Icma.az
close
up
RU
Ekspert nazirliyi ağ yuyub qara sərdi “Bu, çox gülüncdür”

Ekspert nazirliyi ağ yuyub qara sərdi “Bu, çox gülüncdür”

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Son illərdə heyvandarlıq sahəsi ciddi problemlərlə qarşılaşır. İstehsal azalır, idxaldan asılılıq artır. Ölkədə ət və süd məhsullarına tələbat yüksəkdir, amma yerli istehsal bunu qarşılamaqda çətinlik çəkir.

Bəs əsas problem nədən ibarətdir? Heyvandarlığı gücləndirmək üçün nə etmək olar?

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bununla bağlı Yenisabah.az-a açıqlama verib və mövcud problemin səbəblərini belə əsaslandırıb:

“Heyvandarlıq sahəsində istehsalın azalması və idxaldan asılılığın artması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Qiymətlərin isə demək olar ki, hər gün artması bu sektorun ciddi problemlərlə üzləşdiyini göstərir.

Ən əsas səbəblərdən biri bu sahədə yanlış idarəçilik və siyasətin aparılmasıdır. Ölkədə mövcud olan təxminən 54 aqroparkın hər biri 600-700 hektar əraziyə sahibdir və əksəriyyəti kənd bələdiyyələri və dövlət fonduna aid olan örüş sahələrində yaradılıb. Bu isə heyvandarlığa aid sahələrin azalması ilə nəticələnib. Fermerlərin əlindən qışlaq və yaylaq sahələrinin alınması və həmin sahələrin əkin üçün istifadə olunması bu siyasətin yanlışlığını ortaya qoyur. Nəticə isə göz qabağındadır.

Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatına sahib ölkədir – cəmi 12 faiz. Mövcud əkin sahələrini davamlı şəkildə suvarmaq çətin olduğu halda, 150 min hektar örüş sahəsini əkin dövriyyəsinə qaytarmaq məntiqli görünmür. Bu proses heyvandarlığın zəifləməsinə və idxaldan asılılığın artmasına səbəb olub. Məsələn, təkcə diri heyvanların idxalında 68 faiz artım müşahidə olunur. Bu, kənd təsərrüfatı və heyvandarlıq məhsullarında idxaldan asılılığın artdığını açıq şəkildə göstərir”.

Ekspert təklif edir ki, ailə təsərrüfatlarına dəstək göstərilsin:

“Dövlət dəstəyi əsasən böyük təsərrüfatlara yönləndirilib. Xaricdən gətirilən cins damazlıq heyvanlar əsasən iri təsərrüfatlara verilib, kiçik ailə təsərrüfatları isə bu dəstəkdən kənarda qalıb. Halbuki, kiçik təsərrüfatlar müəyyən standartlara tam uyğun olmasa da, heyvandarlıq sahəsində uzun illərdən bəri formalaşmış təcrübəyə sahibdirlər. Ona görə də dövlət dəstəyinin ailə təsərrüfatlarına da verilməsi vacibdir.

Bundan başqa, ölkədə su qıtlığı səbəbindən yonca sahələrinə su verilməsi məhdudlaşdırılıb. Üstünlük meyvə bağlarına tanındığı üçün yem bazası zəifləyib və nəticədə heyvandarlıq daha da çətin vəziyyətə düşüb”.

Ş.Nəcəfov aqrar siyasətin yenidən nəzərdən keçirilməli olduğunu bildirib:

“Heyvandarlıq üçün qışlaq və yaylaq sahələri olmadıqda, bu sahənin inkişafı da qeyri-mümkün hala gəlir. İnsanların çox ət istehlak etməsi səbəbindən heyvanların artmadığı haqda səsləndirilən bəzi iddialar isə əsassız görünür. Azərbaycan əhalisinin sayı 200-300 min nəfər arta bilər, lakin heyvandarlıq məhsullarında idxaldan asılılığın 68 faiz yüksəlməsi bu arqumenti təkzib edir. Üstəlik, dünya üzrə adambaşına düşən ət istehlakına görə Azərbaycan ən aşağı səviyyədə qərarlaşan ölkələrdəndir. Azərbaycanda adambaşına düşən illik ət istehlakı 25-27 kiloqramdır, halbuki Avropada bu göstərici 65-72 kiloqram arasında dəyişir.

Bütün bu faktlar göstərir ki, heyvandarlıq sahəsində yürüdülən siyasət ciddi problemlərə yol açıb və idxaldan asılılığı artırıb. Bu vəziyyəti düzəltmək üçün aqrar siyasət yenidən nəzərdən keçirilməli, kiçik təsərrüfatlara dəstək gücləndirilməli və örüş sahələrinin qorunması üçün tədbirlər görülməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri