Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycanda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və rəqəmsal savadlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlər son illərdə daha da aktuallaşıb.

Mövzu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən kibertəhlükəsizlik eksperti və tədqiqatçı Lamiyə Nəcəfova uşaqların rəqəmsal təhlükəsizliyi sahəsində mövcud vəziyyəti və perspektivləri dəyərləndirib.

O qeyd edib ki, Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyi istiqamətində görülən işlər artıq strateji dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Xüsusilə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və təhlükəsiz informasiya mühitinin yaradılması üçün mühüm hüquqi və institusional baza formalaşdırıb. Eyni zamanda, son dövrlərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunması, sosial şəbəkələrdə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və yaşa uyğun müdafiə tədbirlərinin tətbiqi ilə bağlı dövlət səviyyəsində konkret tapşırıqlar verilməsi bu məsələnin milli prioritet kimi qəbul olunduğunu göstərir.

“Azərbaycanda uşaqlar və yeniyetmələr informasiya-kommunikasiya texnologiyalarından istifadə baxımından kifayət qədər aktivdirlər. Onlar sosial şəbəkələrdən, onlayn təhsil platformalarından və müxtəlif rəqəmsal xidmətlərdən geniş istifadə edirlər. Lakin müşahidələr göstərir ki, texnologiyadan istifadə bacarığı ilə kibertəhlükəsizlik bilikləri arasında müəyyən fərq mövcuddur.

Bir çox yeniyetmələr müxtəlif tətbiqlərdən rahat istifadə etsə də, şəxsi məlumatların məxfiliyinin qorunması, fişinq hücumlarının tanınması, sosial mühəndislik üsullarının müəyyən edilməsi və rəqəmsal izlərin uzunmüddətli təsirləri barədə kifayət qədər məlumata malik olmaya bilir. Bu isə onların müxtəlif kibertəhlükələrlə qarşılaşma ehtimalını artırır”, - deyə ekspert bildirib.

Lamiyə Nəcəfova diqqətə çatdırıb ki, son illərdə həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində müsbət dinamika müşahidə olunur: “Xüsusilə böyük şəhərlərdə təhsil alan şagirdlər arasında kibertəhlükəsizlik mövzularına maraq artıb. Bununla belə, ölkə üzrə vahid və davamlı rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması üçün daha genişmiqyaslı fəaliyyətlərə ehtiyac var. Mən hesab edirəm ki, kibertəhlükəsizlik sahəsində maarifləndirmə yalnız texniki biliklərin ötürülməsi ilə məhdudlaşmamalıdır. Məqsəd təhlükəsizliklə bağlı düşüncə tərzinin formalaşdırılması olmalıdır. Uşaq internetdə gördüyü məlumatı tənqidi qiymətləndirməyi, mənbələrin etibarlılığını yoxlamağı və şəxsi məlumatlarının dəyərini anlamağı bacarmalıdır”.

Ekspert vurğulayıb ki, gələcəkdə dövlət qurumları, təhsil müəssisələri, kibertəhlükəsizlik üzrə ekspertlər, valideynlər və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi uşaqların daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyət göstərməsinə mühüm töhfə verəcək. “Rəqəmsal təhlükəsizlik artıq yalnız texniki məsələ deyil, milli insan kapitalının və informasiya cəmiyyətinin dayanıqlı inkişafının vacib komponentlərindən biridir”, - deyə o əlavə edib.

Müxbir – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri