Icma.az
close
up
RU
Ekspert: Bu sahələri dövlət nəzarətdə saxladıqda, ikiqat zərər olur”

Ekspert: Bu sahələri dövlət nəzarətdə saxladıqda, ikiqat zərər olur”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Mövcud şəraitə əsaslansaq, turizm sektoru qeyri-neft sektoru üzrə prioritetlər arasında potensialı və reallaşdırılması birinci olan sektordur. 

Fakt budur ki, bu sektor 2011-ci ildə turizm ili elan edildikdın sonra sürətli inkişaf edərək, 2019-cu ildə rekord göstəricilərə çatdı. Çünki, ölkədə ardıcıl beynəlxalq tədbirlərlər keçirildi ki, bunların da mərkəzində dayanan əsas məqsəd ölkənin qlobal turizm bazarında tanıdılması idi. Lakin pandemiyanın vurduğu zərərdən sonra 5 ildir ki, 2019-un yekun göstəricilərini təkrarlamaq mümkün olmayıb. Turizmlə bağlı bizim rəqib ölkələrimiz - Türkiyə və Gürcüstan isə 2019 göstəricilərini geridə qoyublar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var:

“Bunlardan ikisi xüsusidir. Birincisi, quru sərhədlərinin bağlı olması, ikincisi isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır. 

Əməninəm ki, əgər Türkiyə və Gürcüstanda da sərhədlər bağlı olsaydı və turizm sektorunda aparıcı idarəçilik dövlətin əlində olsaydı, o zaman bu ölkələrdə də artım dinamikası olmayacaq. 

Turizm xidmət sektorunun bir parçasıdır. Bu parça tamlıqla özəl təsərrüfat subyektlərinin əlində olması inkişaf üçün bir zərurətdir. Dövlət isə tənzimləyici funksiyasını həyata keçirməli və bu rolda qalmalıdır. 

Amma Azərbaycanda 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı, 2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradıldı. Lakin turizm mərkəzinin qapalı səhmdar cəmiyyəti kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir edir. Statistika da bunu təsdiq etməkdədir.

Böyük vəsaitlər hesabına yaradılan bu turizm mərzəzinin faydaları bir yana, heç özünü də normal ayaqda saxlaya bilmir. Dövlət büdcəsindən ayırmalar həyata keçirilir. 2021-ci ildə dövlət tərəfindən bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Nəticə də 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103 milyon manatı keçib. Deməli, bu yanaşmanı dəyişməliyik.

Dünya təcrübəsi isə göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə saxladıqda, ikiqat zərərli olur. Bir tərəfdən inkişaf ləngiyir, digər tərəfdən büdcənin yükü artır”.

İqtisadçı bildirib ki, Prezident İlham Əliyevin Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüş və bu görüşdəki müzakirələrindən sonra turizmdə özəl sektorun payının daha da artırılması və bu istiqamətdə rəqabət mühitinin gücləndriliməsi vacibdir: 

“İnanıram ki, ölkəmizdə turizm sektoruna, ələxsus da qış turizminə öz faydasını verəcək. Sadəcə, turizm sektorunda dövlətin idarəedici rolunun tənzimləyici rolla daha çox əvəzlənməsi və özəl subyektlərinin rolunun artırılması rəqabət mühitini gücləndirərək bu faydanı artıra bilər.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir. Bu ərazilərin uzun müddət əlçatan olmaması onu Quba, Qəbələ, Şəki kimi yerlərdən daha maraqlı və daha cəlbedici edir. Amma burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra qapalı səhmdar cəmiyyət kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər qaçılmaz olacaq. Buna görə də bu ərazilərin potensialını canlandırmaq üçün, o cümlədən qış turizminin orada (Kəlbəcərin relyefi və iqlimi buna imkan verir) yardılması üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyətin təmin edilməsi və daha sonra prosesin özəl sektora tam ötürülməsi daha effektiv və dayanıqlı nəticələrin əldə olunmasına imkan verərdi”.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri