Icma.az
close
up
RU
Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Səddamın edamından sonra Qəddafi ərəb birliyinin konfransında çıxış edib dedi, səsinizi çıxarmırsınız, hamımızı bir - bir asacaqlar, gəlin birləşək. Bu zaman Əsəd gülür, Əli Abdullah Saleh qımışır, Bin Əli isə heç qulaq asmırdı. Qısa müddətdən sonra Qəddafi qarışıq dördü də sıra ilə devrildi, xalqları qırğına, sərvətləri talana məruz qaldı. Qərb də bu ölkələrə azadlıq, demokratiya əvəzinə qan, savaş, parçalanma, istila, köləlik gətirdi. İbn Xaldun yazırdı ki, ərəblər ittifaq etməməyə ittifaq ediblər. Düz deyirmiş. Ərəblər birləşmək üçün toplaşmırlar. Birləşməməyə bir daha söz vermək üçün toplaşırlar. Çünki adı millət olsa da hələ də tayfa, qəbilə təfəkküründədirlər".

Bunu Sherg.az-a siyasi şərhçi Tural İrfan deyib.

O, qeyd edib ki, İndi İranla ABŞ Bəhreyn, Küveyt, Livan, (Türkiyə xilas etməsəydi Suriya), Yəmən, Səudiyyə Ərəbistanını öz maraqları üçün alətə, hədəfə, sipərə çevirib:

" İran gah Bəhreyni öz torpağı adlandırıb işğal etməyə cəhd edir, ABŞ da öz bazalarını yerləşdirib İrana qarşı bu ölkələri özünə qalxan tutub. Hələ İraqı, Misiri, digər ərəb ölkələrini demirəm... Kollektiv Qərb müsəlman, xüsusən ərəb ölkələrində diktatura, monarxiya rejimlərinin olmasında ciddi maraqlıdır. Çünki sərvət talamaqda razılaşmadığı, bir az müstəqil siyasətə meyl edən lideri sıxışdırıb məhrumetmələrə məruz qoymaqla xalqı ilə arada uçurumu asanlıqla dərinləşdirə, sonra da devirib ya da öldürüb yerinə başqasını gətirə bilir. Amma həqiqətən də demokratiya olsa dövlət inkişaf edər, xalqın seçdiyi şəxsi Qərb yox, heç fələk də asanlıqla aradan qaldıra bilməz. Ərəb dünyası üçün Qərbin demokratiya iddiası balığı tutmaq üçün qarmağa keçirilmiş yem misalındadır. Guya tələb edir, təklif edir, amma əslində onlara əsla demokratiya vermir, qoymur. ABŞ, İngiltərə, Fransa, İtaliya onilliklərlə Suriya, Livan, Əlcəzair, İraq və digərlərini sümürüb, hətta Fransa Əlcəzairdə soyqırımı da törədib. İndi isə sadəcə istila metodunu dövrün tələblərinə uyğun olaraq dəyişiblər. Hədəf, məqsəd, davamiyyət öz yerindədir. Hazırda parçaladıqları Yəməndə Husilərə qarşı Ərəbistanı qaldırıblar. İsrail və ABŞ-a etiraz edən İspaniyanı sıxmaq üçün Mərakeşdə eyni medodla taxtda saxladıqları kralın ac qoyduğu yalavac əhalini dəniz vasitəsi ilə əks tərəfə sürüblər. Suriyanı Hizbullahla savaşa çəkirlər. Yəqin ki, Şaraa razılaşmasa İsrail yenidən Ələvi, Nuseyri, Druz və PYD qruplaşmalarından ibarət təsir rıçaqlarını işə salıb Suriyanı yenidən qan gölünə döndərəcək. Bütün bunlarla paralel olaraq bu mənfur istilaya müəyyən qədər dirəniş göstərən Türkiyəyə qarşı planlar hazırlayıb Yunanıstan, Kiprlə bağlı ziddiyətləri körükləyirlər. Mütəmadi olaraq Talibanı, Hindistanı Pakistanın üstünə qaldırıb başını qatırlar". 

Ekspert bildirib ki, ərəblər hələ də Boing təyyarəsində yerdə oturub vannada aş yeyərək hansı oteldə kef çəkəcəklərini müzakirə edirlər:

"Öz cəlladının baltasını özü itiləyən bədbəxt qurbanlar kimi edam sıralarını gözləyirlər... Daha ərəblərin Camal Abdunnasir, Feysəl bin Abduləziz, Kral Hüseyn, Yasir Ərəfat kimi liderləri, heç olmasa Qəddafi, Səddam kimi nüfuzlu şəxsləri də qalmadı. Qoruya, istifadə edə bilmədilər. Çağırıb başa keçirdilər, sonra da öldürüb ağladılar. İndi də çobansız sürü kimi yarısı İsrailin, yarısı ABŞ-ın, yarısı da Avropa ölkələrinin əlaltısı, vassalı, aləti, qalxanı kimi istifadə olunur. Bu gedişlə İsrail gələn 40-50 il ərzində ərəb ölkələrinin yarısını, bəlkə də hamısını ələ keçirəcək, dinlərini məzhəblərə bölüb özlərinə qarşı istifadə edərək milli döyüş ruhunu öldürüb köləyə çevirəcək. Qərb müsəlman aləmində, əsasən də ərəb ölkələrində təhsilin, elmin inkişafında maraqlı deyil. Əksini istəyir. Çünki ağıllı, savadlı xalqın içindən milli lider, ideya sahibi, demokrat parlaq mübariz siyasi fiqurlar çıxa bilər. İndiki şəraitdə isə yalnız özü təhrik etdiyi "parlaq" terrorçular çıxır. Qərb ərəb dünyasında müasir dəyərlərin, insan haqlarının da nizama salınmasını istəmir. Çünki öz başındakı diktatordan, monarxdan azad olmaq istəyən xalq, sabah ümumiyyətlə öz ölkəsini vassala, istila tarlasına çevirmiş Qərbin özünə də qarşı çıxa bilər. Ona görə ABŞ, Avropa dəlinin yadına daş salmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Avqust 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri