Icma.az
close
up
RU
Ekspert: Orta Dəhlizin Azərbaycan hissəsində yeni biznes imkanları yaranır

Ekspert: Orta Dəhlizin Azərbaycan hissəsində yeni biznes imkanları yaranır

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Orta Dəhlizin Azərbaycan hissəsində yeni fürsətlər, yeni biznes imkanları yaranır.

Bunu “Report”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Çini Avropa ilə birləşdirən multimodal nəqliyyat dəhlizidir və Rusiya-Ukrayna müharibəsindən sonra daha çox diqqət çəkməyə başlayıb: “Orta Dəhlizin istiqaməti Çindən başlayır, dəmir yolu Çini və Qazaxıstanı Dostık və yaxud Xorqos-Altınkol vasitəsilə birləşdirir. Daha sonra yüklər Qazaxıstan dəmir yolu ilə Aktau Limanına gətirilir, burdan da Bakı Limanına göndərilir, Azərbaycan və Gürcüstanı dəmir yolu ilə keçərək ya Türkiyə vasitəsilə dəmir yolu ilə Avropaya davam edir, ya da Qara dənizi keçir. Dəhliz fəaliyyətə başlayanda çoxsaylı sərhəd keçidləri, nəqliyyat növləri arasında yükdaşımalar və əməliyyat səmərəsizlikləri ilə Şimal marşrutundan (Rusiya vasitəsilə) üç dəfə daha çox vaxt aparırdı. Nəticədə, dəhliz uzaq məsafəli ticarət üçün daha aşağı prioritetə malik olub. Lakin sonradan ölkələr dəhlizin inkişafı üçün önəmli addımlar atıblar”.

“Hələ Orta Dəhliz fəaliyyətə başlamamış Azərbaycan nəqliyyat layihələrinin icrasına böyük investisiyalar yatırıb. Ən vacib layihələrdən biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisidir. Hazırda liman 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük qəbul edə bilir. Buradan yükdaşıma ilbəil artır. Belə ki, 2024-cü ildə 7,6 milyon ton yük aşırılıb. Bu da 2023-cü ilə nisbətən 3,2 % çoxdur. Azərbaycan limanın yükaşırma qabiliyyətini daha da artırmaq istəyir. Limanın ikinci fazası ilə bağlı göstəriş verilib və bu ildən işlərə başlanacaq. Limanın imkanları 25 milyon tona, 500 min TEU kontenyerə çatdırılacaq”,- deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, limanın şəhərin mərkəzində yerləşməsi yeni imkanlar yaratmadığına görə o, Ələtə köçürülüb: “Ələtdə limanın yeri uğurla seçilmişdi. Bu ərazi Şərqlə-Qərbin birləşdiyi, geniş infrastruktur imkanları yaradan bir yerdir. Bakı Limanı biznes üçün imkanlar yaradır. Hazırda Türkiyə şirkətlərindən biri orada fəaliyyət göstərir. Görünür ki, yüklər daha artacaq, bu isə öz növbəsində yeni bazar iştirakçılarını cəlb edəcək”.

R.Ağamirzəyev qeyd edib ki, Orta Dəhlizin digər önəmli seqmenti Azərbaycanın dəmir yollarıdır: "Hazırda “Azərbaycan Dəmir Yolları” QSC elektrik təchizatında sabit cərəyandan dəyişən cərəyana keçid edir, 2028-2029-cu ildə proses tamamlanacaq. Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına, nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq. Dəyişən cərəyana keçidlə 20 % daha çox yük daşımaq mümkündür. Buna müvafiq olaraq dəyişən cərəyanla işləyən 40 lokomotiv alınıb, 12 sistemli lokomotiv, 10 müasir, magistral tipli teplovozlar alınıb. Bu da manevr imkanlarını artırır”.

O bildirib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm tərkib hissəsinə çevriləcək: "Dəhlizin önəmli hissəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin inşası davam edir. 2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsinə və tikintisinə başlanılıb. Tikinti işlərinin 60%-i yekunlaşıb. Bu istiqamətdə yükdaşımaların həyata keçirilməsi gələcəkdə ölkəyə böyük həcmdə vəsait gəlməsinə səbəb olacaq”.

Ekspertin sözlərinə görə, ötən il Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU) tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təmin edib: "Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil və avtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları, qida və qeyri-qida məhsulları və s. əsas paya sahib olub. Genişlənən əməkdaşlıq fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq ildə 1 000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkan verir. Azərbaycanla Çin arasında dəhliz vasitəsilə əməkdaşlıq daha da genişlənəcək. Çin Azərbaycan üzərindən yük göndərməkdə maraqlıdır".

Azərbaycanın gəmiçilik sahəsində genişmiqyaslı layihələr həyata keçirdiyini deyən ekspert vurğulayıb ki, Azərbaycan özünün gəmi istehsalı zavodunu qurub: “Bu da ehtiyacımız olan donanmanın yenilənməsinə səbəb olur və valyutanın ölkədə qalmasına təminat verir”.

R.Ağamirzəyevin sözlərinə görə, Orta Dəhlizin səmərəliliyini artırmaq məqsədilə 2022-ci ilin noyabrında Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında Orta Dəhlizin təkmilləşdirilməsi üçün prioritet investisiyalar və tədbirləri sadalayan "Yol Xəritəsi" imzalanıb və 2023-cü ilin iyununda Azərbaycan, Gürcüstan və Qazaxıstan birgə logistika operatorunun yaradılması barədə razılığa gəliblər: "Eyni zamanda, Dünya Bankı, Avopa İttifaqı və digər ikitərəfli tərəfdaşlar texniki yardım və investisiyalar təmin etməkdə Orta Dəhlizə dəstək və maraqlarını təsdiq ediblər. Çünki 2030-cu ilə qədər Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsinin daha da artacağı ehtimal edilir. Bu istiqamət üzrə hər il 92,7 % artımla 2014-2021-ci illərdə 49 min qatar göndərilib. Təkcə 2021-ci ildə 15 min 183 ədəd kontyener qatarı göndərilib".

O, hazırda dəhlizin genişləndirilməsində istiqamətində işlərin həyata keçirdiyini vurğulayıb: "Qazaxıstanda şərqlə qərbi əlaqələndirən Jeskazqan-Şalkar-Beyneu dəmir yolu xətti marşrutu 900 km qısaldıb. Həmçinin Aktaudan cənubda tikilən Kuruq limanı dəniz daşımalarında vaxtın azalmasına gətirib çıxarıb. Gələcək üçün Türkiyədə Marmaray tuneli istifadəyə verilib və bu da ilk dəfə İstanbulda Avropa ilə Asiyanı dəmir yolu ilə əlaqələndirib. Gələcəkdə Yavuz Sultan Səlim körpüsü üzərindən dəmir yol bağlantısını yaratmaqla, bu daşımalar daha effektiv təşkil ediləcək".

Ekspert sonda vurğulayıb ki, Azərbaycan dəhlizin genişləndirilməsi istiqamətində gördüyü işlərlə seçilir: "Orta Dəhlizin inkişafı tək Azərbaycandan aslı olan məsələ deyil. Fəaliyyətlərin daha da sinxronlaşdırılması dəhlizi inkişaf etdirəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see121

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see119

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see117

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see117

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see117

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri