Icma.az
close
up
RU
Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb ŞƏRH

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən proseslər, sovet sisteminin dağılması və yeni iqtisadi modelə keçid zərurəti qarşıya ciddi çağırışlar qoyurdu. Bazar iqtisadiyyatı və kapitalist münasibətləri şəraitində fəaliyyət göstərmək üçün bir sıra fundamental amillərin mövcudluğu vacib idi. Bu amillərin ən vaciblərindən biri isə kapitalın, yəni maliyyə resurslarının təmin olunması idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadi-ekspert Cəfər İbrahimli Prezident İlham Əliyevin enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər hansı ölkənin geniş torpaq ehtiyatları, insan kapitalı və digər resursları ola bilər, lakin iqtisadiyyatın tam gücü ilə işləməsi və inkişaf etməsi üçün kapital əsas tamamlayıcı faktorlardan biridir. Ekspert qeyd edib ki, Azərbaycanın enerji resurslarından düzgün istifadə etməsinin əsas əhəmiyyəti də məhz burada ortaya çıxır.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın transmilli şirkətlərinin ölkəyə cəlb olunması, beynəlxalq enerji layihələrinin reallaşdırılması və qlobal iqtisadi sistemə inteqrasiya prosesi yeni iqtisadi modelə keçidi sürətləndirdi. Bu proses nəticəsində ölkəyə daxil olan kapital və maliyyə resursları iqtisadiyyatın digər sahələrinin inkişafına da ciddi təkan verdi. Enerji layihələrindən əldə olunan vəsaitlər təkcə iqtisadi sahələrə deyil, eyni zamanda, təhsil, mədəniyyət, sosial infrastruktur və müdafiə sahələrinin inkişafına yönəldildi. Bu vəsaitlər iqtisadiyyat daxilində zəncirvari təsir yaradaraq müxtəlif istiqamətlərdə inkişaf proseslərini sürətləndirdi. Əslində iqtisadiyyatın çarxları müəyyən mənada dayanmış vəziyyətdə idi və onları yenidən hərəkətə gətirmək üçün kapitala ehtiyac var idi. Enerji layihələri hesabına formalaşan maliyyə imkanları bu prosesi təmin etdi”, – deyə ekspert vurğulayıb.

Cəfər İbrahimli bildirib ki, həmin dövrdə dünya təcrübəsinin öyrənilməsi və neft gəlirlərinin birbaşa xərclənməyərək Dövlət Neft Fondunda toplanması da mühüm strateji qərarlardan biri idi: “Fonda toplanan vəsaitlərin ehtiyac yarandıqca dövlət büdcəsinə yönəldilməsi, iqtisadiyyatın tələblərinə uyğun şəkildə müxtəlif sahələrə investisiya qoyulması uzunmüddətli inkişaf üçün mühüm zəmin formalaşdırdı. Bu yanaşma dünya praktikasının düzgün öyrənilməsinin nəticəsi idi. Fonda yığılan vəsaitlərin iqtisadiyyatın ehtiyaclarına uyğun şəkildə yönəldilməsi büdcə imkanlarını gücləndirdi, iqtisadi fəallığı artırdı və müxtəlif sektorların inkişafına şərait yaratdı”.

Ekspert vurğulayıb ki, enerji gəlirlərinin mühüm nəticələrindən biri də müdafiə və hərbi sənaye potensialının gücləndirilməsi olub.

“Hərbi sahəyə yönəldilən investisiyalar Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına və son nəticədə ölkənin ərazi bütövlüyünün təmin edilməsinə mühüm töhfə verib. Bu prosesin ən böyük nəticəsi Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasıdır. Əgər ölkənin kifayət qədər maliyyə resursları və iqtisadi imkanları formalaşmasaydı, müdafiə potensialının gücləndirilməsi və işğal altında olan torpaqların azad olunması daha çətin ola bilərdi. Enerji resurslarından əldə olunan vəsaitlər sonrakı mərhələdə sahibkarlığın, kənd təsərrüfatının və sənaye sektorunun inkişafına da yönəldilib. Vaxt keçdikcə iqtisadiyyatın müxtəlif sahələrində optimallaşdırma prosesləri həyata keçirilir ki, bu da resursların daha səmərəli idarə olunmasına və ölkənin inkişaf potensialının daha da artırılmasına xidmət edir”, – deyə iqtisadi ekspert vurğulayıb.

Müxbir - Nailə Həsənova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri