Icma.az
close
up
RU
Təhsil sahəsində yeni dələduzluq dalğası Ekspert xəbərdarlıq etdi

Təhsil sahəsində yeni dələduzluq dalğası Ekspert xəbərdarlıq etdi

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

"Təəssüf hissi ilə qeyd edirəm ki, təhsillə bağlı bəzi məsələlərdə sosial şəbəkələr üzərindən qurulan fırıldaqçılıq və dələduzluq halları son dövrlər ciddi şəkildə artıb. Xüsusilə "TikTok”, "Instagram” və "Telegram” platformalarında bu kimi saxta fəaliyyətlər daha çox müşahidə olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri son vaxtlar sosial şəbəkələrdə imtahan ballarının artırılması və digər qeyri-real vədlərlə bağlı yayılan saxta çağırışlara münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, belə hallar ictimaiyyət üçün ciddi risk yaradır:

"Yaxşı ki, bu məsələlər vaxtında aşkar olunur və cəmiyyətə xəbərdarlıqlar edilir. Təəssüf ki, bu cür insanlar dayanmırlar. Onların məqsədi insanları aldatmaq və təhsil prosesinə manipulyativ yollarla müdaxilə etməkdir. Bu, açıq şəkildə dələduzluqdur".

Elmin Nuri xatırladıb ki, əvvəllər oxşar hallar xaricdə təhsil mövzusu ilə bağlı da müşahidə olunurdu:

"Nə yaxşı ki, həm rəsmi qurumlar, həm də hüquq-mühafizə orqanları bu cür dələduzluq halları ilə bağlı vaxtında tədbir gördü və proses nəzarət altına alındı. İndi isə sosial şəbəkələrin geniş yayılması ilə bu fəaliyyətlər başqa formalarda ortaya çıxır".

Ekspert vurğulayıb ki, vətəndaşlar diqqətli olmalıdır:

"Bu cür insanlar "nə edə bildik” prinsipi ilə hərəkət edirlər. Onlar üçün etik dəyərlər yoxdur. Bu, yolverilməz haldır. İstifadəçilər ayıq olmalı, belə dələduzların toruna düşməməlidirlər. Çağırışlar və maarifləndirmə daha da gücləndirilməlidir".

Xatırladaq ki, son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "Instagram”, "TikTok” və "Telegram” platformalarında saxta hesablar vasitəsilə ödəniş qarşılığında imtahan ballarının yüksəldilməsi kimi qeyri-real vədlərlə vətəndaşların aldadılmasına dair halların artdığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri