Icma.az
close
up
RU
Ekspert: Müəllimlərə yönəlik sosial təşəbbüslər effektiv nəticələr verəcək

Ekspert: Müəllimlərə yönəlik sosial təşəbbüslər effektiv nəticələr verəcək

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.

Baku.ws xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.

Bu kartlar müəllimlərə müxtəlif sahələrdə - nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər - bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.

Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək, təhsil sahəsinin əməkdaşları, müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır:

"Layihə çərçivəsində bu kartın çox funksional bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir.

Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən "TələbəPlus" kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75%-ə qədər endirimlərdən yararlana bilərlər.

Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır".

Təhsil eksperti Kamran Əsədov Sherg.az-a bildirib ki, pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə bu payızdan etibarən təqdim olunacaq güzəştli kartların tətbiqi təhsil sistemində motivasiya, sosial dəstək və peşəkar nüfuzun artırılması istiqamətində önəmli, lakin simvolik xarakter daşıyan ilk addımlardan biridir:


“Layihənin məqsədi müəllimlərin gündəlik həyatını rahatlaşdırmaq, onların sosial rifahına dəstək olmaq və eyni zamanda bu peşəni cəmiyyətin gözündə daha cazibədar göstərməkdir. Bu təşəbbüs ilk baxışdan sadə görünsə də, əgər sistemli şəkildə icra olunsa və regional balans nəzərə alınarsa, həm müəllimlərin fərdi motivasiyasına, həm də bütövlükdə təhsilin keyfiyyətinə real təsir göstərə bilər. Güzəştli kartların müəllimlərin motivasiyasına təsiri ilk növbədə onların əməkhaqqı ilə müqayisədə gündəlik xərclərdə azalmaya gətirib çıxarması ilə ölçülə bilər. 2023-cü ilin son statistikasına əsasən, Azərbaycan müəllimlərinin orta aylıq əməkhaqqı 600-700 manat arasında dəyişir, bu isə inflyasiya və həyat xərcləri fonunda olduqca məhdud imkan yaradır. Güzəştli kart vasitəsilə ictimai nəqliyyatda endirim, apteklərdə müəyyən dərmanlara güzəşt, kitab və elektron təhsil resurslarına ödənişsiz və ya endirimli çıxış imkanı yaradılarsa, bu, müəllimə birbaşa iqtisadi yüklənmənin azalması formasında geri dönəcək. Eyni zamanda bu kartlar müəyyən restoran, istirahət mərkəzləri və geyim mağazalarında endirim təqdim edərsə, müəllimin həyat tərzində də keyfiyyət dəyişikliyi baş verə bilər. Bu dəyişikliklər müəllimə özünü cəmiyyətdə dəyərli və qayğı ilə əhatələnmiş hiss etdirməklə, onun peşəyə bağlılığını və motivasiyasını artırır. Region müəllimləri üçün bu kartların əhəmiyyəti daha böyük ola bilər. Bakı və böyük şəhərlərlə müqayisədə bölgələrdə çalışan müəllimlərin əməkhaqqı bəzən oxşar olsa da, onların gündəlik sosial və mədəni imkanlara çıxışı məhduddur. Güzəştli kart vasitəsilə onlara həm mobil elektron tədris platformalarına, həm də fiziki mağazalarda alış-verişə endirim təqdim edilməsi onların professional və şəxsi həyatında real dəyişikliyə səbəb ola bilər. Xüsusilə regionlarda fəaliyyət göstərən müəllimlərin təlimlərə, kitablara, onlayn kurslara çıxışı çətin olduğu üçün bu kartların onlara “tədris kreditləri” və ya ödənişsiz kontent təqdim etməsi daha böyük təsir doğura bilər. Bu, təkcə maddi deyil, eyni zamanda mənəvi dəstəkdir: “Dövlət mənim bölgədə müəllimlik etdiyimi, çətin şəraitdə çalışdığımı görür və dəyərləndirir” mesajı formalaşır”.


Ekspertin sözlərinə görə  bu təşəbbüs uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə iki əsas xətt üzrə təsir edə bilər: 

“Birincisi, müəllim peşəsinin ictimai nüfuzu yüksələcək. Hazırda təhsil alan gənclərin yalnız kiçik bir hissəsi müəllimlik ixtisasını şüurlu seçim kimi qəbul edir. Əgər bu peşəyə qarşı münasibət dəyişərsə, bu, gələcəkdə keyfiyyətli kadr axınına səbəb olacaq. İkincisi, artıq işləyən müəllimlərin təhsilə münasibəti dəyişəcək: daha az tükənmişlik, daha çox təşəbbüskarlıq və daha böyük öhdəlik hissi formalaşacaq. Bu isə təhsilin daxili mühitinə – sinifdaxili münasibətlərə, dərs keyfiyyətinə, tədrisə yanaşmaya bilavasitə təsir edəcək. Dünya təcrübəsinə nəzər saldıqda, müəllimlərə yönəlik bu tip sosial təşəbbüslərin effektiv nəticələr verdiyi ölkələrə rast gəlmək mümkündür. Məsələn, Sinqapurda müəllimlərə təqdim olunan “EduSave” kartı həm tədris resursları, həm də şəxsi inkişaf proqramları üçün dövlət subsidiyası verir. Finlandiyada müəllimlərə “Teacher Benefit Pass” vasitəsilə istirahət zonaları, mədəniyyət mərkəzləri və nəqliyyatda ciddi güzəştlər təqdim olunur. Bu modellərdə dövlət və özəl sektor arasında sıx əməkdaşlıq formalaşdırılıb və həmin güzəştlər sadəcə bir kart yox, təhsil sisteminə dəyərin göstəricisi kimi qəbul edilir. Lakin bu layihənin uğurlu nəticə verməsi üçün onun ardıcıl, şəffaf və ölçülə bilən şəkildə həyata keçirilməsi vacibdir. Güzəştlərin nominal xarakter daşımaması, tətbiq olunma coğrafiyasının genişlənməsi, kartın bütün pedaqoji kadrları – məktəb müəllimləri ilə yanaşı, bağça, kolleclər və peşə məktəblərində çalışanları da əhatə etməsi zəruridir. Əgər bu layihə simvolik deyil, funksional alətə çevrilərsə, müəllimlərin motivasiyası artacaq, bu da öz növbəsində təhsilin keyfiyyət göstəricilərinə müsbət təsir edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri