Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Azərbaycanın turizm incisi olmağa namizəd bölgə Ekspert AÇIQLADI

Azərbaycanın turizm incisi olmağa namizəd bölgə Ekspert AÇIQLADI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanın cənub bölgəsi, xüsusilə Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonları turizm baxımından böyük və hələ tam istifadə olunmamış potensiala malikdir. Bu region həm təbii resursların zənginliyi, həm də unikal iqlim və mədəni irsi ilə ölkəmizin turizm xəritəsində özünəməxsus yer tutur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Vasif Qafarovun "Lerik və Astara rayonları kənd təsərrüfatı üçün əlverişsiz olduğu üçün burada turizm infrastukturunun genişləndirilməsi məqsədəuyğun olardı" təklifinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, cənub bölgəsinin ən qiymətli təbii sərvətlərindən biri olan Hirkan Milli Parkı dünya miqyasında nadir ekosistemlərdən biridir:

"Yalnız bu ərazidə bitən relikt və endemik ağac növləri, eləcə də nadir heyvanlar Hirkan meşələrini ekoturizm və elmi turizm üçün cəlbedici edir. Bölgənin dağlıq relyefi dağ yürüşləri, trekking, kampinq və digər açıq hava fəaliyyətləri üçün olduqca əlverişlidir. Xanbulan gölü, Lənkəran çayı və yüksək dağlıq ərazilərdəki bulaqlar bu fəaliyyətlər üçün təbii cazibə nöqtələri yaradır.

Bundan əlavə, Masallı və İstisuda yerləşən termal sular sağlamlıq və müalicəvi turizmin inkişafı üçün ideal imkanlar təqdim edir. Bu məkanlar yalnız yerli deyil, həm də xarici turistlər üçün maraqlı ola bilər. Termal turizm sahəsində düzgün infrastrukturun qurulması bölgəyə yeni nəfəs gətirə bilər".

Ekspert qeyd etdi ki, Xəzər dənizi sahili boyunca yerləşən Astara və Lənkəran rayonlarında dəniz turizminin inkişafı üçün böyük potensial mövcuddur:

"Burada həm çimərlik turizmi, həm də dəniz idman növlərinin təşviqi ilə mövsümi deyil, davamlı turizm axını təmin edilə bilər. Sahil boyu yerləşən kəndlərdə agro-turizm və etno-turizm imkanlarının inkişafı da bölgəyə yeni iqtisadi nəfəs verə bilər.

Cənub bölgəsinin üstünlükləri yalnız təbii və iqlimlə məhdudlaşmır. Azərbaycan dövləti bu regionda sahibkarlığın və turizmin inkişafı üçün müstəsna dəstək göstərməkdədir. Son illərdə yol infrastrukturunun yenidən qurulması, hətta ən ucqar kəndlərə qədər asfalt yolların çəkilməsi, qazlaşdırma və elektrik təchizatının tam təmin edilməsi, vergi güzəştləri və investisiya təşviqləri bu bölgədə biznes mühiti üçün münbit zəmin yaradır".

Rəhman Quliyevin fikrincə, bu gün artıq investorlar üçün Cənub bölgəsi sadəcə bir seçim deyil, perspektivli bir fürsət məkanıdır.

"Çünki burada turizmin inkişafı paralel olaraq kənd təsərrüfatı, nəqliyyat, iaşə və xidmət sektorlarının da canlanmasına səbəb olur. Başqa sözlə, bir turizm layihəsi yüzlərlə yerli insan üçün iş imkanı, region üçün isə uzunmüddətli iqtisadi dinamika deməkdir.

Nəticə etibarilə, düzgün strategiya, planlı investisiyalar və davamlı tanıtım kampaniyaları ilə Cənub bölgəsini təkcə ölkədaxili deyil, beynəlxalq səviyyəli turizm istiqamətinə çevirmək mümkündür. Bu isə həm iqtisadi, həm də sosial baxımdan bölgənin gələcəyinə müsbət təsir göstərəcək əsas amillərdəndir", - deyə turizm eksperti bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri