Icma.az
close
up
RU
Ekspert: Bakıda söküntülər kirayə mənzillərə tələbatı artırır

Ekspert: Bakıda söküntülər kirayə mənzillərə tələbatı artırır

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"2019-cu ildən başlayaraq Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən şəhərin mərkəzi hissəsində və şəhərə yaxın ərazilərdə şəhərin abadlaşdırılması və müasir standartlara uyğunlaşdırılması məqsədilə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, həyətlərin və kvartalların sökülməsi prosesi pilot layihə çərçivəsində həyata keçirilir".

Bunu Banco.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib.

Ekspertin sözlərinə görə, bu layihə çərçivəsində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binalar, həyətlər və kvartallar sökülərək onların yerində müasir tələblərə cavab verən hündürmərtəbəli yaşayış binaları və yaşayış kompleksləri salınır:

"Bu, bir tərəfdən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların sökülərək yenilənməsinə, digər tərəfdən isə şəhərin daha müasir tələblərə cavab verən vəziyyətə gətirilməsi üçün yenidənqurma və abadlıq işlərinin aparılmasına hesablanıb. Bu işlər çərçivəsində yeni binaların və yaşayış komplekslərinin salınması, yolların yenilənməsi, tramvay xətlərinin salınması, parkların və istirahət guşələrinin yaradılması prosesi davam edir.

Bu nöqteyi-nəzərdən 2019-cu ildən başlayaraq kirayə tələbatı artıb. Pilot layihə çərçivəsində həyata keçirilən söküntülər zamanı söküləcək binalarda, həyətlərdə və kvartallarda yaşayan sakinlər şirkət tərəfindən kirayə mənzillərə köçürülür. Bina tikilib həmin mənzili sökülən vətəndaşa ev verilənə qədər əmlak sahibi şirkət tərəfindən kirayə pulu ödənilən mənzildə yaşamaq məcburiyyətində qalır.

Nəzərə alsaq ki, bir binanın və ya yaşayış kompleksinin böyüklüyündən və həcmindən asılı olaraq tikintisi ən azı iki il yarım, üç il çəkirsə, bu o deməkdir ki, həmin kvartaldan kirayə mənzilə köçən sakin ən azı iki il yarım, üç il həmin mənzildə yaşayır. Bu da həmin mənzilin iki il yarım, üç il ərzində yenidən kirayə mənzil bazarına qayıtmaması deməkdir".

Anar Nəsirovun sözlərinə görə, ən balaca kvartalda belə ən azı 70-80 ailə yaşayır: "Bu da bir binanın sökülməsinin ən azı 70-80 kirayə mənzilə bu müddətdə tələbat yaratması deməkdir. Digər tərəfdən, həmin sökülən mənzillərdə, kvartallarda və həyətlərdə əvvəldən kirayəçilər yaşadığı üçün bu evlər də söküldükdən sonra kirayə mənzil bazarından çıxarılmış olur.

Bu nöqteyi-nəzərdən hər il söküntülərin sayı və miqyası artdıqca kirayə tələbatı da artır. İndi, 2026-cı ildə də tələbat yüksəkdir.

Azərbaycanın əmlak bazarı dünyanın əksər ölkələrində olduğu kimi, tələb və təklif prinsipi əsasında işləyir. Tələb az olduqda qiymətlər aşağı enir, satıcılar və ya kirayə verənlər arasında rəqabət yaranır. Əksinə, tələb çox, təklif az olduqda qiymətlər yüksəlir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Avqust 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri