Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Ekspert: Bu, təhsil sahəsində inamın qorunması baxımından vacib idi

Ekspert: Bu, təhsil sahəsində inamın qorunması baxımından vacib idi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir. Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.
Təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib. 
O deyib ki, əslində yaranmış narahatlığın mərkəzində məhz VII sinif şagirdləri dayanırdı:
“Çünki əvvəlki qaydalarda onlara bu fürsət tanınmırdı və bu, ciddi sosial narazılığa səbəb olmuşdu. IV, V siniflər üçün onsuz da gələcəkdə bu imtahan imkanları mövcuddur, lakin VII siniflər üçün bu şans birdəfəlik əldən çıxmaq təhlükəsi yaratmışdı. Yeni qərarın qəbul olunması və VII siniflərə bu il imtahanda iştirak haqqının verilməsi çox müsbət addımdır. Bu, həm ədalətli yanaşmanın bərpası, həm də şagirdlərin motivasiyasının qorunması baxımından vacib idi. Eyni zamanda, valideynlər üçün də bu, bir rahatlıq və təhsil sisteminə qarşı müəyyən etimadın bərpası kimi qiymətləndirilə bilər. Bu qərar, gec də olsa, düzgün addım idi və ümid edirik ki, gələcəkdə bu cür dəyişikliklər daha əvvəlcədən düşünülmüş və cəmiyyətlə məsləhətləşilərək həyata keçiriləcək. Elm və Təhsil Nazirliyi ilə Təhsil İnstitutunun lisey və gimnaziya qəbul qaydalarında etdiyi dəyişiklik ilkin mərhələdə cəmiyyətə çatdırılma və icra vaxtı baxımından düzgün koordinasiya olunmadığı üçün geniş narahatlığa səbəb oldu”.
Ekspert deyib ki, valideynlər il boyu övladlarını hazırlaşdırmış, müəyyən vəsait və zaman sərf etmişdilər:
“Qəbul prosesinin qəfil dəyişdirilməsi, xüsusilə də imtahan tarixinə az qalmış, onlarda haqlı olaraq çaşqınlıq və stress yaratdı. İstənilən islahatın uğurlu olması üçün onun vaxtında və şəffaf şəkildə ictimaiyyətə elan olunması şərtdir.  Nazirliyin qərarı geri götürməsi, ictimai rəyə hörmətlə yanaşması və keçid dövrü tətbiq etməsi isə müsbət addımdır və idarəetmədə çevik reaksiyanın, ictimaiyyətin fikrinə açıq olmağın nümunəsidir. Bu, təhsil sahəsində inamın qorunması baxımından vacib idi. Uzunmüddətli baxışla, qəbul prosesinin 6-cı sinifdən başlayaraq 7-ci sinifə keçidlə həyata keçirilməsi beynəlxalq təcrübəyə uyğundur. Amma bu cür dəyişikliklər ya tədris ilinin əvvəlində elan edilməli, ya da bir il əvvəldən xəbər verilməlidir. Ümumilikdə, həm vətəndaş təşəbbüskarlığının, həm də dövlət orqanlarının reaksiyasının balanslı olması sevindirici haldır. Bu dialoq mədəniyyəti davam etməlidir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 May 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri