə səhər acqarına ilk olaraq 1 stəkan su içmək tövsiyə olunur".

F.Səfərovun sözlərinə görə, ən faydalı səhər içkisi sadə sudur:

"Ardınca limonlu su, yaşıl çay və qəhvə fərdi ehtiyaclara və sağlamlıq vəziyyətinə görə əlavə oluna bilər. Hər içkinin öz yeri var, amma aç qarına qəbulu və miqdarı düzgün tənzimlənməlidir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri