Icma.az
close
up
RU
Ekspertdən AQTA ya çağırış… “İşini şəffaf görsün”

Ekspertdən AQTA ya çağırış… “İşini şəffaf görsün”

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AQTA yoxlama zamanı nöqsan aşkar edibsə, həmin malların adı, şəkli, qablaşdırması ilə bağlı dolğun məlumat verməli, geri çağırılma mexanizmi həyata keçirilməldir. Təəssüf ki, bu mexanizm Azərbaycanda yox dərəcəsindədir. Əslində isə geri çağırılma, həmin məhsulların məhv edilməsi şəffaf şəkildə həyata keçirilməlidir. Bütün marketlərdən, ara dükanlardan həmin məhsullar götürülərək məhv edilməlidir.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin iki istehsalçıya məxsus yağda uyğunsuzluq aşkarlanması ilə bağlı yaydığı məlumatla bağlı danışarkən deyib. Ekspert bildirib ki, istehlakçı konkret hansı məhsuldan uzaq durmaq lazım olduğunu bilməlidir:

“İstehlakçıya konkert ad, yer kimi qeydlər lazımdır. İstehlakçı hansı məhsuldan, harada satılan və ya istehsal olunan məhsuldan uzaq durmalı olduğunu konkret bilməlidir. İki yağda uyğunsuzluq aşkarlandı demək istehlakçını məlumatlandırmaq yox, qorxutmaq, təşvişə salmaqdır.

2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaranandan belə səhv mövqe nümayiş etdirirdi. Əvvəllər AQTA məhsulun, müəsssisənin adını çəkmədən nöqsan barədə məlumat verirdi. Bu çox yanlış hərəkətdir. Son illərdə xeyli şəffaflıq yarannışdı. AQTA nöqsan aşkarladığı müəssisənin də, məhsulun da adını açıqlayır, dolğun məlumat verirdi.
Görünür AQTA yenidən köhnə vərdişinə qayıdır. İstehlakçıya tapmaca lazım deyil. Dolğun, ətraflı məlumat lazımdır. İstehlakçı bilməlidir ki, hansı məhsulda nöqsan aşkarlanıb, o nöqsan nədən ibarətdir, məhsulun adı nədir, şəkli, qablaşdırması hansı formadadır.

Daha sonra ağentlik həmin məhsulla bağlı atdığı digər addımları, gördüyü tədbirləri də əhaliyə açıqlamalıdır. İstehlakçı əmin olmalıdır ki, o məhsul satışdan yığışdırıldı, müəssisə cəzalandırıldı və sair.

AQTA nöqsan aşkar edibsə, həmin malların geri çağırılma mexanizmi həyata keçirilməldir. Təəssüf ki, bu mexanizm Azərbaycanda yox dərəcəsindədir. Əslində isə geri çağırılma, həmin məhsulların məhv edilməsi şəffaf şəkildə həyata keçirilməlidir. Mən şəxsən AQTA-ya sizin vasitənizlə çağırış edirəm ki, bu kimi işləri şəffaf görsün və daima media ilə sıx əlaqədə işləsin”.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri