Icma.az
close
up
RU
AQTA zəhərlənmə statistikasını gizlədir… Ekspertdən FAKTları açıqladı

AQTA zəhərlənmə statistikasını gizlədir… Ekspertdən FAKTları açıqladı

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın günlərdə Naxçıvanda dönərdən kütləvi zəhərlənmə oldu. Təsdiqini tapmasa da, bir qızın da qarpızdan zəhərləndiyi bildirilirdi. Təkcə elə bir fakt hərəkətə keçmək üçün bəs etməlidir. Ancaq heç nə baş vermir. Əvəzində AQTA-nın saytında görürük ki, Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Ölənlərin sayı da 700 dəfə az göstərilir. Guya biz dünyanın ən sağlam, ən zəhərlənməyən, ən təhlükəsiz qida yeyən xalqıyıq. Bütün dünyada zəhərlənmə olur. Ancaq araşdırılır, səbəb tapılır, tədbir görülür. Biz də isə nə edirlər məlum deyil.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, ölkədə baş verən qida zəhərlənmələri, qidalara nəzarətin edilməməsi, heç bir tədbir görülməməsinin səbəbi qanundakı boşluqlardan irəli gəlir. Bu işə məsul olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə boş-boş işlərlə məşğuldur:

“İstehlakçılar hüquqların müdafiəsi haqqında qanun 95-ci ildə qəbul olunub. Ondan sonra qanun dəyişməyib, ancaq istehlakçının zərərinə dəyişib. Qanunu yerinə yetirən dövlət orqanı demək olar ki, işləməyib. 2018-ci ildə AQTA yarandı və çox sevindik ki, nəhayət qida sahəsində ayrıca bir orqan yarandı. Mən 2 il AQTA-da ictimai şuranın üzvü oldum. Bu il il ərzində mən ancaq Qoşqar Təhməzli ilə konfrantasiyada oldum, ancaq AQTA mətbəxindən xəbər tuta bilmədim ki, orda nələr baş verir. İctimai Şuranın çoxlu funksiyaları var. Ancaq biz yığılırdıq və boş şeyləri müzakirə edirdik. Mən ordakı iş sistemini gördüm və bildim ki, bu qurum heç bir işə yaramatacaq.

AQTA saytında Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Ölənlərin sayı isə 700 dəfə az göstərilir. Guya biz dünyanın ən sağlam, ən zəhərlənməyən, ən təhlükəsiz qida yeyən xalqıyıq.
AQTA-nın cəld yoxlama imkanı yozdur. Hökümətin biznesə toxunulmazlıq siyasətindən biznes qurumları sui-istifadə edir. Biz tərəfdarıyıq ki, heç kəs heç kəsi yoxlamasın, rüşvət verməsin. Biz bunun tam tərəfdarıyıq. Çünki verilən rüşvətlər də malların qiymətinin üstünə gəlir və axırsa istehlakçıdan alınır. Lakin qida məsələsində dəyişiklik olmalıdır. Qida sahəsində cəld yoxlama mexanizmi olmalıdır. Bu saat qayda elədir ki, hər hansı istehlakçı zəng vursa ki, filan yerdə təhlükəli qida satılır, AQTA-nın bunun qarşısını almağa ixtiyarı yoxdur. AQTA cəmiyyətlə, KİV-lə işləməlidir. Cəmiyyəti, insanları, şikayət və faktları anında araşdırmalıdır. Ancaq bu qurum yaranan gündən gözü insanları görmür”.

E.Hüseynov bildirib ki, AQTA cəmiyyətlə işləyə bilmir:

“Bunun nəticəsidir ki, insanlar dönərdən, toy və yas yeməklərindən zəhərlənir. Çünki nəzarət yoxdu yediyimiz ətə, digər qidalara. İstənilən halda zəhərlənmələr olur. Lakin AQTA-nın statistikanı gizlətməsi, yalan məlumat yerləşdirməsi onu deməyə əsas verir ki, bu problemin həlli üçün heç vaxt çalışmayacaqlar. Keçən il mart ayında Milli Məclisdə Ambudsmanın illik hesabatı oldu. 100 səhifədən çox materialda bir dənə də olsun istehlakçı sözü yox idi. Halbuki elə həmin günlərdə 1 nəfər araqdan zəhərlənib ölmüşdü.

Nə qədər ki, AQTA cəmiyyətlə, KİV-lə, vətəndaşlarla sıx işləməyəcək, faktları araşdırmayacaq, statistikanı gizlədəcək, heç vaxt heç nə düzəlməyəcək. Düzəlməsi üçün şəffaflıq lazımdır. Saxta statistika ilə heç nəyə nail olmaq mümkün deyil”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri