Icma.az
close
up
RU
Ekspert: Ümumtəhsil məktəblərində müəllimlərin 30% i ixtisaslı kadr hesab olunur

Ekspert: Ümumtəhsil məktəblərində müəllimlərin 30% i ixtisaslı kadr hesab olunur

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Ölkədə məktəbəqədər təhsil qanunvericiliyə görə 1–6 yaşlı uşaqları əhatə edir. Əgər orta hesabla hər il 130 min uşaq dünyaya gəlirsə, bu, 1–6 yaş arası uşaqların sayının 600 mindən çox olduğunu göstərir. 5 yaşlı uşaqların 85–90%-i ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına cəlb olunur ki, bu da məktəbəqədər təhsildə iştirak edən uşaqların ən azı 100 min nəfərini əhatə edir. Təqribən 500 min uşaq isə 1–5 yaş arasında olub, məktəbəqədər təhsil sisteminə cəlb olunmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 
"Hazırda Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı təqribən 2000-dir və bu müəssisələrdə məktəbə qədər təhsilə cəlb olunmuş uşaqların sayı yalnız 18 min nəfərdir. Yəni 500 min uşağın yalnız çox kiçik bir hissəsi dövlət müəssisələrinə daxil olur. Ölkədə təqribən 350 özəl məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərir, lakin bu müəssisələrdə uşaqların sayı orta hesabla 10 mindən yuxarı deyil, çünki şərait məhduddur".
O bildirib ki, bir çox müəssisə “uşaq bağçası” adı altında fəaliyyət göstərir, amma əslində onlar lisenziyasız özəl kurslardır:
"Nəticədə, icmaəsaslı məktəbəqədər təhsil, kiçik qruplar və digər layihələr həyata keçirilir, lakin bunlar da geniş kütləni əhatə etmir. Təhsil Nazirliyinin təqdim etdiyi statistikaya görə 100 min uşaq məktəbəqədər təhsilə cəlb olunub, lakin bu rəqəm real vəziyyəti əks etdirmir. Çünki ölkədə məktəbəqədər müəssisələrdə yer sayı yalnız 17–18 min nəfər üçün yetərlidir.
Regionlarda qrupların bağlanması və uşaqların böyük şəhərlərə – Bakı, Abşeron, Sumqayıt, Gəncə yönləndirilməsi nəticəsində sıxlıq yaranıb. Ümumtəhsil məktəblərində bir sinif qanunvericiliyə görə 20 nəfərlə formalaşdırılmalıdır, lakin hazırda 30–35, hətta 40 şagirdlə fəaliyyət göstərilir. Məktəbəqədər qruplarda isə qanunvericiliyə görə 10–15 uşaq olmalıdır, amma bəzi şəhərlərdə 10 qrup əvəzinə 15 qrup fəaliyyət göstərir".
Ekspert deyib ki, məktəbəqədər təhsildə vəziyyət olduqca acınacaqlıdır:
"Hazırda təqribən 16 min müəllimin üçdə biri, yəni 6 min nəfərə yaxını təhsilsizdir, digər üçdə biri isə məktəbəqədər təhsil üzrə ixtisaslı deyil. Beləliklə, yalnız 30–33%-i ixtisaslı kadr hesab olunur. Halbuki minlərlə gənc bu sahədə təhsil alıb, amma işləmirlər. Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında müəllimlərin dərs aparanlar əsasən ibtidai təhsil üzrə ixtisaslaşmış müəllimlərdir, halbuki qanunvericiliyə görə burada məktəbəqədər təhsili bitirmiş şəxslər çalışmalıdır.
Son vaxtlar bəzi məktəbəqədər müəssisələrdə uşaq başına ödənişin 250 manatı dövlət tərəfindən qarşılanır, lakin bu məhdud sayda müəssisələrə şamil olunur və əsasən müəyyən şəxslərə yaxın müəssisələrdə tətbiq edilir.
Beynəlxalq təcrübə göstərir ki, məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşdirilməsi səmərəli deyil. Bu səbəbdən adam başına maliyyələşmə sisteminə keçid vacibdir və özəl sektorun inkişafı təşviq olunmalıdır. Hazırda “Sanitariya normaları və qaydaları haqqında” Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarı çox sərtdir. Özəl müəssisə açmaq üçün bütün şərtlər yerinə yetirilməlidir, bu isə xüsusilə sıx şəhərlərdə çox çətinlik yaradır.
Bu səbəbdən ilk növbədə 171 saylı qərarın məktəbəqədər təhsilə aid lisenziya şərtləri yumşaldılmalıdır. Sahibkarlara aşağı faizli və ya faizsiz uzunmüddətli kreditlər verilməli, özəl sektor təşviq edilməli və məktəbəqədər müəssisələrin sayı artırılmalıdır. Adam başına maliyyələşmə sistemi tətbiq olunmalıdır: dövlət uşağa görə ildə 1000–1500 manat ayırsın və valideyn öz övladını dövlət və ya özəl müəssisəyə göndərmək imkanına sahib olsun.
Belə olduqda sağlam rəqabət yaranar və məktəbəqədər təhsilin keyfiyyəti artar, valideynin seçim imkanı genişlənər. Hazırda isə bu sistem mövcud olmadığından, rəqabət və keyfiyyət kifayət qədər təmin olunmur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri