Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Ekspert: Orta Dəhliz daha rəqabətqabiliyyətli və biznes üçün əlverişli marşruta çevrilmək baxımından yaxşı perspektivlərə malikdir MÜSAHİBƏ

Ekspert: Orta Dəhliz daha rəqabətqabiliyyətli və biznes üçün əlverişli marşruta çevrilmək baxımından yaxşı perspektivlərə malikdir MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutu kimi tədricən daha böyük əhəmiyyət qazanmaqdadır. Onun inkişafı beynəlxalq ticarət və logistika üçün böyük önəm daşıyır, lakin bu marşrut infrastruktur məhdudiyyətlərindən tutmuş tariflərin və gömrük prosedurlarının razılaşdırılmasına qədər bir sıra çətinliklərlə üzləşir. Mövzu ilə bağlı beynəlxalq logistika üzrə ekspert, mürəkkəb təchizat zəncirlərinin idarə edilməsi və logistika proseslərinin optimallaşdırılmasında ixtisaslaşmış beynəlxalq “Kenderi Logistics” şirkətinin direktoru Vyaçeslav Kazarovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

– Bu gün Orta Dəhliz Avrasiya üçün strateji marşrut kimi dəyərləndirilir. Hazırda o, dövlət deyil, biznes baxımından ənənəvi marşrutlarla müqayisədə nə dərəcədə rəqabətqabiliyyətlidir?

– Biz ilk növbədə müştərilərimiz üçün xidmət təminatçılarıyıq və onların biznesinin və layihələrinin uğuru məhz təqdim etdiyimiz xidmətlərin keyfiyyətindən asılıdır. Hazırda bir çox şirkətlər Orta Dəhlizi seçir, çünki korporativ siyasət və ya sanksiya riski kimi müəyyən çağırışlarla üzləşirlər. Bununla belə, ənənəvi marşrutlardan istifadə imkanı olan şirkətlər hələ də həmin yollarla işləməyə üstünlük verirlər. Bu da göstərir ki, Orta Dəhliz hələ inkişaf mərhələsindədir və gələcəkdə rəqabətqabiliyyətini artırmaq üçün böyük potensiala malikdir.

– Region ölkələri arasında tranzit axınları uğrunda sağlam rəqabət mövcuddur. Bu rəqabəti sinerjiyə çevirmək mümkündürmü və biznes bu prosesə necə töhfə verə bilər?

– Sağlam rəqabət həmişə inkişafın mühərrikidir. O, xidmət keyfiyyətinin yüksəlməsinə, yeni həllərin və alternativ marşrutların yaranmasına, eləcə də biznesin iştirakına və artmasına səbəb olur. Əsas odur ki, bu rəqabət açıq və ədalətli olsun, dövlət qurumlarının və ya ayrı-ayrı şirkətlərin əlində monopoliyaya çevrilməsin. Bu baxımdan biznes tranzit axınlarının səmərəli bölüşdürülməsində mühüm rol oynaya bilər və marşrutun “dar boğazlarında” yüklənməni minimuma endirməyə çalışa bilər.

Bizim şirkətin müxtəlif ölkələrdə ofisləri var və logistik axınlara nəzarət imkanı mövcuddur. Biz mütəmadi olaraq müxtəlif marşrutları təhlil və tətbiq edir, yüklənmələri, mövsümi və risk amillərini, eləcə də müştəri tələblərini nəzərə alaraq optimal həllər tətbiq edirik. Bu çevik yanaşma ümumi uğura və Orta Dəhlizin inkişafına xidmət edir.

– Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhlizi böyük beynəlxalq yükgöndərənlər üçün daha cəlbedici etmək üçün hansı birgə addımlar atmalıdırlar?

– Əvvəlcə bütün tranzit proseslərinin tam sistemləşdirilməsi vacibdir. Gömrük və qiymət sistemləri vahid məlumat bazalarına inteqrasiya edilməlidir. Bu ölkələrin gömrük qanunvericilikləri bir-birinə çox bənzədiyindən, vahid tranzit gömrük prosedurlarını tətbiq etmək mümkündür ki, bu da Qazaxıstan, Azərbaycan və Gürcüstan sistemlərində avtomatik əks olunsun.

Bu yanaşma gömrük keçidini xeyli sadələşdirəcək və sürətləndirəcək, tranzit yüklərin əlavə nəzarətini azaltmağa imkan verəcək. Prosedurlarda sadəlik və operativlik sifarişçilər, müştərilər və yükgöndərənlər üçün hər zaman həlledici amillərdir. Belə bir sistem Orta Dəhlizi beynəlxalq bazarda daha rəqabətqabiliyyətli və cəlbedici edəcək.

– Gələcəyə baxsaq, hansı innovasiyalar (yaşıl logistika, pilotsuz yük maşınları, sənəd dövriyyəsində blokçeyn və s.) Orta Dəhlizin üstünlüyünə çevrilə bilər?

– Gəlin, mərhələli şəkildə nəzər yetirək. Artıq bu gün kağız sənədlərdən istifadənin əhəmiyyətli dərəcədə azaldılması mümkündür, yəni nəqliyyat və kommersiya sənədlərinin əksəriyyətini elektron şəkildə tərtib etmək və saxlamaq olar. Onlar göndərən şirkət və ya sifarişçi tərəfindən elektron imza ilə təsdiqlənir, nəzarət orqanlarının inspektorları tərəfindən elektron möhürlərlə təsdiq edilir. Bu, şəffaflığı və təhlükəsizliyi artırmaqla yanaşı, tranzit, idxal və ixrac yükləri üzrə avtomatik analitika aparmağa, həmçinin dövlət büdcələri üçün vergi daxilolmalarını və digər vacib məlumatları izləməyə imkan verir.

Növbəti təbii addım isə həm dəmir yolu, həm avtomobil daşımalarında, gələcəkdə isə hava və dəniz nəqliyyatında da pilotsuz texnologiyaların tətbiqi olacaq. Bu, insan iştirakını minimuma endirəcək, gömrük və tranzit prosedurlarını sürətləndirəcək, ümumi effektivliyi və ekoloji dayanıqlığı artıracaq.

Bu innovasiyaların birgə tətbiqi Orta Dəhlizin rəqabətqabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldə, onu beynəlxalq biznes üçün ən müasir və cəlbedici marşrutlardan birinə çevirə bilər.

– Nəhayət, təsəvvür edək ki, 2030-cu ildir: “Kenderi Logistics” harada olacaq və siz Orta Dəhlizi necə görürsünüz – artıq Avrasiyanın tamhüquqlu “arteriyası”, yoxsa hələ inkişafda olan layihə kimi?

– “Kenderi Logistics” şirkətinin yaxın beş il üçün strategiyası Avropa–Asiya istiqamətində etibarlı və səmərəli tranzit marşrutu yaratmaq, həmçinin Amerika istiqamətindən axınların inteqrasiyasını təmin etməkdir. Biz bütün nəqliyyat növlərini əhatə edən bir sistem qurmağı planlaşdırırıq ki, bu da müştəri tələblərinə və tranzit vaxtına uyğun olaraq marşrut və daşınma növləri arasında çevik keçidi mümkün etsin.

Yüksək xidmət səviyyəsi, zəmanətli çatdırılma müddətləri və optimal logistika xərcləri təmin etməklə biz Orta Dəhlizi biznes üçün doğrudan da cəlbedici etmək niyyətindəyik. Müştərilər bu marşrutu xarici məhdudiyyətlərdən deyil, Avropa ilə Asiya arasında ticarət üçün ən əlverişli şərtləri təklif etdiyinə görə seçəcəklər ki, bu da hər iki istiqamətlərdə rəqabət qabiliyyətini təmin edəcək.

Beləliklə, 2030-cu ilə qədər Orta Dəhliz Avrasiyanın beynəlxalq yükdaşımalarında əsas rol oynayan tamhüquqlu “arteriyasına” çevriləcək, “Kenderi Logistics” isə regionun logistika sahəsində keyfiyyət və innovasiya standartlarını müəyyən edən aparıcı şirkətlərdən biri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri