Icma.az
close
up
RU
Menu

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Elşad Əliyev istefa ərizəsi yazdı

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

Mərhum atasının və bacısının fotosunu paylaşdı

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

İqlim maliyyəsi üzrə ekspert: Azərbaycanın regionda yaşıl liderə çevrilmək üçün real imkanı var MÜSAHİBƏ

İqlim maliyyəsi üzrə ekspert: Azərbaycanın regionda yaşıl liderə çevrilmək üçün real imkanı var MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 20 may, AZƏRTAC

Bakıda keçirilən COP29-un spikeri, ESG (Ətraf mühit, Sosial və İdarəetmə) və iqlim maliyyəsi sahəsində dayanıqlılıq üzrə ekspert Niki Hutson AZƏRTAC-a müsahibəsi zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un nəticələrini, Azərbaycanın ev sahibliyini, ölkənin yaşıl enerji və maliyyə sahəsində gələcək liderlik potensialını dəyərləndirib. O bildirib ki, COP29 sözlərdən əməli addıma keçidə çevrilən bir sammit oldu və Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etməsi ölkəyə Cənubi Qafqazda davamlılıq, yaşıl keçid üzrə aparıcı mövqe tutmaq imkanı verir.

- COP29-un nəticələri baxımından sizin üçün ən vacib məqamlar hansılar oldu?

- COP29 sözlərdən əmələ keçidin baş verdiyi mərhələ oldu. Paris Sazişinin 6.4-cü maddəsi üzrə yekun çərçivənin qəbul edilməsi qlobal karbon bazarının yaradılması baxımından mühüm irəliləyiş idi. İlk gündən etibarən Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzrə hərəkətlilik müşahidə olundu və 2020-ci illə müqayisədə iqlim maliyyəsinin üç dəfə artırılması öhdəliyi qoyuldu. 2030-cu ilə qədər dövlət və özəl sektor mənbələri daxil olmaqla illik 1,3 trilyon dolların səfərbər edilməsi hədəfi inkişaf etməkdə olan ölkələrə dəstəyin miqyasını genişləndirmək üçün çağırış idi. Ən vacib məqamlardan biri də COP27-də yaradılmış İtki və Zərər Fondu idi ki, bu da artıq tam şəkildə fəaliyyətə başladı. Bu, iqlim fəlakətlərindən zərər çəkən ölkələr üçün həyati əhəmiyyət daşıyır. Həmçinin adaptasiya, iqlim sığortası və daha praktiki yanaşmalar ön planda idi. Bu dəfə verilən vədlər boş səslənmədi. Yaranmış dinamikanın COP30-a qədər davam etməsi çox vacibdir. Mənim üçün ən diqqətçəkən məqamlardan biri də əməkdaşlıq ruhu idi. Uzun müddətdən sonra ilk dəfə siyasətçilər, biznes dairələri, maliyyə qurumları və vətəndaş cəmiyyəti nümayəndələri arasında real bir birlik hiss olunurdu. Bu birgə enerjini gələcək tədbirlərə, o cümlədən İqlim Fəaliyyəti Həftəsi və COP30-a daşımaq lazımdır.

- COP29 iqlim maliyyəsi öhdəlikləri baxımından gözləntilərinizi doğrultdumu?

- Bir iqlim elmi mütəxəssisi kimi həmişə daha iddialı nəticələrə ümid edirəm. Lakin son illər korporativ sektorda işlədiyimə görə siyasi reallıqları da anlayıram. Bu baxımdan COP29 əvvəlki illərlə müqayisədə nisbətən ciddi addımların atıldığı sammit oldu. Əsas narahatlığım özəl maliyyə vəsaitlərinə olan həddindən artıq etibarla bağlıdır. Bu, inkişaf etməkdə olan ölkələr üçün borc yükü riski yaradır. Məhz bu səbəbdən, dövlət və özəl vəsaitlərin birləşdirildiyi “blended finance” yanaşması vacibdir. Bu, daha ədalətli və sabit maliyyə modellərinin formalaşmasına imkan verir. Ən təsirli məqam isə müzakirələrin tez bir zamanda koordinasiya olunmuş fəaliyyətə çevrilməsi idi. Birinci həftədə iştirak etdiyim maliyyə müzakirələri artıq iyun üçün konkret addımların atılmasına səbəb olub. Bu, real irəliləyişdir. Lakin biz reallığı da unutmamalıyıq, siyasətin geridə qaldığı nöqtədə gözləməməliyik. Avropa İttifaqının bəzi tənzimləyici təşəbbüslərində gecikmələr, məsələn, Korporativ Dayanıqlı İnkişaf Hesabatlılığına dair Direktiv (CSRD) və Şirkətlərin Dayanıqlı Fəaliyyəti üzrə Dəqiq Araşdırma Direktivi (CSDDD) iqlim fəaliyyətində yaranmış sürəti zəiflədir. Əvəzində, sənaye, investorlar və assosiasiyalar daha aktiv liderlik nümayiş etdirməlidirlər. COP29 bu səsi bir araya gətirməkdə daha yaxşı nəticə göstərdi. Ümid edirəm ki, bu, davam edəcək.

- Azərbaycan yaşıl maliyyə və ya təmiz enerji sahəsində regionda liderə çevrilə bilərmi?

- Azərbaycanın neft və qaz sahəsindəki təcrübəsi ölkəyə ədalətli enerji keçidində lider olmaq üçün unikal imkanlar yaradır. Ölkənin infrastruktur və bilik bazası mövcuddur. Xüsusilə Naxçıvan və Xəzər dənizi bölgəsində günəş və külək enerjisi baxımından böyük potensial var. Düzgün investisiyalarla bu sahələr regional ixrac üçün əsas güc mərkəzinə çevrilə bilər. Elektrik şəbəkələri, hidrogen layihələri və iqlim maliyyəsi kimi sahələrdə beynəlxalq əməkdaşlıq üçün də geniş imkanlar var. Azərbaycan artıq bir sıra diplomatik və ticarət kanallarına malikdir. İndi əsas məsələ bu imkanları yaşıl keçid hədəfləri ilə uzlaşdırmaqdır. Maliyyə baxımından Azərbaycan Cənubi Qafqazda yaşıl maliyyə üzrə mərkəzə çevrilə bilər. Bu, ESG standartlarının tətbiqi, qabaqcıl beynəlxalq təcrübələrdən faydalanma və süni intellekt kimi rəqəmsal alətlər vasitəsilə innovasiyanın dəstəklənməsi deməkdir. COP29 Azərbaycanı qlobal iqlim gündəmində önə çıxardı. Orada qalmaq üçün bu ambisiyanı konkret fəaliyyətlərlə davam etdirmək lazımdır. Həm gözləntiləri idarə etmək, həm də etimad yaratmaq üçün aydın, şəffaf və inklüziv yol xəritəsi hazırlanmalıdır. Məsələn, Danimarka buna gözəl nümunədir. Bir vaxtlar neft-qaz asılılığı yüksək olan ölkə bu gün dekarbonizasiya üzrə liderdir. “Örsted” kimi şirkətlər tamamilə bərpaolunan enerjiyə keçid ediblər. Azərbaycan şirkətləri də eyni yolu izləyə bilər. Yerli banklar, beynəlxalq tərəfdaşlar və tənzimləyici dəstək bu yolda əsas rol oynayacaq. Bu uğur üçün təvazökarlıq, əməkdaşlıq və öyrənməyə açıq yanaşma tələb olunur. Əgər Azərbaycan bu dəyərləri rəhbər tutsa, regionda yaşıl liderə çevrilmək üçün real imkanı var.

- Bakıda COP29-da iştirak etmiş biri kimi Azərbaycanın ev sahibliyini necə qiymətləndirirsiniz?

- COP-a ev sahibliyi etmək Olimpiya Oyunlarını keçirmək kimidir, böyük səylər tələb olunur. Əsas meyar isə tədbirdən sonra qalan mirasla ölçülür. Əməli baxımdan Azərbaycan yüksək səviyyədə təşkil olunmuş və inklüziv bir tədbir təqdim etdi. Mavi Zona ərazisinin quruluşu iştirakçılar üçün rahat idi, təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi, logistika isə problemsiz idi. Ümumi atmosfer həm qonaqpərvər, həm də təhlükəsiz idi. Mən həmçinin yerli mütəxəssislərlə tanış olmaq və tədbirdən kənarda ölkəni daha yaxından görmək imkanı qazandım. Bu cür mədəni təmaslar vacibdir. Bu, bizə bu tədbirlərin yalnız siyasət deyil, insanlarla bağlı olduğunu xatırladır. İndi əsas diqqət tədbirdən sonrakı mərhələyə yönəlməlidir. COP-a ev sahibliyi son yox, başlanğıc nöqtəsi olmalıdır. Ümid edirəm ki, Azərbaycan bu fürsəti uzunmüddətli iqlim siyasəti, enerji və infrastruktur sahələrində konkret fəaliyyətlərə çevirəcək. Mən bu istiqamətdə nikbinəm.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see213

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see211

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see191

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see147

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see135

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see132

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see129

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see129

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see129

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see128

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see126

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see125

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see125

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see125

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see121

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see120

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see120

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see119

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri