Icma.az
close
up
RU
Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 oktyabr, AZƏRTAC

Şagirdlərin gələcək peşə istiqamətinin düzgün müəyyənləşdirilməsi onların bacarıq və maraqlarının nəzərə alınmasını, eləcə də əmək bazarının əvvəlcədən araşdırılmasını tələb edir. Bu prosesdə valideynlərin və yaxın ətrafın tövsiyələri ilə yanaşı, mütəxəssis rəyinin alınması da mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, şagirdlərin peşə seçimində valideyn, nənə-baba və digər qohumların fikirlərinin həddindən artıq təsir göstərməsi bəzən düzgün qərarın qəbul edilməsinə mane olur. Valideynlər övladlarına müəyyən istiqamətdə tövsiyə verə bilərlər, lakin yekun qərarın şagirdin qabiliyyət və bacarıqları nəzərə alınmaqla formalaşdırılması daha məqsədəuyğundur. Bu baxımdan mütəxəssis rəyi və psixometrik testlərin imkanlarından istifadə etmək vacibdir.

Onun sözlərinə görə, ali təhsil almaq istəyən şagirdlər əmək bazarının araşdırılmasına daha erkən yaşlardan başlamalıdırlar: “Ali təhsil almaq istəyən şagirdlər 8-ci sinifdən etibarən şagirdlər mövcud və gələcəkdə tələbatın artacağı gözlənilən peşələr, ixtisaslar və onların əmək bazarındakı perspektivləri barədə məlumat toplamalıdırlar. Bu, onların gələcək istiqamətlərini daha düzgün müəyyənləşdirməsinə, hansı fənlərə və sahələrə daha çox diqqət yetirməli olduqlarını əvvəlcədən bilməsinə imkan verə bilər. Eyni zamanda, şagird öz maraq və bacarıqlarını əmək bazarının tələbləri ilə müqayisə etməli, gələcək peşə seçiminə yalnız ali təhsil müəssisəsinə qəbul olmaq prizmasından yanaşmamalıdır. 11-ci sinifdə isə imtahan hazırlığı ilə yanaşı, psixoloji hazırlığa da diqqət yetirilməsi vacibdir. İmtahana yaxın dövrdə şagirdlərdə həyəcan və gərginlik yarana bilər. Bu baxımdan psixoloq dəstəyi onların imtahan prosesinə daha düzgün hazırlaşmasına və mövcud biliklərini daha yaxşı nümayiş etdirməsinə kömək edə bilər”.

Müsahibimizin fikrincə, abituriyentlərin universitet və ixtisas seçimi zamanı yol verdikləri əsas səhvlərdən biri seçimə düşünülməmiş və təsadüfi yanaşmalarıdır. Bəzən “hansı ixtisas olursa-olsun, əsas odur ki, ali təhsil alım” prinsipi ilə seçim edilir. Halbuki ali təhsil müəssisəsinə qəbul olmaq son məqsəd deyil. Seçilən ixtisasın şagirdin bacarıq və maraqlarına uyğunluğu, həmin sahənin gələcək perspektivləri və əmək bazarında tələbatı da nəzərə alınmalıdır. Əks halda tələbə təhsil aldığı müddətdə seçiminin onun üçün uyğun olmadığını anlayaraq sonradan ixtisasını dəyişmək və ya əlavə təhsil almaq məcburiyyətində qala bilər. Ona görə də ixtisas seçimi zamanı mütəxəssis rəyi mühüm əhəmiyyət daşıyır. Şagirdin qabiliyyətləri, maraqları, akademik göstəriciləri və psixometrik testlərin nəticələri ilə yanaşı, əmək bazarının tələbləri də nəzərə alınmalıdır. Şagird özünü daha yaxşı tanıdıqca və hansı sahədə uğur qazana biləcəyini müəyyənləşdirdikcə gələcək seçimlərini də daha düzgün formalaşdıra bilər.

“Peşə seçimi ilə bağlı maarifləndirmə işi məktəb səviyyəsində də gücləndirilməlidir. Təhsil mütəxəssislərinin məktəblərdə şagirdlərlə görüşləri təşkil olunmalı, onlara həm bu gün, həm də gələcəkdə əmək bazarında tələb oluna biləcək ixtisas və peşələr barədə məlumat verilməlidir. Şagird müxtəlif peşələrin yalnız adını deyil, həmin sahədə fəaliyyətin mahiyyətini, tələb olunan bacarıqları və gələcək inkişaf imkanlarını da bilməlidir.

Şagird vaxtında mütəxəssisə müraciət etməli, öz bacarıq və maraqlarını müəyyənləşdirməli, eyni zamanda, əmək bazarını araşdırmalıdır. Bu amillərin birlikdə nəzərə alınması onun gələcəkdə daha uyğun ixtisas seçməsinə, təhsil aldığı sahədə özünü daha yaxşı reallaşdırmasına və məzun olduqdan sonra əmək bazarında iş imkanlarını genişləndirməsinə şərait yarada bilər. Buna görə də peşə seçimi son mərhələyə saxlanılmamalı, daha erkən yaşlardan planlı şəkildə aparılmalı və bu prosesdə mütəxəssis dəstəyi əsas amillərdən biri kimi nəzərə alınmalıdır”, - deyə ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri