Icma.az
close
up
RU
Ekspert: “Turşudan zəhərlənmə hətta ölümlə bitə bilər”

Ekspert: “Turşudan zəhərlənmə hətta ölümlə bitə bilər”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ev şəraitində turşu hazırlanan zaman istifadə olunan meyvə-tərəvəzlər mövsümünə uyğun olmalıdır. Mövsümündə olmayan tərəvəzlər istixanalarda müxtəlif kimyəvi pereparatların köməyi ilə yetişdirilir. Bu tərəvəzlərdən turşu hazırlamaq tövsiyə edilmir".

“Bunu "Yeni Sabah”a qida eksperti İlkin Şirin deyib.

Onun sözlərinə görə, digər vacib şərt gigiyenik qaydalarla bağlıdır:

"Həmin ərzaqlar tam yuyulub təmizlənməlidir. Turşu hazırlanacaq banka və digər qablar steril olmalıdır". 

İlkin Şirin daha həssas məqamın olduğunu qeyd edib:

"Ev şəraitində ərsəyə gətirilən turşuların tərkibinə heç bir mütəxəssislə məsləhətləşmədən dərman vasitələri, o cümlədən "tetraçiklin", "parasetamol" və s. qatılır. Turşuluq dərəcəsini ölçmədən sirkələr əlavə olunur. Bu nə dərəcədə düzgündür? Yaxud bunu istifadə edərkən kiminlə məsləhətləşirlər? Hansı mütəxəssis bunu sizə tövsiyə edir? Son nəticə isə insan sağlamlığı hesabına başa gəlir”.

Ekspert vacib tövsiyələr verib: “Daha bir diqqət ediləcək məqam saxlama şəraitidir. Turşular hazırlandıqdan sonra rütubətsiz, günəş işığı olmayan, sərin və quru yerdə saxlanmalıdır. İkinci məsələ isə turşunun suyunda hər hansısa bulanıqlıq, yaxud tərəvəzin üzərində kif örtüyü olarsa, bu qidadan istifadə etmək qətiyyən yol verilməzdir. Əgər turşu hazırlanan qabın qapağında gözlə görünən bir şişmə varsa, bu artıq təhlükədən xəbər verir.

Təəssüf ki, bu gün insanlarımız onu təkrar istifadə edirlər. Nəticədə ev şəraitində hazırlanan turşulardan zəhərlənmə halları həddən artıq çox olur. Turşudan zəhərlənmə hətta ölümə qədər gətirib çıxara bilir.

Market və mağazalarda üzərində markalanma və istifadə müddəti olan məhsulların alınması və istifadəsi daha məqsədəuyğundur. Çünki bu məhsullara AQTA nəzarət edir”.

Aytac Şahin 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri