Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Valideynlər həmişə müəllimlərə hədiyyə verməyə meyli olub EKSPERT

Valideynlər həmişə müəllimlərə hədiyyə verməyə meyli olub EKSPERT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu, bəzən spontan, bəzən də təşkilatlanmış, düşünülmüş, planlaşdırılmış halda olur


Bəzən məktəb tərəfindən də təşkil edilir. Məktəb kollektivinin əksəriyyətini xanımlar təşkil etdiyindən, belə bir ənənə formalaşıb


İllərdir, təhsil sahəsinə cavabdeh qurumlar əlamətdar günlərdə, xüsusən də 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi bəyanatlar vermək, xəbərdarlıq etməklə məşğuldur. Ki, məktəblərdə bayram pulu yığılmasın, direktora, sinif müəllimlərinə bahalı hədiyyələr təqdim edilməsin.  

Biz, sadə el dilində, hamının anlaya biləcəyi formada yazdıq. “Arşın mal alan” filmindəki Cahan xalanın “mən türkəsaya arvadam, ərəb dilini hardan bilim”, iradına yer qalmasın. Təbii ki, Elm və Təhsil Nazirliyi və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatları Azərbaycan ədəbi dil normaları çərçivəsində tərtib edilir. Bu il də istisna olmadı. MÜTDA-nın növbəti 8 mart xəbərdarlığında qeyd olunur ki,   Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Məktəb direktorlarından biri vəzifəsindən azad edilib artıq. 231 saylı məktəbin direktorunun sosial şəbəkələrdə səs yazısı yayıldıqdan sonra Agentlik onunla bağlı lazımi ölçü götürüb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, Bakı şəhəri, 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. "Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda qeyd edilir.

Vəzifəsindən sui-istifadə edən, işində nöqsanlara yol verən direktor və ya direktor müavinlərinin, həmçinin bəzən müəllimlərin də təhsil müəssisələrindən kənarlaşdırılması halları ilə yanaşı, təəssüf ki, məktəblərdə şagirdlərdən – valideynlərdən pul yığılması halları da davam edir. Ola bilsin, azdır, amma var. Həm də təkcə 8 mart, Bilik Günü ilə bağlı olsa, dərd yarıdır. Tədris ili başlanandan taki sonadək müxtəlif zamanlarda pul yığımı kampaniyaları aparılır. Bilik Günü, ardınca Müəllimlər Günü, sonra Yeni il, 8 Mart, sonra Novruz bayramı, sonda da Son zəng. Bütün bu əlamətdarların arasında daha əlamətdarı - sinif rəhbərinin, direktorun ad günü oldusa, vay valideynlərinin halına. Hələ biz övladı məktəbə gəlməyib repetitor yanına getsin deyə valideynlərin məktəb rəhbərliyi, sinif rəhbəri ilə rüşvət müqabilində “iş birliyi”ndən danışmırıq. Uzun sözün qısası, illərdir “məktəblərdə pul yığılmasın” tapşırığı verilsə də, nəticə yoxdur. Bunu ara-sıra üzə çıxan rüşvət, məktəb direktorlarına, sinif müəllimlərinə çox bahalı hədiyyələrin təqdim edilməsinin üzə çıxması göstərir.         


Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, məktəblərdə Bilik Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü kütləvi şəkildə valideynlərin müəllimlərə hədiyyə vermək meyli var: 

- Bu, bəzən spontan, bəzən də təşkilatlanmış, düşünülmüş, planlaşdırılmış halda olur. Bəzən məktəb tərəfindən də təşkil edilir. Məktəb kollektivinin əksəriyyətini xanımlar təşkil etdiyindən, belə bir ənənə formalaşıb. 8 Mart günü müəllimlərə, məktəbin xanım əməkdaşlarına hədiyyə verilir, oğlanlar sinif yoldaşları qızlara nələrsə hədiyyə edir. Burada məsələ hədiyyənin nədən ibarət olmasıdır. Əgər hədiyyə “Korrupsiya haqqında” qanunda göstərilən, yol verilən məbləğin üstündədirsə, bu hədiyyə tədris prosesinə təsir göstərəcək səviyyədədirsə, bu, korrupsiya elementi hesab edilir və cinayətdir. Hədiyyənin dəyəri bəlli bir məbləği aşmamalıdır. Limit, məbləğ bəllidir, bu haqda “Korrupsiya haqqında” qanunda qeyd edilib. Əgər valideyn övladına fərqli, xüsusi münasibət olsun niyyətiylə müəllimə bahalı hədiyyə təqdim edirsə, bu, əlbəttə yanlışdır. Müəllimlər də buna yol verməməlidir. Elm və Təhsil Nazirliyi, eləcə də MÜTDA-nın məktəblərə hər il bu məsələ ilə bağlı xəbərdarlıq etməsinin səbəbi budur ki, əlamətdar günlərdə belə hallar baş verə bilər, ona görə də xüsusən valideynlərə bunun arzuolunmaz hal olduğu bildirilir. 

E.Süleymanov qeyd etdi ki, məktəbdə şəffaf idarəetmə olmalıdır: 

- Dövlət müəllimlərə kifayət qədər diqqət göstərir, sertifikasiyadan keçənlərin əməkhaqqı artırılır. Şagirddən bahalı hədiyyə alan müəllim onun qarşısında gözükölgəli olacaq. Ən yaxşı, bəyənilən, qəbul olunacaq hədiyyə gül buketidir. Müəllim korrupsiya həddindən aşağı məbləğdə şagirdlərdən səmimi şəkildə hədiyyə alırsa, bu, həmin müəllimə hörmətin, sevginin təzahürü hesab edilir. Hədiyyə qiymətlə ölçülməməlidir. Bir təbrik açıqcası da hədiyyə sayılır. Səmimi ortamda təqdim edilən hədiyyə məqbuldur. Amma bahalı, məcburən alınan hədiyyədən qaçınmalıdır. Valideyn nəsə alıb sinifə bağışlaya bilər. Məsələn, iş dünyası, hər hansı şirkət məktəblə əməkdaşlıq edib tədris prosesi ilə bağlı hansısa köməklik göstərə, avadanlıq hədiyyə edə bilər. Bunlar məktəb rəhbərliyi tərəfindən açıq bildirilməli, elan edilməlidir. Amma şəxsən müəllimə, rəhbərliyə fərdi qaydada qiymətli hədiyyə vermək qanun pozuntusudur, məktəbin ab-havasına da uyğun deyil. Son zamanlar bu cür neqativ hallara qarşı sosial şəbəkələrdə aktivlik var. Hesab edirəm ki, ictimai qınaq təsirini göstərir və belə hallar getdikcə azalır. Fərdi hallarsa həmişə olub. Çalışmaq lazımdır ki, azalsın bu cür hallar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri