Icma.az
close
up
RU
Ekspert: “Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər”

Ekspert: “Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər”

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Mətbuat xidməti mənə yazır ki, Eşqi Bağırov işdədir. Əgər belədirsə, yeddi sual göndərdim ki, Eşqi Bağırova çatdırsınlar. Bakı və region məktəblərində dərsliklərin bir hissəsi tam və ya qismən verilməyib, vakant müəllimlər hələ məktəblərə getməyib, bu da tədris təşkil etməyə imkan vermir, 23 oktyabrdır, hələ də tarifikasiyalar təsdiq edilməyib, xüsusi təhsil müəssələrində tədris prosesi səriştəsiz qərarlar ucbatından iflic vəziyyətindədir, rayon təhsil idarələrinin müdirləri fironluq edirlər, kim nə istəyir, necə istəyir, onu da edir, ölkədə hər 6 məktəbdən birində direktor, hər 4 məktəbdən birində müavin əvəzçiliklə, həvalə ilə işləyir… Əgər Eşqi Bağırov işinin başındadırsa, deyin, gizlənməsin”.

Tribunainfo.az xəbər verir ki, pravda.az-ın xəbərinə görə, bunu təhsil üzrə ekspert Elşən Qafarov bildirib.

E.Qafarovun sözlərinə görə, ölkədə ümumi təhsili və məktəbəqədəri idarə etmək üçün normativ aktlar da yoxdur: “Reallıq budur ki, Emin Əmrullayevlə Elnur Əliyev (red. – Təhsil İnstitunun direktoru) ölkə təhsilini xaosa sürükləyiblər. Bir neçə gün öncə Biləsuvar rayonu Amankənd məktəbinin direktoru Anar İmanov baş verən özbaşınalıq, rüşvətxorluq, rotasiya fırıldaqları və digər məsələlərlə bağlı açıq şəkildə ölkə Prezidentinə müraciət etdi ki, təhsil sistemində bu kimi iyrənc məsələlər var. Bəlkə də, Azərbaycan tarixində bir ilkdir, artıq direktorlar da dözə bilmirlər. Nəticədə, elan olundu ki, həmin direktor etik davranış qaydalarını pozduğuna görə işdən çıxarıldı. Sən demə, hər hansı vətəndaşın ölkə rəhbərinə müraciət etməsi etik qaydaların pozulması demək imiş. Hələ ki Emin Əmrullayev və Elnur Əliyev cütlüyü ölkə təhsilində nə istəyirlərsə, onu edirlər, sistemi bazara döndəriblər. Qara dövr davam edir. Düşünürəm ki, hər ikisi layiqli cəzalarını alacaqlar, o gün uzaqda deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri