Icma.az
close
up
RU
Ekspert: Qadın sürücülər haqqında xoş söz demək mümkün deyil

Ekspert: Qadın sürücülər haqqında xoş söz demək mümkün deyil

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün kimsə xanımına, qızına, dost-tanışına avtomobil alıb verirsə, onun məsuliyyətinə də şərik olmalıdır”


Hüquqşünas isə fərqli düşünür - qadınların ağır qəza göstəriciləri kişilərdən 2 dəfə yaxşıdır


“Xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur: Təkcə cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır. Əgər nəqliyyat vasitəsilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir. Bu hərəkətlər hara aparır – insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya? Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir. Unutmayın, qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırır. "Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür", - deyə məlumatda qeyd olunub.

“Qadın sürücü, yoxsa kişilər daha diqqətlidir, daha az qəza vəziyyəti yaradırlar”, sualı illərdir cavabını axtarır. Etiraf etmək lazımdır ki, bu məsələyə subyektiv yanaşanlar çoxdur. Kişi sürücü nə vaxtsa bir dəfə qadın sürücünün diqqətsizliyi, yol hərəkəti qaydasını pozmasıyla qarşılaşıbsa, daim bunu xatırladır, onun nəzərində bütün xanım sürücülər ehtiyatsız, diqqətsizdirlər. Əlbəttə, məsələyə obyektiv yanaşanlar, sürücünün qadın və ya kişi cinsinə mənsub olmasının diqqət dağınıqlığı və ya ehtiyatlılığa aidiyyəti olmadığını iddia edənlər var.        


Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında qeyd edir ki, sükan arxasında davranışların statistikasına baxanda, çox təəssüf, qadın sürücülər haqqında xoş söz demək mümkün deyil:


- Bu gün istənilən avtomobil idarəçisi qarşısındakı avtomobilin xaotik hərəkətlərindən anlayır ki, sürücü qadındır. Gəlib yanından ötəndə də görürsən ki, sürücü həqiqətən qadındır. Qadın sürücülər o qədər təcrübəsizliklər nümayiş etdirir ki, onların təsadüf nəticəsində sükan arxasına keçdiyinə əmin olursan. Çox təəssüf ki, qadınlara təlim keçənlərin özləri də peşəkarlıqdan uzaq olanlardır. Statistikaya baxdıqda kişi sürücülərin daha çox qəza törətdiyini görürük. Amma nəzərə alaq ki, ölkədə avtomobil idarə edənlərin də böyük hissəsi, təxminən yarım milyondan çoxu  kişilərdir. Mən səmimi şəkildə deyirəm ki, qadın sürücülərə təlimlər tam ciddi formada keçirilməlidir. Formal yanaşmalardan qaçmaq lazımdır. Bu gün kimsə xanımına, qızına, dost-tanışına avtomobil alıb verirsə, onun məsuliyyətinə də şərik olmalıdır. Doğrudur, öz qazancı ilə avtomobil alan qadınlar da az deyil. Bunu elə-belə demirəm. Burada psixoloji faktor var. İnsan asanlıqla əldə etdiyi şeylə məsuliyyətsiz və necə gəldi davranır. O cümlədən də ona hədiyyə edilən avtomobili də qadınlar çox zaman necə gəldi idarə edirlər. Məhz bunun nəticəsidir ki, cəmiyyətimizdə qadın sürücülərlə bağlı xoş olmayan bir fikir formalaşır. Bunun qarşısını almaq və daha çox xoşagəlməz hallardan qaçmaq üçün ən azı profilaktik tədbirlər artırılmalıdır.


Hüquqşünas Ərşad Hüseynov isə qadın sürücülərin iştirakı ilə törədilən yol-nəqliyyat qəzalarının kişi sürücülərin iştirakı ilə törədilənlərdən daha az olduğunu deyib:


- Qadın sürücülərin törətdikləri qayda pozuntuları, onların təqsirli olduğu cinayət sayılan yol-nəqliyyat hadisələri, əslində, qadınların say nisbətini nəzərə alanda kişilərlə müqayisədə çox azdır. Rəqəmlər qadın sürücülərin ağır qəza törətmək üzrə göstəricilərinin də kişi sürücülərindən daha az olduğunu göstərir. Məsələn, 2025-ci ilin yanvar-iyun aylarında ümumilikdə 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,8 faiz azalaraq 812 nəfər olub. 577 hadisədən 107-si qadın sürücülərin iştirakı ilə törədilib. Bu, elə də böyük rəqəm deyil. Bunu da nəzərə alaq ki, ölkəmizdə qadın sürücülər cəmi sürücülərin təxminən 3-4 faizini təşkil edir. Başqa sözlə, qadın sürücülərin ağır qəza törətmək üzrə göstəriciləri kişi sürücülərinkindən təxminən 2 dəfə yaxşıdır. Qadın sürücülərin törətdikləri inzibati xəta sayılan qayda pozuntuları da say nisbəti ilə götürüldükdə kişi sürücülərdən əhəmiyyətli dərəcədə azdır. Məsələn, təhlükəsizlik kəməri bağlamayan sürücülərin təxminən 2 faizi qadınlardır. Sürət həddini aşan sürücülər arasında da ən az göstərici qadın sürücülərə aiddir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri